SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: “SEVDA MÖHÜRÜ”NÜN

  9572   |  
Şriftin ölçüsü  

Bir neçə gün öncə Azərbaycan oxucusuna imzası yaxşı tanış olan, xüsusilə "Ədalət” qəzetinin izləyicilərinin maraqla izlədiyi dəyərli Vəli Xramçaylı iş otağıma gəldi. Və özü ilə birlikdə şair bir kitab da gətirdi. Xətrini çox istədiyim Dərviş Vəli birbaşa mətləbə keçdi:

- Al bu kitabı, oxu, xoşuna gələcək. Tay sonrasını da özün bilirsən.

Təbii ki, şair dostumun ərki onun səmimiyyətinin və münasibətlərimizin hansı mərtəbədə olmasının göstəricisi idi. Ona görə də kitabı məmnuniyyətlə qəbul edib elə həmin andan da yazı masamın üstündə, yəni gözümün önündə saxlamaqla yanaşı, həm də onu oxumağa başladım...

Bəri başdan deyim ki, tanınmış ədəbiyyatşünas tənqidçi, professor Rüstəm Kamalın ön sözü və şair Rəfael İncəyurdun redaktorluğu ilə işıq üzü görmüş "Sevda möhürü” şeirlər kitabının müəllifi Söhrab Abdullahdı. Düzünü deyim ki, bu müəllifin imzası ilə ilk dəfə rastlaşsam da, elə ilk misralarından kitabdan şeir havasını tuta bildim. Yəqin ki, buna professor Rüstəm Kamalın fikirləri də təsir etmişdi. Çünki ədəbiyyatşünas alim Söhrab Abdullahın şeirlərinə elə bir pəncərə açıb, elə bir işıq salıb ki, bu pəncərədən baxıb həmin işığın içərisində olan fikirləri, duyğuları görməmək mümkün deyil. Və mən də elə müəllifin kitabın redaktoruna ünvanladığı ilk şeirini gözdən keçirəndə açıqca gördüm ki, Söhrab Abdullah həqiqətən Vəli Xramçaylının dediyi kimi, təbli, ruhlu şairdi. Allahın verdiyi təb və ruh onun misralarını diri, yaşayan, nəfəs alan bir formada oxucuya göstərir, çatdırır. Yəni oxucu ilə şeirin təması canlı olur. Məsələn:

Gözəllər eşqinə süzülsün gərək,

Misradan-misraya bal pətək-pətək,

Yeraltı faydalı qazıntılar tək,

Gizlənən sözlərə tac oldu Söhrab.

Bəli, bu şeir parçasındakı bir fikir mənə xüsusilə diqqətçəkən gəldi. Yəni "yeraltı faydalı qazıntılar tək” deyimi təkcə coğrafi anlayış deyil, bu həm də indiki məqamda poetik fikrin yeni cilada, yeni biçimdə təqdimidir. Şair təbiətin alt qatını sözün üst qatına çevirib və bununla da bir oxucu kimi mənim diqqətimi çəkməyi bacarıb. Bax, mən də elə bu cür təzəlikdən, təravətdən, ipucu kimi istifadə edərək növbəti şeirlərə doğru gedirəm.

Ayrılıq zəli tək əmir qanımı,

İmtahana çəkir din, imanımı,

Yolunda sadağa olan canımı,

Əzrayıl gəlmədən al, demədimmi?

Və yaxud:

Qoymasın gileydən düşüm dillərə,

Meylimi salmadım qeyri güllərə.

Məni tərk etməsin naşı əllərə,

Yaram çox dərindi, təbib neyləsin?

Əgər bu iki bəndə fikir verdinizsə, onda görərsiniz ki, ayrı-ayrı şeirlərdən gətirilmiş bu nümunələr bir ruhun məhsuludu, bir yaşamın ifadəsidir. Təbii ki, həmin yaşamın da adı sevgidir. Elə ən önəmlisi də bu sevginin saflığı və onun ifadə edilməsi üçün tapılan və sərgilənən formadı. Bunu da Söhrzb Abdullah ustalıqla həll edə bilibdir. Ona görə də sevdiyinə, sevənlərinə və hardasa həm də oxucularına üz tutaraq deyir ki:

Tufanlar içindən keçib gəlirəm,

Sevda yolçusuyam, köçüb gəlirəm.

Eşqin şərbətini içib gəlirəm,
Zəhəri şərdəbətə tökmə, nə olar?

Və yaxud:

Gün gələr bu keçmiş xatirələri,
Könül dəftərinə yazarsan dedim.

Keçən ömrümüzü bir yuxu kimi,

Oturub həsrətlə yozarsan dedim.

Bu fərqli beytlərdə də şair qəhrəmanı ilə dialoq qurur, söhbətləşir, ona bir növü özünü təqdim edir və bu təqdimatda da yalnız bir istək, bir umacaq var. Həmin istək də sevgiyə sayqıdı. Yəni şair öz haqqını bir Leyli sevdasıyla dəyərləndirməsini istəyir. Çünki özü sevgisində Məcnundu. Və deməli, istəyində də haqlıdı. Və burada bir məqamı da qeyd etməliyəm ki, şair bütün baxış bucaqlarından görünən bir məqamı heç vaxt unutmur. Həmin məqam da səmimiyyət və paklıqdı. O, öz fikirlərinin şah damarına məhz bunları hopdurubdu. Ona görə də birbaşa və birmənalı şəkildə deyir:

Sənin dərdlərini boyunbağı tək,

Qədərin qoynunda ipə düzdürdüm.

Bu dərdi söz ilə yazammasam da,

Eşqimlə ömrümə fərman yazdırdım.

Və yaxud:

Söhrabın halını biməsən də sən,

Bir sevda uğruna ölməsən də sən.

Bir ömür gözləsəm, gəlməsən də sən,

Mən səni özümə yar eləmişdim.

Bax, mənim bir oxucu olaraq duyub söylədiyim fikirlər zənnimcə, bu misralarda əyani şəkildə özünü göstərir.

Dörd hissədən ibarət olan "Sevda möhürü” kitabı daha çox mənə folklorumuzdan, aşıq yaradıcılığımızdan bəhrələnən bir nümunəni xatırlatdı. Və mən kitabdakı istər qoşmaları istər gəraylıları, istər qəzəlləri oxuyarkən tam səmimiyyətlə etiraf edim ki, maraqlı söz çələngi ilə qarşılaşmış oldum. Ona görə də kitabı mənə təqdim edən Vəli Xramçaylıya təşəkkürümlə yanaşı, müəllifə də uğurlar diləməyi özümə borc bilirəm.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK