adalet.az header logo
  • Bakı -°C
16 Mart 2026 11:56
69
DÜNYA
A- A+

Arakçi: "İran döyüşləri davam etdirməyə hazırdır"

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, İran, ABŞ prezidenti Donald Trampın İsrailə birlikdə müharibəni başlamaqla səhv etdiyini anlayana qədər döyüşməyə hazırdır. 

 "ABŞ prezidrnti həm amerikanlara, həm iranlılara qarşı başlatdığı qanunsuz müharibənin səhv addım olduğunu başa düşənədək,  bizim qüdrətli silahlı qüvvələrimiz döyüşməyə davam edəcək"- deyə Araqçi özünün "X" sosial şəbəkə hesabında yazıb.

 İran XİN-nin rəhbəri qeyd edib ki, ölkəsinin guya sülhə can atmaması ilə yayılan xəbərləri boş şayələr kimi qiymətləndirib. İran danışıqlardan imtina etməyib, lakin sülh danışıqlarına başlamaq üçün müəyyən şərtlər yerinə yetirilməlidir. İlk növbədə atəş dayandırılmalıdır. Əks halda İran sonadək müqavimət göstərəcək.

 Rüstəm Hacıyev