SON DƏQİQƏ:

Quba polisi əməliyyat keçirdi: İki şəxs həbs olundu

  4788   |  
Şriftin ölçüsü  

Quba Rayon Polis Şöbəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qanunsuz olaraq narkotik və psixotrop maddələri saxlamaqda şübhəli bilinən Xaçmaz rayonu Hacıəlibəyli kənd sakini, 44 yaşlı Malik Mehtiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan verilən məlumata görə, hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilən zaman sellofan torbada ümumi çəkisi 355 qram olan qurudulmuş marixuana aşkar olunub. Dindirilmə zamanı M.Mehtiyev narkotik maddəni şəxsi istifadəsi üçün qanunsuz olaraq saxladığını bildirib.

Quba RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayonun Cağacuq kəndi ərazisində yerləşən yaşayış olmayan fərdi yaşayış evlərinin birindən ümumi dəyəri dörd min manatdan çox olan elektrik naqilləri oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Siyəzən rayon sakini, 28 yaşlı Toğrul Güləliyev olduğu müəyyən edilib.

Saxlanılan zaman T.Güləliyev məsuliyyətdən yayınmaq üçün polis əməkdaşlarına müqavimət göstərərək qaçmağa çalışıb, lakin buna müvəffəq olmadığı görərək özünə xəsarət yetirmək istəyib. Polis əməkdaşları tərəfindən onun bu cəhdinin də qarşısı alınıb. Dindirilmə zamanı isə həmin şəxs cinayət əməlini etiraf edərək, oğurladığı naqilləri Siyəzən rayonu ərazisində yandırdığını, əldə olunan mis və alüminiumları rayon ərazisində fəaliyyət göstərən əlvan metalları qəbulu məntəqəsinə satdığının bildirib.

Saxlanılan hər iki şəxs barəsində Quba RPŞ-nin İstintaq Bölməsində AR CM-nin müvafiq maddələri ilə cinayət işləri açılıb, araşdırmalar davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK