Argentina FİFA-ya xüsusi müraciət ünvanladı
Argentina millisi DÇ-2026-nın yarımfinalında İngiltərə ilə oyun öncəsi FİFA-ya müraciət edib.
Adalet.az xəbər verir ki, argentinalı jurnalist Qaston Edulun məlumatına görə, Lionel Skaloninin komandası ənənəvi mavi-ağ zolaqlı forma əvəzinə tünd-göy ehtiyat formada meydana çıxmaq üçün icazə istəyib. Müraciətlə bağlı yekun qərarın sabah açıqlanacağı gözlənilir.
Qeyd edək ki, Argentina millisi 1986-cı il dünya çempionatının 1/4 finalında İngiltərəni Dieqo Maradonanın məşhur qolları sayəsində 2:1 hesabı ilə məğlub edərkən, həmçinin 1998-ci il mundialında rəqibini penaltilər seriyasında mübarizədən kənarlaşdırarkən də məhz tünd-göy formada meydana çıxmışdı.


Bakı -°C

