SON DƏQİQƏ:

Azərbaycan könüllüləri erməni təcavüzündən zərər çəkmiş ailələrə baş çəkiblər - FOTO

  12124   |  
Şriftin ölçüsü  

Azərbaycan könüllüləri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisini və mülki infrastrukturu, o cümlədən yaşayış binalarını mütəmadi atəşə məruz qoyması və bir çox hallarda yaşayışa yararsız vəziyyətə salması nəticəsində evlərindən didərgin düşmüş ailələrə baş çəkiblər.

Məlum olduğu kimi, dövlət tərəfindən bu cür ailələr müvəqqəti sığınacaqlarda yerləşdiriliblər. Sığınacaqlara baş çəkən könüllülər oradakı azyaşlı uşaqlarla görüşüb, onların müharibə vəziyyəti ilə əlaqədar olaraq keçirdikləri psixoloji gərginliyi aradan qaldırmaq, əhval-ruhiyyələrini yüksəltmək üçün kiçik sürprizlər edib, boyama kitabçaları paylayıb, birlikdə rəsm çəkib, müxtəlif oyunlar oynayaraq əyləncəli vaxt keçiriblər. 

Könüllülər uşaqlara mənəvi dəstək olaraq hazırda ölkəmizdə yaşanan möhtəşəm tarixi hadisənin canlı şahidi olduqlarını, Ermənistan tərəfindən işğal edilən Azərbaycan torpaqlarının ən tez zamanda Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz tərəfindən azad olunacağını, hər kəsin tezliklə öz doğma evinə qayıdacağını bildiriblər.

Hazırda çəkdikləri məhrumiyyətdən doğan acını ordumuzun davamlı zəfərləri ilə unudan uşaqlar cənab Prezidentin hər zəfər müjdəsini böyük sevinclə qarşıladıqlarını və bu gün qəhrəmanlıq göstərən əsgərlərimizin onlar üçün nümunə olduğunu söyləyiblər. Onlar bu Vətən müharibəsində tezliklə qalib gələcəyimizi və Şuşaya səyahət edəcəkləri günü gözlədiklərinin deyiblər.

Qeyd edək ki, Azərbaycan könüllüləri hər zaman ölkədə həyata keçirilən tədbirlərdə aktiv iştirak edir və torpaqlarımızın azadlığı uğrunda gedən müharibə dövründə xalqımıza dəstək göstərməyə hər an hazır olduqlarını nümayiş etdirirlər.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK