SON DƏQİQƏ:

Pablo Eskobarın qardaşı oğlu sərvət tapdı – 27 il sonra

  11661   |  
Şriftin ölçüsü  

Kolumbiyalı narkobaron Pablo Eskobarın qardaşı oğlu əmisinin ölümündən 27 il sonra gizlətdiyi pulları tapdı. Nikolas Eskobarın yaşadığı evin divarlarından 18 milyon dollar nəğd pul çıxdı.

Həyatı bir çox serial və filmin mövzusu olan Pablo Eskobar ölümündən 27 il keçməsinə baxmayaraq yenə də gündəm yaratmağa davam edir.

Yerli mediaya açıqlama verən Nikolas Eskobar pulların beş ildir yaşadığı evin divarında gizli qaldığını deyib. O qeyd edib ki, pullar artıq istifadə olunmayacaq hala gəlib. Oradan isə ölüdən gələn qoxudan 100 qat daha pis qoxu gəlir.

Əmisi ilə münasibətlərindən də danışan Nikolas Eskobar “bir dəfə əmimin yerini deməyim üçün məni qaçırtdılar, 7 saat işgəncə verdilər, işçilərimdən ikisinə mişarla hücum etdilər” deyə əlavə edib.

Xatırladaq ki, 1970-ci illərdə Kolumbiyadakı narkotik ticarətini ələ keçirən Pablo Eskobarın ABŞ-a soxulan kokainin yüzdə 80 faizinin vəziyyətinə nəzarət etdiyi təxmin edilirdi.

Böyük bir sərvətin sahibi olan Eskobar 7 dəfə “Forbes” dərgisinin milyarderlər siyahısına düşüb. 1992-ci ildə həbsxanadan qaçan rakobaron 1993-cü ildə Medellində 44 yaşında öldürüldü.

Eminquey

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-25
2020-10-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK