SON DƏQİQƏ:

Anna bir Qarabağ əlili ilə bir gecə yatsaydı....

  20870   |  
Şriftin ölçüsü  

Son günlər gündəmi zəbt edən bir çox hadisələr oldu. Milli Məclisin buraxılması, bələdiyə seçkilərinə start verilməsi, Bakıda atanın azyaşlı övladlarına işgəncə verməsi, EvroHome tikinti materiallarının yanması və bir sıra ictimaiyyətin müəyyən mənalarda diqqətini çəkən, çox müzakirə olunan olaylarla qarşılaşdıq. 

Bununla bərabər, Ermənistan Baş naziri Nikol Paşinyanın xanımı Anna Hakobyanın Azərbaycan Prezidentinin xanımı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət etməsi əhalinin diqqətindən qaçmadı. Mehriban Əliyevanın Telegram şəbəkəsində "Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!" məzmunlu status yazması erməni Annanı bərk yandırdığı aydın görünür. Yandığını ört-basdır etmək üçün "qonaqpərvər təklif” edən Anna beləcə həyasızcasına "hücuma keçdi”. Doğrusu, bu təklif ölkəmizdə də yüksək qəzəb və nifrət hissi ilə qarşılandı. İlahi, insan xislətində nə qədər həyasızlıq, utanmazlıq olarmış?!Yəni bəşər övladı dediyimiz yer üzünün "əşrəfi” bu qədər murdar, rəzil ola bilərmi-deyə düşünməmək imkansızdı. Bir xalqa qarşı torpaq iddiası ilə onu soyqırım et, qocasına , körpəsinə, hamiləsinə, qızına-qadınına rəhm etmə, dirisinə də, ölüsünə də işgəncələr ver, yurdunu –yuvasını, uzun illər kərpic-kərpic qurub yaratdığı evini-eşiyini yandır, yandırmaqla ürəyin soyumasın üstəlik, yandırılmış evləri dağıt. Ağdam boyda bir yurdu ruhlar şəhərinə döndər. Qarabağ boyda bir obanı xarabazara çevir, özün kimi rəzil, faşist əqidələri o cənnətə yerləşdir və sonundada həyasızcanına :” "Mən bilirəm, o (Mehriban xanım), bunu təxminən hansı mənada yazıb. Və mən indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o bizim qonağımız ola bilər. Erməni xalqı və artsaxlılar (qarabağlılar) qonağı necə qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər", - Anna Hakobyan deyib.

A. Hakopyanın bu idbar təklifindən ən çox əsəbləşən isə Qarabağ uğrunda gedən döyüşlərdə əlil və şikəst olan eloğullarımız- keçmiş döyüşçülər oldu. Paşinyanın Şuşaya gələrək yallı getməsi, Kəlbəcərdəki "kətə festivalı”, Xankəndində Avropa idman yarışları bəlkə də, belə qəzəb effekti yaratmamışdı. Bilmirəm... amma bu dəfə səbr kasalarının daşması aydın görünürdü. Bəlkə də canlarında gəzdirdikləri qəlpələri, sağalmayan yaraları, 25-26 il əvvəl torpağa basdırılmış hansısa bir əzaları sızıldadı. Bunları Anna hardan anlaya bilər ki...



Yeri gəlmişkən: Kəndimizdə 30 ilə yaxın kolxoz sədri işləmiş Xuraman Abbasova kolxozçulara qarşı çox tələbkar idi, işi "axsadanlar”ı, verilən tapşırıqları yerinə yetirməyənləri nəinki tənqid, hətta təhqir etməkdən çəkinmirdi. Vay o gündən ki, belə birisi ilə qarşılaşsın. Günlərin bir günü həddindən çox sadə və sadəlövh, eyni zamanda abırlı-həyalı, Qaz-51 sürücüsü Müseyib dayı işə gecikdiyi zaman Xuraman xanıma yaxalanır. Sədri əsəbi şəkildə "Villis”indən düşür, başlayır tənqidə:

- Ay evini Allah yıxsın, bu vaxtı işə gedərlər? Günortadı eyy, yuxarılar bizdən iş tələb edir, indiyənə qədər harda ölmüşdün?

- Xuraman bajı, vallah xəstəydim, bu gecə səhərə qədər qızdırmadan yanırdım.....

-Ə, yalan danışma, yanaqlarında qan damır, sən hara xəstəlik hara...Allah evini yıxsın, işi gecikdirmisən..

Müseyib dayı görür sədri inandıra bilməyəcək, sədr də söyəcək, bundan əl çəkməyəcək. Axırda dözmür, çarəsiz-çarəsiz deyir:

-Xuraman bajı, Vallah canım ağrıyır. Allahın altında bircə gecə mənnən yataydın görəydin ki, gecədən səhərə kimi mən nələr çəkirəm...

İndi rəhmətlik Müseyib dayının sözü olmasın, bu Anna bircə dəfə bir Qarabağ əlili, veteranı ilə yatsaydı, görərdi ki, bu yazıqlar sabaha qədər nə əziyyətlər çəkir. Bir azacıq da insanlığı olsaydı dilini dinc qoyardı, onların yarasının üstündən yara vurmazdı.


Əntiqə Rəşid



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK