Bir həftədir ki, sosial şəbəkələrdə, saytlarda, qəzetlərə , eləcə də televiziyalarda hicabla bağlı müxtəlif fikirlər səsləndirilir! Burda təəccüblü heç nə yoxdur! Təəccüblü odur ki, bu mövzu ilə bağlı başı çıxan da danışır, başı çıxmayanlar da! Və mən də bir qədər düşünəndən sonra bu qərara gəldim ki, bu məsələyə öz yanaşmamı bildirim! Çünki din pərdəsi altında bir çox qara qüvvələr bundan öz mənafeyləri üçün əməlli - başlı istifadə edirlər!
Deməli, belə! Vahid geyim formasına keçməklə bağlı bütün təhsil ocaqlarında məlum qərar yerinə yetirilir. Belə ki, Azərbaycan dünyavi, hüquqi, demokratik və sivil bir dövlətdir! Və nə yaxşı ki, ölkəmizdə dünyavi dəyərlərə yüksək qiymət verilir!Ölkəmizdə dini dəyərlərə həmişə böyük önəm verilib! Əgər bütün müəssisələrində vahid məktəbli formasına keçilibsə, heç şübhəsiz ki, hicabla da təhsil ocaqlarına getmək özü də bir yanlış addımdır. Amma buna hicablı insanlar birmənalı yanaşmırlar! Hətta onlar bu addıma sosial şəbəkələrdə etiraz da edirlər. Və onları belə etirazlara qoşulmağa vadar edən qüvvələr də mövcuddur! Çünki din millətin çox zəif yeridir!
Bir çoxları da bu zəif yerdən ustalıqla istifadə edirlər! Lakin bizdə təbliğat işləri bəzən zəif qurulur. Ən azından hicabla bağlı bu məsələlər ideoloji baxımdan həmin insanlarla ciddi söhbət tələb edirdi. Çox təəssüf ki, belə insanlarla maarifləndirici söhbətlər uzun müddət aparılmayıb! Və birdən- birə deyilib ki, hicab taxan şagird, tələbə və müəllim dərsə buraxılmır! Bu cəmiyyətdə birmənalı qarşılanmır və ajiotaj yaradır! Bax bu, ajiotaj da heç şübhəsiz ki, müəyyən problemlər yaradır! Bu gün hara gedirsən bu məsələdən danışırlar: məktəbə gələnlər hicab taxsınlar, yoxsa, taxmasınlar? Bax bu gün cəmiyyət bu dilemma qarşısında qalıb! Bir çoxları deyir ki, ölkəmizdə hicab geyinmək qadağan olub!
Amma bu, əsla belə deyil, analar, bacılar! Sadəcə olaraq, məktəbə hicabla gəlmək qadağandır! Biz dinin çox vaxt fanatizm, cəhalət tərəfinə meyilli olmuşuq! Ona görə də bir çox millətlərdən və xalqlardan geridə qalmışıq! Müstəqil dövlət yaradandan sonra yavaş-yavaş özümüzə gəlmək istəyirik , onda da belə- belə işlər meydana çıxır, hicab ortaya çıxır! Və qalırıq odla- su arasında: hicab taxsınlar, yoxsa, taxmasınlar! Burda heç bir insanın hüquqları pozulmadan məsələlər öz həll yolunu tapmalıdır.Və bir çox valideynlər hələ beş-altı yaşlı uşaqlara belə zorla hicab taxdırırlar! Hələ o uşaqlar hicabın nə olduğunun mahiyyətini belə dərk eləmirlər!
Bu gün qonşumuz Usta Tahirlə küçədə rastlaşdıq və hal-əhval tutandan sonra Usta Tahir məndən soruşdu:" Mirzə, bu hicabın axırı necə olacaq?" Mən də dedim:" Hər şey yaxşı olacaq! Ölkəmizdə hicab geyinmək qadağan edilməyib, usta!" Elə bil ki, bu sözlərim Usta Tahirin ürəyinə sarı yağ kimi yayıldı və cöhrəsində təbəssüm yarandı! Və bir də cənablar, bəylər və xanımlar Allaha olan sevgi hicabla ölçülmür! Və Allaha olan məhəbbət əməllə, təmiz ürəklə, təmiz qəlblə ölçülür! Yetər ki, ürəyiniz və qəlbiniz təmiz təmiz olsun siz Allahı çox istəyəsiniz, Allah da sizi!!! Yoxsa " hicab! hicab!" - deyib dava- dalaş salmağa heç bir ehtiyac yoxdur!!!


Bakı -°C
