SON DƏQİQƏ:

Ermənilərin Qərbi Azərbaycanda törətdikləri qırğınlar

  40352   |  
Şriftin ölçüsü  

(əvvəli ötən sayımızda)

Tarixin müxtəlif mərhələlərində, xüsusilə 1918-1920 ci illərdə ermənilərin Azərbaycana qarşı törətdikləri vəhşiliklər, kütləvi qırğınlar, soyqırımlar haqqında danışılarkən, nədənsə daha çox Bakı ətrafı kəndlərdə, Quba, Şamaxı, Göyçay bölgələrində törədilən qırğınlardan söhbət açılmış, tarixçi alimlər bu istiqamətdə tədqiqatlar aparmışlar.

Bunun nəticəsidir ki Qərbi Azərbaycanda, Naxçıvanda, Qarabağda xüsusilədə Zəngəzurda törətdikləri kütləvi qırğınlara az diqqət yetirilmiş, az qala unudulmaq dərəcəsində gəlib çatmışdır. Bütün bunlar uzun illər məni narahat etmişdir. Əldə etdiyim məlumatları sistemə salmaq, hadisələrin canlı şahidləri olan el ağsaqqallarından eşitdiklərimi qələmə alaraq müasirlərimizə və gələcək nəsillərə çatdırmaq qərarına gəldim.

Rusiyada hər hansı bir çevriliş olan kimi ermənilər ondan yararlanmağa çalışmış və istədiklərinə nail olmuşlar.

20 ci əsrin əvvələrində də ermənilər azərbaycanlıları məhv etmək məqsədiylə nizami ordu yaratmağı qərara aldılar. 1917- ci ilin may ayında Rusiya müvəqqəti hökümətinin başçısı Koreniskinin yanına adam göndərib xahiş etdilər ki, rus ordusunda olan erməni əsgər və zabitlərinin buraxılmasına icazə versin. Həmin əsgər və zabitlərin köməyi ilə yerli ermənilərdən könüllülər toplayıb türklərə qarşı vuruşan ordu yaratsınlar. Onlar Kerenskinin həm də silah-sursat istədilər. Rusiya müvəqqəti hökümətinin başçısı ermənilərin bütün tələblərini yerinə yetirdi. Ürəklənən ermənilər 35 min nəfərlik qoşun korpusu yaratdı. General T. Nazaryan ümumi komandir təyin edildi. Korpus 3 diviziyaya bölündü. Diviziyalar arasında sahə bölgüsü aparıldı. Hansı diviziya hansı bölgələrdə yaşayan azərbaycanlıları məhv etmələri planlaşdırıldı. General Andranik Ozanyan Naxçıvan, Zəngəzuru və Qarabağın dağlıq hissəni, General Arışyan, Dro Qanayan, Nişde Qarağın (onlar 1905-ci il erməni-müsəlman davasında Sisiyanda Qəzər Ştepanyansın dəstəsində azərbaycanlıllara divan tutublar). Irəvan, Irəvan ətrafı, Zəngibasar, Eçnuədzin, Qurudüzlü və Vedibasar rayonunun aran hissəsində, Qəmərli, Dərələyəz bölgələrində, Polkovnik Silikov-Silikyan Göyçə gölü ətrafı bölgələrində yaşayan bütün Azərbaycanlıları qırıb məhv etməli idi.

General Arışyanın, Dro Qanayanın diviziyası İrəvan və şəhərətrafı azərbaycanlıları qırmağa başladılar. Irəvanda yaşayan azərbaycanlıları ermənilər qapı-qapı düşüb, qapını sındırıb, kişiləri bir tərəfə, arvad-uşaqları o biri tərəfə aparırdılar. Kişiləri güllələyirdilər.

İrəvan sakini, uzun illər məsul vəzifələrdə çalışan, hazırda haqq dünyasına qovuşan Musa Vəlibəyovun dediklərindən:

-Kişiləri yığarkən qaçıb həyətdəki qoz ağacının başına çıxıb gizləndim. Gecə o başdan qaçdım Dəlmə bağlarına ən hündür bir ağaca çıxdım onun başında qaldım. Qadın-uşaqları çılpaqladıqdan sonra ermənilər onları azərbaycanlıların Dəlmə bağlarınadakı damlarına doldurub od vurub yandırdılar. Arvad-uşağın çığırtısı bütün dərəni götürürdü. Damlar yanır yanğın sönənə qədər inilti, sızıltı səsi kəsilmirdi. Bu qəddar diviziyanın əsgərləri İrəvan ətrafı rayonlarının- Vedibasar, Zəngibasar, Qəmərli, Qurtqulu kəndlərinin əhalisini qırmış, evləri yandırmışdılar. Qəmərli rayonunun 28 azərbaycanlı kəndi -Cigdamlı, Ağhəmzəli, Sabunçu, Məsimli, Cənnətli, Seyidlər kəndlərinin camahatını ermənilər qırmış, damlara yığıb yandırmışdılar. Dro Qanyanın dəstəsi Axta rayonunun Təkərli, Dərəçiçək, Gümüş və başqa bir neçə kəndin camaatını qırmış, bir hissəsini dağlara qovmuş, onlar da dağda borana düşüb qırılmışdılar. Kənəkir rayonunun 40 kəndini elə qırmışdılar ki, bir nəfər də sağ qalmamışdı.

Hüseyn Abbasoğlunun söhbətindən:

-İrəvandakı qırğın zamanı şəhərin bütün adamları qaçıb Göy məscidə Allah evinə dolmuşdular. Uluxanlı kəndinin camaatını Dəvəli stansiyasından Azərbaycana gedən qatarın 4 vaqonuna doldurub elə orada da hamısını qırmışdılar. Qəbirstanlığa gələn meyidlər şişib qoxmuşdular. Onların basdırılmasını Iran konsulluğu təşkil etdi. Bu qırğınlar Dərələyəzin Paşalı, Kotanlı, Her-her, Bulaqlar, Daylaxlı, Çaykənd, Terp, Köşbək, Cul, Komur, Safoylu, Həsənkənd, Sallı, Qışlaq, Hors, Ələyəz, Qovşuq, Ayısəsi, Qabaqlı, Qaraçay, Alxan və başqa kəndlərinin əhalisini Dro və Qaragen Nijdehin adamları damlara doldurub yandırmışdı. Onların var-yoxunu talan etmişdilər.

-Dronun quldur dəstəsi Dərələyəz zonasında 50-dən çox azərbaycanlı kəndini viran qoymuş, əhalisini qırmış, damlara doldurub yandırmışdı.

Göyçə mahalına hücum edən Silikov-Silikyan Basarkeçər rayonunun Çamırlı, Tikpilləkən, Alagöllər kəndlərinin əhalisini yandırıb qılıncdan keçirəndən sonra Zood kəndinin hörmətli ağsaqqalı Səməd ağadan erməni ordusu üçün 100 xalvar (bir xalvar 25 pid taxıl tutan ölçü qabıdır) taxıl tələb edir. Səməd ağa bu tələbi rədd edir. Ermənilər hücum edib kəndi yandırır, əhalisini qırırlar. Səməd ağanı diri tuturlar, gündə 2 dəfə çılpaq kürəyinə qaynar samovar bağlayırlar. əslən Şamaxılı olan daşnak Ağacanyan Səməd ağanı aparıb çayın qırağında güllələyir və Kərkidaş kəndinin altında olan qayanın dibində basdırır.

Çamırlı kənd sakini İmanqulu kişinin dediklərindən:

-1918-ci ildə qışın lap qarlı-boranlı günlərində 6 nəfər erməni gəlib dedilər ki, bütün kişiləri pristav çağırır. Ev-ev bütün kişiləri yığdılar. Mən bizim evin yanında olan zağada gizləndim. Aparılan kişilərdən xəbər çıxmadı. Sonra ermənilər gəlib qadınları-uşaqları damlara doldurub yandırdılar. Basarkeçər rayonunda 40-dan çox azərbaycanlı kəndi var idi.Silikov-Silikyanın quldur dəstəsi Çamırlı, Mollalı, yuxarı Zağalı, Qızılvəng kəndlərini talayıb, əhalisini qırıb, qadın, uşaq, qoca, cavan hamısını damlara doldurub yandırmışdılar.

Basarkeçər rayonunun Atdaşı, Yanıx, Xartdıq, Qızıl Xaraba kəndlərinin heç yana çıxış yolu tapmayan əhalisi Gözəldərə dağına üz tutdular hamısı da dağda borana düşüb qırıldılar. Daşnak Silikyan əsgərlərinə xüsusi tapşırırdı:- Patronlara qənaət üçün döyün, qovun dağlara qoy dağlarda qırılsınlar meyidlərini qurd-quş yesin.

Göyçə gölü ətrafında olan kəndlərin əhalisini, Bəyazıt rayonunun əhalisini qışın oğlan çağında qayıqlara doldurub, gölün ortasında gölə töküb qırmışdılar. Həmin qırğınlarda iştirak edən A. Papyan ermənilərə fəxrlə deyirmiş:

-Mən Basarkeçərdə ağına-bozuna baxmadan tatarları, azərbaycanlıları qırıb tökdüm, hərdən adamın gülləyə heyifi gəlirdi bu köpəklərə qarşı ən etibarlı vasitə döyüşdən sonra sağ qalanların hamısını yığıb quyuya doldurub üstlərindən ağır daşlar tökdürürdüm. Onlardan heç biri sağ qalmaz idi.

Erməni akademiki Ohanesyanın yazdığına görə 18-ci əsrin sonunda İrəvan şəhərində yaşayan əhalinin 75% azərbaycanlılar, 25% isə erməni və qeyri millətlər olmuşdular. 1770-ci ildə tikilmiş Göy məscid indi də evlərin arasında qalır.

(ardı növbəti sayımızda)

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK