“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
Ölkəmizdə ərzaq təminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfə verən “Azərsun Holdinq” yerli fermerlərdən zeytun tədarükünü davam etdirir.
Adalet.az xəbər verir ki, kənd təsərrüfatının müxtəlif istiqamətlərində fəaliyyət göstərən kiçik sahibkarların dəstəklənməsinə xüsusi önəm verən Şirkətlər Qrupu bu təşəbbüslə yerli xammal təminatının artırılmasına və yerli istehsal imkanlarının genişləndirilməsinə töhfə verir.
Qeyd edək ki, Abşeron rayonunda fəaliyyət göstərən yerli istehsalçılardan zeytunun tədarük edilməsi ölkədə zeytunçuluq ənənələrinin qorunub saxlanmasına, bu sahənin inkişafına və fermerlərin fəaliyyətinin təşviqinə əlverişli şərait yaradır.
Zeytunun təhvil verilməsi ilə bağlı əlaqə məlumatları:
Ünvan: Ziya Bünyadov prospekti, Xarici Dairəvi küçəsi, 2038-ci məhəllə (73 saylı orta məktəbin yanı)
Telefon: +994 12 404 19 19 (daxili: 2903)
Əlaqədar şəxs: Muhammed Emin Kalan
Elektron poçt: [email protected]


Bakı -°C

