adalet.az header logo
  • Bakı -°C
18 Sentyabr 2026 18:32
42
MƏMLƏKƏT
A- A+

Metro xətlərinin ayrılmasından sonra sərnişinlər belə daşınıb - VİDEO

Metro xətlərinin ayrılması layihəsinin başlanması nəticəsində yaranan böyük sərnişin axınına baxmayaraq avtobuslar fasiləsiz xidmət göstərir.

Adalet.az xəbər verir ki, bununla bağlı AYNA videogörüntülər paylaşıb. 

Videomaterialda 17 sentyabr 07:30-19:30 saat aralığında sərnişin axını nümayiş olunub.

"Sərnişinlərdən bir daha xahiş olunur:

Avtobuslara minərkən növbə mədəniyyətinə riayət edin. Bu, daha sürətli girişə və avtobusun daha tez yola düşməsinə imkan verəcək.

Avtobus gözləyərkən avtomobil yolunda deyil, səkidə dayanın. Beləliklə, avtobusların dayanacağa maneəsiz və təhlükəsiz yaxınlaşması təmin olunacaq, - deyə müraciətdə qeyd olunur.