"Nənəm öldüyü gün evini taladılar" - Xalq artistinin ailəsində qalmaqal - VİDEO
Mərhum Xalq artisti Roza Cəlilovanın nəvəsi Lalə Aslanur onun evinin qarət olunduğunu bildirib.
Adalet.az xəbər verir ki, bu barədə Lalə Aslanur sosial şəbəkə hesabında video-müraciət ünvanlayıb.
Lalə hadisənin rəqqasə vəfat edən gün yaşandığını deyib.
O bildirib ki, R.Cəlilovanın bacısı qızı öz övladı ilə birlikdə rəqqasənin evinə daxil olub və hər şeyi götürüb:
“Roza Cəlilovanın hüquqi varisi olan oğul nəvəsi kimi nənəmin vəfatından sui istifadə edib, oğurluq törədən şəxslər barəsində məlumat vermək istəyirəm. Nənəm vəfat edəndə onun yaxınlığında qalan bacısı qızı Yeganə Aslanova qızı Lenay Seidəlizadə ilə bərabər nənəmin evinə gəlib. Polis və Təcili tibbi yardım əməkdaşları onun oğlunun olub-olmadığını soruşarkən, yalandan deyiblər ki oğlu yoxdur. Atam haqqında xoşagəlməz ifadələr işlədiblər. Yeganə nənəmin nəşini Təzə Pir məscidinə aparıb qoyub və tez evə qayıdıblar. Evi qarət ediblər: Nənəmin Prezidentin verdiyi bütün dilpomlarını, ordenlərini, mədəniyyət nazirinin verdiyi mükafatları, bank kartlarını, pul vəsaitini götürüblər. Sonra gəlib yas mərasiminə qatılıblar. Həmin şəxslər saxta sənədlərlə 5 dövlət qurumunu aldadıb. Roza Cəlilovanın oğlu və nəvəsi Ədliyyə Nazirliyinin təsdiq etdiyi sənədlərlə Səbail rayon polis şöbəsinə, bir çox hüquq orqanlarına təqdim edib. Amma 3 aydır bununla bağlı heç bir tədbir görülmür”.
L.Aslanur bildirib ki, bundan əvvəl də sağlığında nənəsi Yeganə Aslanovanı polisə şikayət edib:
“Nənəm evindəki qızıllarının oğurlandığını demişdi. Onu polisə şikayət etmişdi”.
Digər Xəbərlər
14 Aprel 2026 14:18
Maqsud Məmmədov İkinci Fəxri xiyabanda dəfn olundu
13 Aprel 2026 17:40
Xalq artisti vəfat etdi
13 Aprel 2026 12:22
Aktyor: “Bu, dəhşəti bir şeydir”
10 Aprel 2026 13:32
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq festivalda ölkəmizi uğurla təmsil edib
09 Aprel 2026 19:29
Litvanın Baş naziri Milli Xalça Muzeyində - FOTOLAR
08 Aprel 2026 17:27
Opera və Balet Teatrında solistlərlə bağlı məsələyə aydınlıq gətirildi
08 Aprel 2026 14:45
Ankarada azərbaycanlı rəssamların sərgisinin açılışı olub
08 Aprel 2026 11:51


Bakı -°C

