adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Nicat Novruzoğlu: QARABAĞ MİTİNQİNƏ MIZ QOYANLAR

NİCAT NOVRUZOĞLU
59707 | 2018-09-30 11:30

Qarabağ Komitəsiayın 29-u saat 15-də «Məhsul» stadionunda «Qarabağa azadlıq» şüarı altında mitinqkeçirəcək.

Paşinyan BMT-nintribunasından BMT-nin – o BMT-nin ki Təhlükəsizlik Şurasının Ermənistanın silahlı qüvvələrinin Qarabağın ərazisindənqeydsiz-şərtsiz çıxarılması ilə əlaqədar 4 qətnaməsi var, eləcə də bütün dünya dövlətlərinin – o dövlətlərin ki hamısı Azərbaycanın ərazi bütövlüyünütanıyır – üzünə tüpürərək bəyan etdi ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində ola bilməz. Və bizə müharibə elan edib.

Və indi xalq da bütünbunlara öz etirazını bildirmək üçün, dünyaya bu xalqınsəsini çatdırmaq üçün mitinq keçirməkqərarına gəlib. Burda pis nə var?

Baxıram ki, sosial şəbəkələrdə bu mitinqə mız qoyanlar, həttalağ eləyənlər var: ay nə bilim az adam gələcək,ay nə bilim mitinq nəyə lazımdı, bekarçılıqdan mitinq keçirirlər və sair və ilaxır. Hətta biraz irəli gedib yazırlar ki, mitinq iqtidarınsifarişi ilə keçirilir. Əvvəla, bu belə deyil. İkinci də, tutalım, iqtidarınsifarişi ilə keçirilir. Bu sizləri niyə cırnadır?Sizləri niyə dilxor edir?

Sifarişlə işləyənsizlərsiniz. Hansısa Azərbaycanı sevməyənxarici fondların , hansısa qüvvələrintapşırığı ilə mitinqi gözdən salmağa, iqtidara ləkə atmağa, xarici mətbuatlara müzakirə mövzusu verməyə çalışırsız.

Ermənilərin dəyirmanına az su tökün. Quyuya su tökməkləquyuda su olmaz, erməni dəyirmanıda elə həmin susuz quyudu.


TƏQVİM / ARXİV