SON DƏQİQƏ:

İşğalda qalan Kərki - 30 il ötür

  47712   |  
Şriftin ölçüsü  

Yurdumuzun hər qarışı doğmadır, əzizdir. Düz 30 il əvvəl o doğma və özüz hissəmizi ermənilər bizdən qoparıb.

Adalet.az xəbər verir ki, 1990-cı il yanvar ayının 15-dən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçiriblər. Həmin gündən davam edən şiddətli döyüşlərdən sonra yanvarın 18-də keçmiş SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə muxtar respublikanınSədərək rayonunun Kərki kəndi ermənilər tərəfindən işğal olunub.

Kərki kəndinin müdafiəçiləri qəhrəmanlıqla vuruşub, son ana qədər düşmənə ciddi müqavimət göstəriblər. Hadisələrin canlı şahidlərinin sözlərinə görə, həmin gün kənd səhər saat 4 radələrindən saat 18-19-a qədər şiddətli atəşə tutulub. 30 nəfərədək Kərki sakiniŞərurRayon Polis Şöbəsinin 3 əməkdaşı ilə birlikdə 2 mindən çox silahlı erməniyə qarşı vuruşsa da, döyüş ləvazimatlarının bitməsi səbəbi ilə onlar yaşayış yerini tərk etməli olublar.


Kərki kəndinin işğalı XX əsrin sonlarında ermənilərin ilk işğalçılıq aktı kimi tarixə düşüb. Kərkinin işğalıBakıdakı20yanvar qırğınının, dəhşətliXocalı faciəsinin, işğal olunan rayonlarımızın acı taleyinin və nəhayət, ermənilərin Azərbaycanın alınmaz qalasıSədərək üzərinə silahlı basqınlarının başlanğıcı olub.


Qeyd edək ki, Kərki kəndinin sakinləri muxtar respublikanınKərkirayonunun ərazisində yaradılan Yeni Kərki kəndində məskunlaşıblar. Kərkililər işğal altında olan kəndlərinin azad olunacağı günü səbirsizliklə gözləyirlər, buna inanırlar ki, dövlətimiz və xalqımız gücü-birliyi sayəsində bütün işğaldakı torpaqlarımız azad olunacaq.

Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK