SON DƏQİQƏ:

DİN: Bakı, Sumqayıt və Abşerona aparan ara yollarda da postlar qurulub

  7004   |  
Şriftin ölçüsü  

Bu gecə saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna digər şəhər və rayon qeydiyyatında olan avtomobillərin və həmin avtomobillərin sərnişinlərinin girişi dayandırılacaq.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan ZahidovAPA-ya açıqlamasında bildirib ki, artıq adıçəkilən şəhərlərin və Abşeron rayonunun girişlərində polis postları qurulub və Nazirlər Kabineti yanında Operativ Qərargahın məlum qərarı bu gecə saat 00.00-dan qüvvəyə minəcək.

E.Zahidov Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna ara yollarla daxil ola bilmənin mümkünlüyü barədə sosial şəbəkələrdə yayılan məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, Bakı, Sumqayıt şəhərlərinə, Abşeron rayonuna aparan əsas magistral yollardan başqa ara yollarda da polis postları qurulub və həmin yollar da bağlı olacaq.

DİN sözçüsü onu da bildirib ki, Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qeydiyyatında olan avtomobillər və vətəndaşlar digər şəhər və rayonlara sərbəst gedib-qayıda bilərlər.

E.Zahidov vətəndaşlardan Operativ Qərargahın məlum qərarına ciddi şəkildə riayət etməyi xahiş edib.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahının qərarı ilə martın 19-da saat 00.00-dan etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK