SON DƏQİQƏ:

Naxçıvanda Novruz ənənələri

  40582   |  
Şriftin ölçüsü  

Ta qədimlərdən Naxçıvanda keçrilən baca-baca mərasimləri geniş bir sistem yaradıb. Bu sistem Novruzla baglı inancları, sınamaları, deyimləri, oyunları, nəgmələri özündə birləşdirib. Çünki Novruzun astanası, ilk qədəmlərinin hiss olundugu vaxt kimi qəbul edilən baca-bacanı naxçıvanlılar həmişə ayrı bir sevinclə, sevgi ilə qarşılayıblar.

Onun "baca-baca" adlanması "bacadansallama"ilə baglıdır. Baca evin uca yeridir. Elimizdə, obamızda "bacadan sallama" da ucalmaq, müqəddəsliyə qovuşmaq anlamındadır. Yəni novruzu ucaldır, müqəddəsləşdirir, ilboyu hər kəsi bu məqamda saxlayır. Bu, müqəddəs bir duygu, fərqli bir inamdır.

Baca-bacada "şalsallama", "qurşaqatma" sözləri daha çox işləkdir. "Şalsallama" daha çox qızlarla, "qurşaqatma" oglanlarla baglıdır ki, bu da mərasimin genişliyini şərtləndirir.

Qurşaqatanlar da, şalsallayanlar da təkcə bayram sufrəsindən pay ummur,sovqat isdəmirdilər,həm də niyyət edib bacadan evdəkilərin dnışıqlarına qulaq asırdılar. Bizim ellərdə baca-bacada hərkəsin qapı-bacası açıq olar, hamı da xoş söz deyər ki, qulaq asmaga gələnlər burdan sevinə-sevinə getsinlər

Bəzi yerlərdə bir ailədən qız istəyən oglanlar bacadan ucu düyünlənmiş şal atarlar.

Evdə də bilərlər ki, şal atan kimdi, məqsədi-məramı nədi. Qızı ona verməyə razılıq olanda şal ucundakı düyünü açıb sovqat qoyarlar, razılıq olmayanda isə düyünü açmayıb şala sovqat yıgardılar. Bu da "söz alıb-sözvermə"nin bayram adətincə bir ifadəsi idi. Bəzən də dostları ilə oglan baca-bacada gözaltı etdiyi qızgilin damına şıxar,bacadan qulaq verərdilər. Xoş söz eşitsəydilər, o evə elçi düşərdilər. Bu da bir bayram inancıdır.

Həmin günün səhəri qız-gəlin su üstünə çıxar,suya salam verər,suüstü keçirib səhəngləri doldurar,əl atıb sudan bir-iki xırdaca daş götürər,səhəngin içinə atardılar. Bu suyu gətirib həyət-bacaya, agacların dibinə, evin künc-bucaqlarına səpərdilər ki, il boyu paklıq, təmizlik olsun. Bu sudan xəstələrə də içirərdilər ki, onlar şəfa tapsınlar. O sudan həm də xəmirə(maya) tutardılar ki, ilboyu ev ruzili-bərəkətli olsun.

Baca-bacada dam üstunə ayaqqabı tullamaq adıti də vardı. Ayaqqabı dam üstünə düz düşəndə inanırdılar ki, il düşərli keçəcək, hər şey yaxşı olacaq.

Baca-bacada bişirilən yeməkdən qonum-qonşuya pay tutmaq adəti də vardı. Bu süfrə başqa dad-tamda olardı. Bayram yeməyindən, necə deyərlər, göyün quşlarına da ruzi ayırardılar.

Həmin gün evlərdə, həyətlərdə ocaq çatılmalı, qazan asılmalı idi ki, evlər işıqlı, qazanlar bərəkətli olsun.

Baca-bacada subay qızlar bir yerə toplaşar, ortaya dilək qabı gətirərdilər. Qabın üstünə qırmızı yaylıq salınması da arzu-diləklə baglı olurdu, bayramın, əziz günün rəmzlərind'n biri kimi dəyələndirilirdi.

Yer kürəsini qarış-qarış gəzib haqqın yolunu arasanız, hərlənib-fırlanıb bir yerdə duracaqsınız. Doğrudur, Şərqdə də, Qərbdə də təbiətin və insan əllərinin yaratdığı möhtəşəm abidələrlə, möcüzələrlə rastlaşacaqsınız. Bir müddət Hindistanı, sonra bir-birinin ardinca Çini, Meksikanı, Kanadanı, Ərəbistanı, Yunanıstanı, İtaliyanı, İranı bütün yaranışların beşiyi sanacaqsınız. Amma az keçməmiş hər yerdə yanıldığınızı biləcək, yeni, daha heyrətedici mənzərələr görmək arzusuyla: "Bəlkə, irəlidə bir az da yaxşısı var" - deyib haqq yolunu aramaqda davam edəcəksiniz. Elə ki, Batabatı arxada qoyub Haça dağına, Gəmiqayaya, Əshabi Kəhfə çatdınız, gözünüz işıqla, ruhunuz dincliklə, qəlbiniz sevgiylə dolacaq. Biləcəksiniz ki, mənəvi ucalığı tapmısınız, həyatın mənbəyi buradan başlanır. Xeyr, bərəkət, haqq və ədalət ocağına düşmüsünüz...

Çox əski çağlarda şərə uyan bəşər oğlunun dünyası daralıb sulara qərq olanda yalnız bir haqqa tapınan ailə Allah qəzəbindən qurtara bilmişdi. Naxçıvanlıların gen yaddaşında qalan inanca görə, "qabaxlar göy yerə yaxın idi. Adamlar bir-birini öldürüb qan tökürdülər, bərəkətin qədrini bilmirdilər. Bunu görəndə tanrının qəzəbi tutdu, göyü yerdən uzaqlaşdırdı". Sonralar bu təsəvvür dünyanın məhvi - Dünya tufanı şəklinə salınmış, göyün - yaradıcının üz döndərməsinin səbəbi isə insanların şərə, pis əməllərə meyl etmələri ilə izah olunmuşdur: "Əzəli yer üzündə heş nə yoxuydu. Elə vaxt öz-özünə gəlib keçirmiş. Sonra heyvannar, cücülər, otdar, ağaşdar yarandı. Lap axırda Allah adamları yaratdı. Bullar yer üzündə o qədər artıb törədilər ki, dünya bullara darrığ elədi, insannar başdadılar bir-birinə pisdih, paxıllığ eləməyə. Bunu görəndə Göy acıxlanıf yerdən aralandı. O vaxtdan da bərəkət azalıf, çörəh daşdan çıxır".

Çörəyin daşdan çıxdığı anlarda haqqın yolu nazilmiş, ədalət qan dənizində boğulmuş, Ağıl, Kamal, Mərifət başlardan çıxarılıb ayaqlar altına atılmışdı. Dünya məhəbbətin gücü ilə fırlanmalı (Nizami Gəncəvi) olduğu halda, ləngər vurmuşdu. Qəlblərdə eşq odu sönüb tükəndiyindən hər yana nifrət, riyakarlıq, xəbislik toxumları səpilmişdi. İnsanı - şüurlu məxluqu yaratmağının peşimançılığını çəkən Allah Yer üzünü pisliklərin, şərin mənbəyinə çevirən bəndələrindən təmizləmək qərarına gəlmişdi. Tökülən qanları yumaq üçün dünyanın suları bəs etmədiyindən kainatın bütün qara buludlarını Yerin üzərinə göndərmişdi. Yer üzünü yağışlar, sellər bürümüşdü.

Elə bir tufan qopmuşdu ki, dünyadakı bütün ucalıqlar suların altında qalmışdı. Sayı minləri vurub aşan Adəm övladlarının hamısı adamlığını itirdiyindən ümmanlarda boğulmuşdu. Yalnız Allahın bir bəndəsi haqq yolundan dönməmişdi, tufana qalib gələn nəhəng gəmisində ailəsini və dünyadakı varlıqların bir cütünü xilas edə bilmişdi. Bu bəşər övladının ən ulu babası həzrəti Nuh peyğəmbər idi.

Tufanın yol azmış bəşərlə mücadiləsi bitib tükənəndə, Günəş yenidən doğub göydə gəzəndə görmüşdülər ki, sular hələ pislikləri yerdən tamam silib təmizləməyib. Ona görə də ayaq basmağa bir qarış da olsa, torpaq yoxdur. Dünyanın üzünü su ilə ağartmaq uzun zamanın işiymiş.

Haqqa tapınan ailənin də əlləri həyatdan üzülmüşdü. Amma ola bilməzdi ki, Yer üzündə haqqın yolunun başlanğıcı, mənbəyi də sularda itib-batsın. Dünyada elə bir uca yer olmalıydı ki, ora şərin ayağı heç vaxt dəyməsin. Bəli, Ağrıdağ sinəsini qabağa verib dünyanın pisliklərini o biri tərəfə keçməyə qoymamışdı. Son anda Ağrıdağ özü də sulara qərq olmuşdu. Ancaq buz bağlamış ağappaq başı üzdə qalmışdı. Sularda üzən yeganə gəmi gecələri gündüzlərə qatıb axtarmışdı və nəhayət, o yüksəkliyi tapmışdı. Haqq yolunun başlanğıcı Əshabi Kəhfdən İlanlı dağa, oradan da Gəmiqayaya doğru istiqamət gotürübmüş.

Adəm nəslinin sağ qalan sonuncu nümayəndələri bu yerə sığınmışdı. Yeni məkanda hər şeyə təzədən başlamışdılar. Yaşayış vasitələrini və həyat ünsürlərini bərpa etmişlər. Nəsillər törətmışdilər. İnsan əlləri xarüqələr yaratmışdı. Ürəklərdə eşq odunun hərarəti artdıqca sular da geri çəkilmişdi, əzəli torpaqlar üzə çıxmışdı.

(ardı gələn sayımızda)

Şölə Qadirqızı


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 28 26 23 21 19 16 14 12 09 07

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK