SON DƏQİQƏ:

Şəhər - İradə TUNCAY yazır

  93458   |  
Şriftin ölçüsü  

Hər xalqın dövləti olmur. İmperiya yaratmaq isə .... Bəziləri yaradıb ,amma sonradan qoruyub yaşada bilməyib . Hər halda bu mürəkkəb tarixi –siyasi proseslərin nəticəsidir.

İki imperiya varki,təxminən eyni dövrdə təşəkkül tapmağa başlayıb,hər ikisinin təşəkkül tapmağında türk amili var ,hər ikisinə də önyarğı ilə yanaşılır,hər ikisinə də nifrətlə yanaşılır. Başqa imperiyalarla müqayisədə nisbətən cavandılar.Və bu cavanlıq onları başqa dövlətlərdən də öyrənməyə məcbur edib. Söhbət Osmanlı və Rus imperiyasından gedir. Hər iki imperiyanın Bizansla sıx əlaqəsi olub və Bizansın paytaxtı hər iki imperiyaya hər zaman yağlı tikə kimi görünüb. Ruslar da ,Osmanlılar da biləklərinin gücünə nə qədər torpaqlar( istilamı,fəthmi deyək) qatdılar torpaqlarına ,bəzən bu gün qazandıqlarını sabah bir –birinə qaytarmaq zorunda da qalmışdılar. Əvvəl türk torpağı sayılanlar sabah rusun olmuşdu. Qafqazdan tutmuş,Sibirə qədər... Ruslar öyrənə biliblər vaxtında. Gəlişdirə biliblər özlərini... Osmanlılar isə arxayınlıq hissi ilə özlərini gəlişdirmək fikrindən uzaq olublar. Və bu gün elmi kəşflərin heç bir sahəsində onların adı keçmir. Neçə dənizləri var –dənizçiləri yoxdu. Varsa da yunandan dönmələrdi . Neçə şəhərləri var –memarlıqları yoxdu . Varsa da yunandan dönmələrdi ...Memarlıq isə beyini inkişaf etdirən ən mühüm sahədi --mühəndis dühası vacib amildi.

Bu gün verilən qərarlar heç də bu gün həll olunmayıb. Hər hadisənin tarixlə bağlılığı var.

Anadolunun fəthi heç şübhəsiz tarixin önəmli hadisələrindəndi. Osmanlı sultanları şəhər-şəhər, vilayət-vilayət fəth elədikləri torpaqları ərazilərinə qatmaqla dünyada sayılacaq qüdrət halına gəlirdilər. Hələ İldırım Bəyazidin zamanında Konstantinopol mühasirəyə alınmış, şəhərin fəthi ərəfəsində Əmir Teymurun hücumu və Ankara savaşı bu olayı gerçəkləşdirməyə imkan verməmişdi. Bəyazid Bosforun Anadolu yaxasında yeni bir qala tikmişdi - Anadolu hisarı. 1452-ci ildə Sultan II Məhmət qarşı tərəfdə Rumeli hisarını tikir və şəhərin blokadasının təməlini qoyur. 1453-cü ilin yanvarında sultan öz yaxınlarına bildirir ki, Osmanlı imperiyasının təhlükəsizliyi o vaxt təmin olunacaq ki, Konstantinopol türklərin əlinə keçəcək. Mənbələrdə ordunun miqyası müxtəlif sayda göstərilir. Ortaq rəqəm götürsək, hər halda 150 mindən az olmayıb. Mart ayında sudan, qurudan hücuma keçən ordu ilk günlərdən böyük müqavimətlə qarşılaşır. (Qəribədir ki, o zaman Bizansın sonuncu imperatorunun da adı Konstantin idi. Taleyin ironiyası ilə may ayında paytaxt elan olunmuş Konstantinopol min il sonra yenə may ayında yenə Konstantinin zamanında süqut edir). Güclü qala divarlarını arasıkəsilməz top atəşinə tuturlar. İçəri keçmək üçün lağım atırlar və ən maraqlısı şəhərin bir tərəfindən o biri tərəfinə suya salmaq üçün gəmiləri quru yolla sürüşdürərək keçirirlər. Şəhər təslim olur, şəhər fəth olunur. May ayının 29-da. Qərb mənbələrinin yazdıqlarına inanmayın, türklər şəhəri nə dağıdıblar, nə qarət eləyiblər. Zatən, özlərinin olduqlarına inandıqları bir yeri niyə viran qoysunlar ki?



1299 və 1922 - rəqəmlərə fikir verin, bir-birini təkrarlayır. Bu Osmanlı imperiyasının quruluş və çöküş tarixinin rəqəmləridir. Rəqəmlərin mistik bağlantısını qoyaq bir tərəfə (amma yəqin burda da nəsə var), 623 illik dövrdə dövlətin başına 36 padşah keçdi. Bu hökmdarlar fərqli özəlliklərə sahib idilər. Çox qiymətli dövlət yönəticiləri, qüdrətli sərkərdələr də vardı, qadın, içki, ov düşgünü olanlar da. Ruhi xəstələr də, uşaqkən taxta çıxarılanlar da vardı. Bir həftə, bir ay, bəzən 46 il hakimlik eləyənlər də vardı. Yaxşı-pis, doğru-yanlış bu tarixdi. Qüdrətli bir dövləti bu gün asılı duruma gətirmiş tarix. Bəzən 500 il əvvəl verilmiş yanlış bir qərar bu gün topa dönüb məmləkətin tifaqını viran qoyur. Ancaq hər kəs ağıllı olsaydı, hər kəsdən doğru-dürüst addımlar görsəydik, bu gün cahanda kamalın qalibiyyətini bayram edərdik.


Yeddinci Osmanlı padşahı II Mehmet çoxyönlü, geniş dünyagörüşlü, gözəl təhsil almış bir hökmdardı. Şərq, islam bilikləri ilə yanaşı rum və latıncanı da öyrənmişdi. Xristian dünyasının özünə qarşı birliyini önləməyə çalışmış, türk birliyini yenidən qurmaq istəyində bulunmuşdu. O, bacarıqlı bir sərkərdə, bir fikir adamı olduğu qədər də böyük bir dövlət adamı idi. Çox amansızdı, taxt-tac savaşlarını önləmək üçün "Nizami-Aləm" qanunu onun vaxtında bir maddə kimi yasalara qoyulmuşdu. Bu qanuna görə taxta çıxan hər sultan öz çoxsaylı qardaşlarını - şahzadələri öldürtməliydi və bu qanun neçə yüz il öz qüvvəsində qaldı. Və neçə sultan bir tərəfdə taxta çıxışını bayram edərkən, o biri tərəfdə qardaşlarını dəfn edirlərmiş. Fərqi yoxdur, şahzadə 6 aylıqdı, 6 yaşdadı, ya 60, bu qanun hər kəsə tətbiq olunurdu. Qəribəsi budur ki, hər sultan bunu bilə-bilə çoxsaylı cariyələrdən doğulmuş uşaqlarının taleyini düşünməyiblər. Görünür hakimiyyət elə bir anlamdır ki, insanın beynini dumanlandırır, düşüncəsini korlaşdırır. Bu Şərqdə də belə olub, Qərbdə də. Nə isə, mətləbdən uzaqlaşmayaq. Dedik ki, II Mehmet taxta iki dəfə çıxmışdı. Birinci hakimiyyətində 12 yaşında idi və bu 2 il davam etmişdi. Atası II Murad kiçik yaşda uşağın vəzirlərin əlində oyuncağa çevrildiyini gördüyündən yenidən dövlətin başına keçmiş, sakitliyi bərpa edə bilmişdi. İkinci dəfə isə artıq atasının ölüm səbəbi ilə taxta çıxmışdı. 18 yaşında sultan olan gəncin böyük bir hədəfi vardı. Üsyançı bəylərlə, Balkan dövlətləri ilə sülh imzalayan sultan öz hədəfinə doğru gedirdi. 1452-ci ilin əvvəllərində Bizansı mühasirəyə almaq üçün Rumeli hisarının tikintisinə başladılar. Üfüqlərdə bütün dünyanın göz bəbəyi sayılan Konstantinopol görünməkdə idi. İstanbulun fəthi tarixi çox maraqlıdı və bu tarix 20 yaşlı gənc sultana "Fateh"adını verdi. Sonradan fəth etdiyi (ya da işğal) çox torpaqlar oldu. Qara dəniz sahilləri yunanlardan təmizləndi. Uzun Həsənin qohumları olan və ondan yardım alan Trabzon imperiyasına son verildi (Şah İsmayılın nifrətinin kökündə duran səbəblərindən biri də bu idi), Balkan krallıqları ləğv edildi. Amma onu Fateh edən Konstantinopolun İstanbula çevrilməsi idi.

Fateh elmin, mədəniyyətin inkişafına böyük önəm verirdi. Dönəmin məşhur elm, ədəbiyyat adamları onun sarayında hörmət görürdülər. Səmərqənd hakimi Uluqbəyin qaragüruh tərəfindən öldürülməsindən sonra İstanbula qaçmış məşhur astronom və riyaziyyatçı Əli Quşçu da onun sarayına sığınmışdı. İtalyan rəssamı Bellini Fatehin dəvəti ilə İstanbula gəlib yeni tikilmiş Topqapı sarayının divarlarına freskalar çəkmiş, Fatehin də portretini işləmişdi. Amma hər şeyin bir sonu var, hökmdarların da. 49 yaşlı sultanın da ölüm səbəbini zəhərdə axtaranlar indi də yox deyil.

Fateh--- bu gün mübahisələrə səbəb Ayasofya məbədində namaz qılan ilk Sultan idi. Ayasofyanı isə Bizans imperatoru Yustinian tikdirmişdi.Tarixi bütünlüklə danışmaq mümkün deyil kiçik bir yazıda .

I Yustinian tarixin maraqlı fiqurlarından biridir. Onun hakimiyyət dövrü həm böyük quruculuq işləri, həm də böyük qarışıqlıqlarla müşayiət olunub. Bu gün İstanbulda gördüyümüz bir çox möhtəşəm abidələr onun zamanında tikilib. ("Ayasofya", "Yerəbatan sərnic" və s.). "Yustinian kodeksi" adlanan qanun toplusu da dövlətin, hakimiyyətin qüdrətlənməsinə, ölkənin çiçəklənməsinə rəvac vermişdi.

Və Fatehdən sonra (yəni İstanbulun fəthindən sonra) bütün xristian dünyası həmin şəhər üçün ağlayır… Ayasofya üçün ağlayır… Onlar ağlasalar da inkişafdan qalmayıblar –yəni bu xəstəlik halına keçməyib. Yenə yaradıblar ,qurublar ,elm olub ,siyasət olub,hərb olub… Osmanlı yerində sayıb… Sonra XX əsrin başlanğıcında şəhəri ələ keçirə biliblər xristianlar. Amma onda da Atatürk mane oldu siyasətlərinə. İndi isə yeni dövrdü və nə şəkildəsə əks tərəfə cavab verilməlidi. Türkiyənin ərazisi bütünlüklə müxtəlif imperiyaların qalıqların yaşadır öz bağrında. Türkiyə isə öz varlığın qoruyub . Öyrənmək heç vaxt gec olmur. Tarix öz yerində ,çox qərarlar ola bilər. Qərar hələ qanun deyil…


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK