adalet.az header logo
  • Bakı -°C
12 Noyabr 2026 21:21
79
DÜNYA
A- A+

Türkiyədə hərbi helikopter qəzaya uğradı - Hərbçilər öldü - YENİLƏNİB

Noyabrın 12-də Türkiyənin Malatya vilayətində S-70 tipli hərbi helikopter naməlum səbəbdən qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Samanköy rayonunda baş verən qəza nəticəsində 4 hərbçi şəhid olub.

Bölgədə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

*** 20:40

Türkiyənin şərqindəki Malatya əyalətində S-70 hərbi helikopteri qəzaya uğrayıb.

Adalet.az xəbər verir ki, Türkiyə Milli Müdafiə Nazirliyi qəzanın səbəbinin hələlik məlum olmadığını bildirib.

Hadisə Yeşilyurt rayonunda baş verib. Qəza yerinə yanğınsöndürənlər və tibbi qruplar göndərilib.

Nazirlik bildirib ki, xilasetmə xidmətləri helikopterin qəza yerinə çatıb və işlərinə başlayıb. Mümkün itkilər və hadisənin baş vermə səbəbləri barədə məlumat hələlik açıqlanmayıb.