SON DƏQİQƏ:

Faiq QİSMƏTOĞLU: ŞİRBALANIN NAZLISI

  10588   |  
Şriftin ölçüsü  

Pullu və varlı adam üçün sevmək və sevilmək heç vaxt ayıb sayılmır. Axı pul çox eybəcərliklərin üstünü örtür, çox ağılsızları hörmətə mindirir. Və bir də kim nə deyir desin, pul əl çirki deyil. O, bütün açılmayan qapıların açarıdır. Ancaq pul hər şey də demək deyil!..

Pulun varsa rəhmətlik Rüfət Zəbioğlunun təbirincə desək, "Yalta bilərsən Ələti”. Cibin doludursa, get kef elə ey, ye, iç, özün üçün yaşa! Və pulu olan adamların da çoxu öz həyatlarını yaşayıblar.

O günü televiziya kanallarının birində Rüfət Əhmədzadənin ssenarisi ilə çəkilmiş "Şirbalanın məhəbbəti” filmi göstərilirdi. Şirbala rolunda rəhmətlik xalq artisti Hacıbaba Bağırov, Nazlı obrazında isə Həmidə Ömərova çəkiliblər. Sözün düzü, filmə baxdım, çox dilxor oldum. Və yadıma indiki şirbalalar düşdü. Filmdəki Şirbalanin bəxti gətirməsə də indiki şirbalalar lap kef eləyirlər. Təmiz, əxlaqlı xanımını və tərbiyəli uşaqlarını atıb 22-23 yaşlı müğənni ilə evlənirlər. Zalım uşağı bu müğənniyə nə almırlar - ən bahalı maşınlar, ən bahalı villaları alıb verirlər. Elə bilirlər ki, tay dünyanın axırıdır. Ancaq fikirləşmirlər ki, onun-bunun qucağına atılan, pula, vara, dövlətə görə tez-tez sevgililərini dəyişən bu müğənnilər sabah o adamın ayağı büdrəyəndə də onu atacaq, başqa bir varlı kişinin qucağına sığınacaq.

Bir vəzifəli yaxın tanışım vardı. Xalq artistlərindən birini saxlayırdı. Həmin xalq artistinin də həyat yoldaşı bizə şikayətə gəlmişdi ki, arvadımı bax, bu vəzifəli şəxs əlimdən alıb. Biz də həmin vəzifəli şəxslə görüşdük, o da dedi ki, qardaş, hamı bilir ki, mən onunla gəzirəm. Arvadıma, uşağıma eləmədiyimi ona eləmişəm. Şəhərin mərkəzində üçotaqlı mənzil almışam. Tay buna görə onun əri məni niyə qınayır? Yaxşı kişinin arvadı onun-bunun qucağına sığınmaz. Sonradan elə oldu ki, həmin adam vəzifədən çıxdı və həmin müğənni də onu dəyişib 3-4 pullu adamla kef çəkdi və hərəsinə bir ev aldırdı.

Elə müğənnilər var ki, rəhmətlik İlhamə Quliyevanın diliylə demiş olsaq, kişilərin ciblərini soyurlar. Heç o müğənnilərdə də günah yoxdur. Günah milyonları o müğənnilərə xərcləyən kişilərdəndi. Pulu olanın savadı olmur, savadı olanın da pulu olmur. Xüsusən Rusiyada yaşayan pullu və imkanlı adamlar belə müğənniləri "göydə qapırlar”. Onlara ev alırlar, maşın alırlar, bir gecə qonaqlıq verib bir ildə qazandıqları hədiyyəni bağışlayırlar.

Axı onların pulları var. Pul da bayaq dedik ki, çox qapını açır. Rəhmətlik Üzeyir bəy də "O olmasın, bu olsun” filmində Məşədi İbadı Gülnaz xanıma almağa qoymadı. Hansı ki, həmin dövrdə də əksər pullu və varlı adamlar qoca olsalar da 15-20 yaşlı qız alırdılar. Amma Üzeyir bəy sonradan səhvini anlayıb və deyib ki, 50 yaş o qədər də çox deyilmiş. 50 yaşa çatdım, gördüm ki, özümü yaxşı hiss eləyirəm. Yəni 50 yaşda da evlənmək olarmış.

Bir məşhur müğənni var. Onun atasının 65 yaşı olsa da, ikinci dəfə evlənəndə 30 yaşında qız alıb. Hansı ki, öz qızının 37 yaşı var.

Nə başınızı ağrıdım, bu evlənmək ki var, pullu adam hər zaman, hər yaşda evlənə bilər. Məsələn, bir pullu adam bar qadını ilə evlənib, indi həmin bar qadını da kef eləyir. Gündəmdə olan müğənni isə Rusiyada, orda-burda alver eləyib, onla-bunla oturub-durub, gəlib burda da varlı kişini caynağına keçirib olub məşhur müğənni. Sanki bəzi müğənnilər pullu kişi ovuna çıxıblar. Və ova çıxanlar da çox vaxt onu caynağına keçirməyi bacarır.

Bir olmuş əhvalat danışacam. Bizim kənddə bir kasıb kişi vardı, çoxlu da övladları. Atam rəhmətlik gördü ki, o, dolana bilmir, kolxoz sədrinə pul verib qohumunu anbardar qoydurdu. Anbarda da taxıl olardı. Yəni böyük bir kəndin bütün taxılı həmin anabara yığılardı. Kişi bir-iki ildə varlandı. Amma nə özünə ev tikdi, nə də maşın aldı. Gedib qızı yaşda bir qadınla evləndi. Həmin qadın da düz 15 il onun pullarının axırına çıxdı. Və gördü ki, kişi vəzifədən çıxıb, pulu yoxdu, onu qoyub qaçdı. 30 ildən sonra kişi yenidən ailəsinin, uşağının yanına qayıtdı. Amma artıq onun gözləri tutulmuşdu. Qadın ərinə son nəfəsinə qədər qulluq elədi. Qadın dünyasını dəyişdi, kişi bu gün də dünya işığına həsrətdi və bu gün də zülm çəkir. Deyir ki, həyat yoldaşıma elədiyim xəyanətdi çəkdiyim bu əzab-əziyyət.

Bax, vaxt gələcək, həmin müğənnilər də pulu qurtaran, vəzifədən çıxarılan adamlarlı atıb gedəcək. Onda yenə həmin kişilər (əgər onlara kişi demək mümkündürsə) evlərinə, ailələrinin yanına qayıdacaqlar. Heç olmasa bir üz yeri qoyun ki, nə vaxtsa o ocağa dönə biləsiniz.

Yazıq Şirbala Nazlıyla ailə qura bilmədi və axırda da bir yağlı şillə yedi. Amma indiki şirbalalar isə qızı yaşda müğənnilərin yanında kef eləyir, pulu sağa-sola xərcləyir, heç onların dünya vecinə də deyil. Belələrindən biri bu yaxınlarda Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişinə çıxıb deyir ki, mənim ailəmi müğənni Aysel Əlizadə dağıdıb. Yoldaşım bizi atıb ona "PORSHE” alıb, mənzil hədiyyə edib. Xoşqədəm Hidayətqızı da deyir ki, mən inanmıram ki, Aysel Əlizadə atası yaşda kişiylə bir yerdə yaşasın. Vallah, heç buna biz də inanmırıq. Ancaq elin sözü əvvəl-axır düz olur. Çünki "od yanmasa tüstü çıxmaz”. Şəxsən Azərbaycanda neçə-neçə müğənni var ki, kimlərinsə ailələrini dağıdıb, pullu ərlərini ələ keçirib. Bax, buna nə sözünüz? Heç buna bizim də sözümüz yoxdur. Camaat çörəyi qulağına yemir ha!..


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK