SON DƏQİQƏ:

SÜLH BAYRAMINIZ MÜBARƏK! - KAMALƏ ABİYEVA yazır

  67986   |  
Şriftin ölçüsü  
Məsələ Klara Setkində deyil. 8 martın Beynəlxalq Qadınlar Günü kimi qeyd olunmasıdır. Bu günlə bağlı müxtəlif fikirlərə rast gəlirik. Bu bayramın "bizim”olmadığını vurğulayan,”qeyd etməməliyik” deyənlər də var. Bu dini bayram deyil, milli bayram deyil yəni. Amma məna yükü böyükdü . 1857 - ci il 8 martda qadınlar ABŞ-da Nyu – Yorkda ağır iş şəraitinə, 16 saatlıq iş gününə etiraz edirlər. Polis nümayişi dağıdır. 129 qadın yandırılaraq öldürülür. Qadınların iş şəraiti düzəlmir. Bunlar tarixdir. Bu günün Miladdan əvvəlki Bibliya rəvayətləri ilə əlaqələndirilməsi də bayrama başqa anlam vermək çabasıdır. Çünki 8 mart 1857 – ci il hadisələri baş verəndə Klara Setkin hələ doğulmamışdı. Qadınların öz azadlıqları, hüquqları uğruna mübarizəsi illərlə, əsrlərlə davam edib. Bəs bu bayramla Klara Setkinin nə əlaqəsi var? İllər sonra 1910 –cu ildə Danimarkanın Kopenhagen şəhərində Qadın Sosialist İnternasiyonalının qurultayı keçirilir. Qurultayda alman ssoialisti Klara Setkinin təklifi ilə öz hüquqları uğruna ölən 129 qadının xatirəsinə 8 mart Dünya qadınlar Günü kimi qeyd olunması qərara alınır. Kophenagen qərarından sonra ilk dəfə olaraq 1911- ci ilin martında Avstriya,Danimarka,Almaniyavəİsveçrədə bu gün qeyd edilmişdir.


1914-cü ildə Rusiyada Beynəlxalq Qadınlar Günü martın 8-də baş tutur, başqa ölkələrdə də martın 8-i qeyd olunur. 1914-cü ildə qadınların 1918-ci ilə kimi qazana bilmədikləri seçki hüququna həsr olunmuşdu. 1914-cü ilin 8 martında Londonda BoudanTrafalqar meydanınadoğru qadınların seçki hüququna dəstək yürüşü oldu. 1917-ci il, fevralın son bazar günü (Yeni Stillə martın 8-nə düşür) Sankt-Peterbuqda Qadınlar Gününün qutlama nümayişləri Fevral İnqilabının əsasını qoydu. 8 martda "Çörək və sülh” adı altında keçirilən bu nümayiş digər Avropa ölkələrində də baş verdi.

Oktyabr inqilabındansonra bunu SSRİ-də rəsmi bayram elan etdilər amma 1965-ci ilə kimi iş günü idi. 8 may 1965-ci il fərmanıyla SSRİ Ali Sovetinin Rəyasət Heyəti SSRİ-də Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan etdi.

1975-ci il Beynəlxalq Qadınlar ili olaraq tarixə düşdü. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonraBMT-də1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq keçirildi. İki il sonra1977-ci ildə isə nəhayətBirləşmiş Millətlər TəşkilatınınÜmumi Qurultayında8 mart, qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edildi.

Beynəlxalq Qadınlar Günü eyni zamanda qadın hüquqlarının qorunması və bu günkü qadının daha azad olmasının tarixi səbəblərinin xatırlanmasıdır.

Mahiyyətə varsaq,8 mart, sadəcə, qadınlar günü yox, dünyaya sülh arzulayanların, insan – Qadın haqlarını qoruyanların günüdür.

Beynəlxalq Qadınlar Günü bizim Azərbaycanda da qeyd olunur. Biz də sülh istəyirik, insan haqlarını – haqlarımızı qorumağa çalışırıq. Azərbaycanhəm dəAvropa Şurasınınqadınlarla bağlı bürosunda təmsil olunur,BMT - nin qadın məsələləri üzrə komissiyasının tam hüquqlu üzvüdür.1995-ci ildə isə Azərbaycan rəsmi şəkildə qadınlara qarşı münasibətdə ayrı - seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında beynəlxalq konvensiyaya qoşulub. 1998 – ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması da təsadüfü deyil.

Əslində bu günün tarixi haqda üzun –uzadı nəsə yazmaq fikrim yox idi. Bir az elə alındı. Ağlımda dolaşan çox eşitdiyimiz "dahilərin,tarixi şəxsiyyətlərin əksəriyyəti kişilərdi” sözləridi. Bunu, məsələn kişilər daha ağıllıdı, beyinlərində qırışlar çoxdu və bu kimi başqa səbəblərlə izah edənlərdə olur. Təskinlik üçün-hər halda mən belə düşünürəm- "onları dünyaya gətirən qadınlardı” deyirlər. Mənim qənaətim başqadır: məsələ təkcə dünyaya gətirməkdə deyil, o səvviyəyə çatdırmaqdadı. İstənilən qadın - ana, baçı, həyat yoldaşı, qohum, dost kişini zirvədə görmək istəyir, ona dayaq olur, ruhlandırır, qulluğunda dayanır… Bəs kişilər? Məsələn, bizdə qadın böyük amallarla yaşayırsa, seçilmək istəyirsə ,nə baş verir? Hökmən ona mane olurlar: evdəki kişilər, yəni ata, qardaş, həyat yoldaşı. Onlar olmasa, hökmən ətrafdakılar. Qadına dəstək olanda o yazıçı da, alim də,deputat da, nazir də,…ola bilər və olur da.Üstəgəl məişət qayğılarının heç olmasa yarısı kişinin öhdəsində olsa, dahilərin çoxu qadınlar olar.

Bilgi. Dünyanı heyrətləndirən beyinlərdən biri Eynşteyndir. Bu yaxınlarda onun haqda "Dahi” filminə baxdım. Öz tələbə yoldaşı olmuş ilk xanımının ona çox dəstək olduğunu bilirdim. Amma İsveçrə Federal Politexnik məktəbinə fizika – riyaziyyat müəllimi ixtisasına imtahan verərkən Mileva Mariçin riyaziyyat imtahanında Eynşteyndən də üstün bal yığan yeganə tələbə olduğunu bilmirdim. Fizikadan isə hər ikisinin balı eyni olub. Qadın çox savadlı, çox zəki olur. Eynşteynə dəstək olur, ilk elmi yazılarını oxuyur, araşdırmalarda yardım edir və s. Amma o vaxt çap olunan heç bir elmi məqaləsində xanımının adı keçmir…Bu savadlı qadın yalnız üç uşaq anası olaraq məişət, ailə qayğılarıyla yaşayan qadın olaraq qalır…Filmdə o dövrün başqa elm adamlarının da həyatına aid maraqlı hadisələr yer alıb. Məsələn Pyer və Mariya Kürulər cütlüyü. İlk dəfə Nobel mükafatına layiq görülən Pyer Küri xanımı Mariya Kürinin adının olmadığını bildikdə mükafatdan imtina edir: "Bu nəticələri əldə etməmdə Mariyanın zəhməti çoxdu.O mənimlə birlikdə çalışıb” deyir. Və Mariya iki dəfə Nobel mükafatı almış yeganə qadın, ayrı –ayrı elm sahələrində (fizika və kimya) Nobel almış yeganə alimdir.Belə…

Diqqətli olsaq məktəbdə yaxşı oxuyan, üzağardan, daha məsuliyyətli, daha çox və daha böyük arzularla yaşayan əksərən qızlardı. Amma sonra? Hə, bu sonra kişilərlə bağlı olduğu üçün qızlarımızın arzularının çoxu xəyal olaraq qalır. Məktəbdə işləyənlər də qadınlardı. Heç bu kişi atalar valideyn kimi də məktəbdə görünmürlər. Niyə? Çox çətindi ona görə. Bir polis rəisi olub onun - bunun haqqını tapdalamağı qadınlar baçarmaz. Qadınlar qayğı çəkər, əzab çəkər, dözər, sevər. İndi bunları deməkdə məqsədim odu ki, ay KİŞİLƏR, səlahiyyətləri qadınlara verin. Çünki dünyanı qadınlar xilas edə bilər. Məsələn, düşünürəm ki, ən azı bu qədər çəkişmələr, müharibələr olmaz. Təbiiki bunu kişi eqosu bacarmaz. Heç olmasa həyatınızda, yanınızda , ətrafınızda olan qadınları sevin, sevindirin, dəyərləndirin, hər gününü bayrama döndərin, onların qarşısında maneə olmayın, arxa, dayaq olun. Onları dözümə sürükləməyin, yaşadın.Siz bunu bacararsız! Qadınlar hər an sevgiyə möhtacdılar. Onların sevgisi sizing dayağınızdı. Onların sevinci sizin bayramınızdı. SÜLH BAYRAMINIZ MÜBARƏK!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK