Tələbələrin İsfəndiyar Axundovla görüşünü AzMİU təşkil etməyib - AÇIQLAMA
Son günlər bir sıra media resurslarında və sosial şəbəkə platformalarında Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir neçə tələbəsinin iş adamı İsfənyar Axundovla görüşünə dair müxtəlif məlumatlar yayılır. Bəzi paylaşımlarda sözügedən görüşün universitet tərəfindən təşkil edildiyi, hətta tədris prosesinin tərkib hissəsi olduğu barədə həqiqəti əks etdirməyən iddialar irəli sürülür.
Adalet.az xəbər verir ki, bu barədə AzMİU məlumat yayıb.
"Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən görüş Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilməyib, universitet tərəfindən təşkil olunmayıb və tədris prosesi çərçivəsində baş tutmayıb.
Görüş bir neçə tələbənin şəxsi təşəbbüsü və istəyi əsasında, onların müstəqil müraciətindən sonra iş adamının öz iş yerində baş tutub. Universitet rəhbərliyinin, eləcə də digər struktur bölmələrinin bu görüşün təşkili və keçirilməsi ilə heç bir əlaqəsi olmayıb.
Xüsusilə vurğulayırıq ki, tələbələrin şəxsi təşəbbüsləri əsasında, universitetdən kənarda həyata keçirdikləri görüş və fəaliyyətlərin ali təhsil müəssisəsinin rəsmi mövqeyi, təşəbbüsü və ya tədris fəaliyyəti kimi təqdim olunması yolverilməzdir.
Təəssüf ki, bəzi paylaşımlarda görüşün mahiyyəti və iştirakçıları ilə bağlı səsləndirilən tənqidi fikirlər heç bir əsas olmadan universitetə də şamil edilir, bununla da ictimaiyyətdə AzMİU haqqında yanlış təsəvvür formalaşdırılır.
Universitetin təşkilatçısı və iştirakçısı olmadığı bir görüşə görə ali təhsil müəssisəsinin ictimai qınaq obyektinə çevrilməsi cəhdlərini qətiyyətlə qəbul etmirik.
Azərbaycan Memarlıq və İnşaat Universiteti olaraq media nümayəndələrini və sosial şəbəkə istifadəçilərini məlumatları yayarkən faktları dəqiqləşdirməyə, şəxsi təşəbbüslərlə həyata keçirilən fəaliyyətləri universitetin rəsmi fəaliyyəti ilə eyniləşdirməməyə çağırırıq.
Bir daha bəyan edirik ki, sözügedən görüşün Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilati, akademik və inzibati fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur", - deyə açıqlamada qeyd olunub.
Digər Xəbərlər
12 Noyabr 2026 18:01
Azərbaycan Universitetində Xaqani Şirvaninin 900 illik yubileyi qeyd olunub
10 Noyabr 2026 11:53
5 günlük tətil başlayır - TARİXLƏR AÇIQLANDI
09 Noyabr 2026 21:00
Türkiyə və Azərbaycan müdafiə sənayesi üzrə birgə doktorantura proqramları yaradacaq
09 Noyabr 2026 16:01
Təhsil işçiləri üçün “Zəfər düşərgəsi” keçirilib - FOTOLAR
08 Noyabr 2026 15:39
İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə neçə şagird təhsil alır?
07 Noyabr 2026 14:12
“Zəngilan Müasir Təhsil Kompleksinin binası xalqımızın yüksək mədəniyyətini...”
07 Noyabr 2026 12:14
Azərbaycan Universitetində Qarabağ Zəfərinin tarixi əhəmiyyəti vurğulanıb
06 Noyabr 2026 09:32


Bakı -°C

