SON DƏQİQƏ:

Bakıda “40 pillə” restoranının qanunsuz faliyyət göstərdiyi məlum olub - VİDEO

  6901   |  
Şriftin ölçüsü  

Səbail rayonu, Nəriman Nərimanov prospektində yerləşən "40 pillə” restoranı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi üçün polis əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, məlumat daxil olan kimi, Səbail Rayon Polis İdarəsi və 9-cu Polis Bölməsinin əməkdaşları həmin kafeyə yollanıb. Baxış zamanı kafedə 8 nəfər müştərinin olduğunu aşkarlanıb. Kafedə müştəri qismində əyləşən şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb.

Kafenin sahibi və müştərilər barəsində toplanılan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib və onların hər biri inzibati qaydada cərimə ediliblər. Həmin şəxslərə karantin dövründə növbəti dəfə qayda pozuntusuna yol verəcəkləri təqdirdə inzibati qaydada həbs ediləcəkləri barədə xəbərdarlıq edilib.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24
2020-09-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK