SON DƏQİQƏ:

Tarixi xaotik yazdım...Üzrlü bilin... - İradə TUNCAY yazır

  69013   |  
Şriftin ölçüsü  

Urbanizasiya termini son vaxtlar çox aktual olub... İqtisadi maraqlar başqa sahələri də arxasınca aparır . Böyük şəhərlər əhalinin iş ehtiyacını təmin edə bilir. Və əyalətlər, kiçik kəndlər böyük maraqların qurbanı olur. Hər hansı bir ölkədə şəhərlərin çoxluğu mədəni inkişafın göstəricisidir. Avropada hansı tərəfə ayaq qoysan şəhərdi – yəni inkişaf etmiş yerdir. Avropa bununla maraqlıdır... Şəhər mədəniyyəti ilə... Zənginlik göstəricisidir şəhərlərin çoxluğu. Yəni qurublar, tikiblər...

Payitaxt – fars sözüdü. Pa - ayaq, taxt da bilirsiz... Taxta ayaq qoyulan yer . Stolitsa da eynən - stol, prestol olan yer deməkdi... Türklər Başkənt deyirlər. Hökumətin, icra strukturlarının olduğu yer... Əsas şəhər.


Məsələn, Cənubi Koreyanın paytaxtı Seul – mənaca əsas şəhər anlamın verir. Qazaxıstanın paytaxtı Astana da eləcə.
Bir neçə paytaxtı olan, paytaxtların vaxtla dəyişən ölkələr də var – amma sözüm bu deyil....
Bütün dünyada paytaxtlar hamını birləşdirən yerdi. Xüsusən də yenicə formalaşan dövlətlərdə. Məsələn, 1918-ci ildə paytaxtın Gəncə olması da təklif olunubmuş – amma sərhədə yaxın olması və həm də Bakının strateji əhəmiyyəti bu fikri kölgədə qoyub.
Amma yaşayış məskəni kimi çox uğursuz yer olub Bakı. Küləkli, tozlu, yaşıllığı olmayan... Bakı bir neft bumunda – 20-ci əsrin əvvəlləri, bir də 20-ci əsrin əllinci illərində şəhərə oxşamağa başlayıb. Və əsas olan nədi bilirsiz??? O vaxta qədər şəhərin mərkəz hissəsi qeyri -müsəlmanların əlində olub. İndi özlərinə "korennoy” deyənlər kəndlərdə yaşayıblar. Bakı və Abşeronun kəndlərində. Umumiyyətlə, yerli əhalinin yaşayış səviyyəsi, ev şəraiti həmişə ağır olub. İçərişəhəri göz önünə gətirin, Azdramanın arxa küçələrini xatırlayın – qaranlıq, dar dalanlar, kiçicik evlər və sairə... Bir-iki milyonerin tikdirdiyi möhtəşəm saraylardan getmir söhbət. Lap elə Bakı bağların da xatırlayın....
Uzun tarixdi, hamısını burda yazmaq olmur. Xilafət dağılır, Şirvanşahlar dirçəlib baş qaldırırlar. Təbii ki İrandan dəstək alaraq. Amma hərdən müstəqil siyasət yürütmək istəyəndə hərbi yürüşlər də olurdu. Qızıl Arslan Şamaxıya gələndə Şirvanşah Axsitan paytaxtı Bakıya köçürür. Köçürür də köçürməyinə, amma Bakı yalnız sovet hakimiyyəti illərində əsas şəhərə çevrilir. Xaotik yazıram tarixi – üzrlü bilin. Yəni hər hansı bir hadisənin tarix zəmini var.
Xanlıqlar dövründə də Bakı heç vaxt güclü, qüdrətli xanlıq ola bilmir. Vassal xanlıq olur. Bəlkə də buna səbəb Şah İsmayılın vaxtilə şəhəri viran qoyması olub... Yəni Qarabağ, Şəki, Naxçıvan xanları kimi müstəqil ola bilməyib...
Nə isə.... Liman şəhəri olması, neft bumu mədəniyyətin inkişafına təkan verir. Teatr xadimlərimiz, görkəmli aktyorlarımız, rəssamlarımız yetişir bu şəhərdə... Baxmayaraq ki, professional rəngkarlıq sənətimizin banisi sayılan Bəhruz Kəngərli Naxçıvanda doğulmuşdu...
Yalnız ötən əsrin əllinci illərində əyalətlərdən gəlib Bakıdakı ali məktəblərdə təhsil alan tələbələrin hesabına Bakı yenidən azərbaycanlılaşır!!! Yerli camaatın oxumağa meyli çox olmayıbmı, nəmi...Və Bakını ümumiyyətlə, milli edən isə mərhum prezidentimiz Heydər Əliyev olub. Mübaliğə deyil... Həmin vaxt sənaye sürətlə inkişaf edirdi – bunun üçünsə insan amili mühüm şərtdir...

Əyalətlərdə, bölgələrdə yaşayış üçün minimum şərtləri yüksəltmək lazımdı – bu olsa, köçün qarşısın almaq mümkündü. Bölgələrdə "çəpərləmə” mənzərəsi hökm sürür. Torpaqsız kəndli öz ehtiyaclarını nə şəkildəsə ödəməlidir. Onu günahlandırmaq ən asan yoldur. Bu barədə çox yazırlar. Sadəcə, diqqət eləmək lazımdır...


Paytaxtın hansı şəhər olması bizdən asılı deyil... Amma şəhərləri, kəndləri sevmək, doğma bilmək isə bizdən asılıdı....
Məncə belədi.... Neft qoxusuna da, torpaq ətrinə də qurban. Parçalanma ideyasına xidmət eləmək isə....


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-22
2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK