SON DƏQİQƏ:

Bakı və Abşeron yarımadasında ağacların quruma səbəbi araşdırılır

  16125   |  
Şriftin ölçüsü  

Bakı və Abşeron yarımadası ərazisində aparılan müşahidələr göstərib ki, son zamanlar bəzi ərazilərdə yaşı 40-dan yuxarı olan iynəyarpaqlı ağaclar quruyur.

Trend-in məlumatına görə, AMEA-nın Mərkəzi Nəbatat Bağının direktoru Vahid Fərzəliyev bildirib ki, ağacların quruma səbəbinin müəyyənləşdirilməsi, fitosanitar vəziyyətin qiymətləndirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirlikləri, Qida Təhlükəsizliyi Agentliyi, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfat Birliyi və Mərkəzi Nəbatat Bağının əməkdaşlarından ibarət İşçi Qrup yaradılıb:

“İşçi Qrup tərəfindən Bakı və Abşeron yarımadası ərazisində monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı Bayıl yamacının şimal və cənub hissəsində, Mərdəkan qəsəbəsindəki Sergey Yesenin küçəsində, Buzovna qəsəbəsinin müxtəlif ərazilərində, Nərimanov rayonundakı Aşıq Molla Cümə küçəsində, Nizami rayonu ərazisindəki park və yaşıllıqlarda çoxlu sayda Eldar şamı, Leylandr və Həmişəyaşıl sərv kimi iynəyarpaqlı ağacların quruduğu, bəzilərinin isə yarıqurumuş vəziyyətdə olduğu müəyyən edilib”.

V.Fərzəliyevin sözlərinə görə, ağacların quruma səbəbinin müəyyən olunması məqsədilə onların gövdəsindən, yarpağından və torpaq örtüyündən nümunələr götürülərək analiz olunması üçün laboratoriyaya göndərilib:

“Mütəxəssislər tərəfindən rəy verilib ki, köküstə qurumuş və bioloji inkişafdan dayanmış ağaclar mövsümdə yeniləri ilə əvəzlənməsi şərtilə götürülsün. Yarıqurumuş ağacların isə budanması və analizin nəticələrindən asılı olaraq zərərvericilərə qarşı mübarizə məqsədilə dərmanlanması qərara alınıb”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK