adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2026 17:48
85
DÜNYA
A- A+

Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur

ABŞ Prezidenti Donald Tramp artıq İranla razılaşmaya ehtiyac olmadığını bildirib.

Adalet.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” hesabında paylaşım edib.

“Bizim İranla razılaşmaya ehtiyacımız yoxdur. O günlər çoxdan geridə qalıb. Biz onların pulunu – yüz milyardlarla dolları və boğazını (Hörmüz) ələ keçirmişik”, – ABŞ Prezidenti yazıb.

Tramp paylaşımında, həmçinin, vitse-prezident Ceyms Devid Vensə ABŞ-ın Demokratlar Partiyasının idarə etdiyi şəhər və ştatlarda baş verdiyini iddia etdiyi genişmiqyaslı korrupsiya və cinayət hallarına diqqət yetirməyi tapşırdığını bildirib.

O, Minnesota, Kaliforniya və İllinoys ştatlarını nümunə göstərərək, bu bölgələrdə milyardlarla dolların mənimsənildiyini iddia edib. Trampın sözlərinə görə, korrupsiya hallarının aradan qaldırılması ABŞ büdcəsinin balanslaşdırılmasına kömək edə bilər.