SON DƏQİQƏ:

Polislər Buzovna və Milli Parkda dənizdə boğulmaq təhlükəsi ilə üzləşən üç nəfəri xilas edib

  10598   |  
Şriftin ölçüsü  

Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən çimərlikdə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşı, polis serjantı Ayxan Hüseynli dənizdə boğulmaq təhlükəsi ilə üzləşən azyaşlını qızı xilas edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan zaman polis əməkdaşı 11 yaşlı N.Qurbanovanın boğulduğunu görüb. Dərhal həyatını təhlükə altına qoyaraq suya atılan polis serjantı onu xilas edib.

Vaxtında edilən kömək nəticəsində azyaşlının həyatı xilas edilib.

Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən, həmçinin bu gün Dənizkənarı Milli Parkda daha bir azyaşlı və anasının həyatı xilas edilib. Park ərazisində xidmət aparan polis serjantları Rəşad Məmmədov və Sevinc Quliyeva bir qadının qışqırığının şahidi olublar. Hadisə yerinə çatanda məlum olub ki, 11 yaşlı M.Abdullayev Dənizkənarı Milli Parkda olan zaman ehtiyatsızlıqdan suya düşüb. Bu zaman onu xilas etməyə çalışan anası A.Abdullayeva da özünü dənizə atıb və hər iki şəxs boğulmaq təhlükəsi ilə üz-üzə qalıb. Bu zaman adları çəkilən polis əməkdaşları həyatlarını təhlükə altına qoyaraq dənizdə batmaq üzrə olan ana və oğlunu xilas ediblər.

Hər iki hadisədən sonra xilas edilən şəxslər və onların valideynləri polislərə bu nümunəvi addımlarına görə öz təşəkkürlərini bildiriblər.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24
2020-09-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK