SON DƏQİQƏ:

YENİDƏN TANIDIĞIM KAMAL ƏHMƏD

  76234   |  
Şriftin ölçüsü  

"Xalqbank"ın daha bir "Xalq Əmanəti"

Hər dəfə şəhərimizin çox görkəmli, diqqətçəkən yerlərində ucaldılımış "Xalqbank"ın 16-cı mərtəbəsinə qalxanda mənə elə gəlir ki, göy üzünə bir az da yaxınlaşıram. Bu təkcə fiziki anlamda yaxınlaşma deyil, bu mənə görə həm də ruhən yerdən qopub ayrılmadı. Təbii ki, söhbət məsafədən daha çox yaşanandan gedir. O yaşananları da duymaq və o yaşantıları özününküləşdirmək üçün mütləq "xalq əmanəti"nin aurasına daxil olmalısan. Həmin auraya daxil ola bilsən mütləq yer üzündən ayrılacaqsan, mütləq başının üstündəki buludlardan yuxarıdakı səma sənə boy verəcək. Axı səni o yüksəkliyə qaldıran "xalq əmanəti"nin özüdü, sözüdü, rəngləridi və bir də təbii ki, məramı, məqsədidi...

Bəli, açığını deyim ki, artıq sayını itirmişəm bu 16-cı mərtəbədə neçə dəfə olmağımın. Ona görə itirmişəm ki, burda yaşadıqlarım saya, hesaba çığmır. Mənə irad tuta bilərsiniz ki, bu bir az unutqanlıqdı, xeyr, heç də belə deyil. Əgər unutqanlıq olsa, ən azından mən kitab rəfinə baxa bilərəm. Həmin o rəfdə eyni boyda. Eyni biçimdə düzülmüş kitablar var. Onların sayı bu yazıya nöqtə qoyanda 15-ə çatacaq. 15 kitab, 15 imza, 15 şəxsiyyət, 15 də savab deməkdi mənə görə. Axırıncını xüsusi vurğulayıram. Çünki bu 15 kitabın hər birində Azərbaycanın rəssamlığı, arxitekturası, heykəltəraşlığı, poeziyası, musiqisi, bir sözlə, sözü və sənəti bir toplum, bir külliyat şəklində araya, ərsəyə çıxarılıbdı. Oxucu, tamaşaçı tanıdığı, tanımadığı, gördüyü, görmədiyi, oxuduğu, oxumadığı o qədər yeni sənət əsərləri ilə, poeziya nümunələri ilə qarşılaşır ki, heyrətlənməyə bilmir. Şəxsən mən "xalq əmanti" sayəsində çox dəyərli rəssamlarımızın heç harlda rast gəlmədiyi fırça işlərinin işlərinin tamaşaçısına çevrildim. Ona görə ki, həmin rəsm əsərləri ayrı-ayrı insanların evindən götürülmüşdü, onlardan bu layihəyə hədiyyə edilmişdi. Yəni layihənin təşkilatçıları, onun rəhbərləri heç bir çətinlikdən qorxmayaraq az qala ev-ev, ünvan-ünvan həmin əsərləri, həmin nümunələri toplamışdılar. Bax, bu gün barəsində fikirlərimi bölüşməyə çalışdığım "xalq əmnatəi"nin qəhrəmanı Kamal Əhməddi.

Düzünü deyim ki, mən bu rəssam barəsində çox az bilgiyə malik idim. Onu sadəcə olaraq son dərəcə çox sevdiyim Səttar Bəhlulzadənin dostu kimi tanıyırdım. Elə ki, "Xalqbank"ın 16-cı mərtbəsinə qalxdım və sərgi önündə dayandım, onda hiss etdim ki, çox şey itirmişəm. Heç də təsadüfi deyil ki, Kamal Əhmədin sərgisini təşkil edən və həmin sərgidə nümayiş olunan əsərləri çox sanballı kitaba çevirən layihə rəhbərləri rəssamın ruhunu bu zala, bu otaqlara köçürə bilmişdilər. Tam səmimiyyətimlə etiraf edim ki, mən Kamal Əhmədin iş başında əlində fırça, ağ köynəkdə dönüb çox mənalı, düşündürücü, həm də davamedici baxışlarını görəndə elə bildim ki, məni qınayır. Onu gec tanıdığıma görə, mənə narazılığını bildirir. Bax elə həmin o andan başladı mənim Kamal Əhməd dünyasını şəkil-şəkil, əsər-əsər gəzməyim. Tabloların hər biri sirli bir dünya kimi vərəqlənir və tamaşaçıya, xüsusilə mənə deyirdi ki, dayan, diqqətlə bax, arxa plana görə, alta və üst qatlara enib qalx.

Ötən həftənin son iş günü həmişə olduğu kimi izdihamlı olan "Xalqbank"ın 16-cı mərtəbəsində bir sərgi açılmışdı. Bank rəhbərliyinin qayğısı ilə gerçəkləşdirilən layihənin növbəti təqdimatı idi. Mən bu təqdimatlar zamanı artıq görməyə alışdığım tanış üzlərə baxıram. Təbii ki, onların arasında dostlarım, həmkarlarım da var. Hiss edirəm ki, bura toplaşan insanlar elə-belə, nəyəsə görə gəlməyiblər. Onları bura ürəkləri çəkib gətirib. Və ayaqüstü söhbət etdiyim şair dostum Çingiz Əlioğlu vurğuladı ki, bu layihələr çox mükəmməl, çox böyük bir işdi. Sağ olsunlar ki, dəyər verirlər. Əziyyət çəkib, tapıb toplayıb xalqa əmanət edirlər. Mən şəxsən çox minnətdaram bu ideyanın sahibinə, bu layihənin rəhbərlərinə, bu layihəni gerçəkləşdirənlərə. Bir tablo önündə daynamışam. Baxıram və düşünürəm. Gördüklərim məndə öz yaşantılarımı bir növü təkrarlayır. Həmin o yaşam mənim Qarabağda gördüklərim, həyatımın silinməyən naxışlarıdı. Bu elə bir mənzərədi ki, adam istər-istəməz düşünür. Əgər bir kənd axşamını bu cür incəliklə kətana köçürmək qabiliyyəti insana verilibsə, deməli, həmin insan təkcə istedad sahibi deyil, o həm də Allahın sevdiyi bəndədi. Ona görə də Kamal Əhmədin 1970-ci ildə yağlı boya ilə kətana köçürdüyü "mənzərəsi" mənim Qarabağdakı kəndimin sanki kopyası idi. Orda da gecələr bax, beləcə görünürdü. Və yaxud rəssamın "At ilə avtoportret" əsəri. Bu da mənə kənddə keçən günlərimi xatırladan bir məqam oldu. Və bütün bu məqamların içərisində mən bu qənaətə gəldim ki, Kamal Əhməd həyatın ona etdiyi zülmlərdən yorulmayıb. Kiçik yaşlarından hər iki valideyni itirməsinə baxmayaraq, insanlara qarşı onda sevgi hissi daha güclü olub. Onu incidənlərin, onun haqqını tapdalayanların üstünə getməyib, əksinə göy üzünə üz tutubdu. Ona görə də əsərlərin mənim anlamımda bütün çalarlarının arxa planında göy üzü, səma, halallıq, səmimiyyət və sadəlik dayanıbdı. Hətta çəkdiyi şəkillərin çox böyük hissəsinin göy üzündən gəldiyi təəssüratı da var məndə. Çünki o şəkillərin hamısının fonunun bir hissəsini göy üzü öz qanadları altına alıbdı.

Digər tərəfdən Kamal Əhmədin istər çəkdiyi portretlər, istər mənzərə şəkilləri, istər illüstrasiyalar hər biri özü-özlüyündə göy üzü ilə təmasdadı. Onların arxa fonları bəzən gecəni, qaranlığı ifadə etsə də, o qaranlıqda ulduzlar da görünür, ay da görünür. Mənim üçün ən maraqlı işlərdən biri Kamal Əhmədin "Rəssamın ailəsi" əsəri oldu. Və mənə elə gəldi ki, Kamal Əhmdin bu fantaziyasının qəhrəmanları elə onun özü və ailə üzvləridi. "Xalqbank"ın "xalq əmanəti" layihəsinin Kamal Əhməd təqdimatı mənim üçün həm də onu bir insan kimi tanımaqla da yaddaşıma köçdü.

Rəssam barəsində söylənilən fikirlər məndə belə bir fikir yaratdı ki, daxilən azadlıq aşiqi olan və düşüncülərini də öz əsərlərinə köçürməyi məharətlə bacaran Kamal Əhməd bir rəssam kimi heç vaxt tərəddüd hissi keçirməyib. Ona görə də rəngləri öz iç dünyasının mənzərəsinə uyğun seçib. İç dünyanının mənzərəsi də təbii ki, şəffaflıq, azadlıq və sülhdən qaynaqlanıb. Ona görə də Kamal Əhmədin əsərlərində həmişə işıq qalibdi. Və o işıq həmişə qaranlığı yarıb keçib. İstər onun "Lampa" əsərində, istər "Dəvə"sində, istərsə də "Köhnə hamam"ında.

Çox maraqlı anlar yaşadığım "Xalqbank"ın 16-cı mərtəbəsindən özümlə Kamal Əhmədin əsərlərinin toplandığı kitabları da aparıram. Amma qoltuğumda olan bu kitabdan başqa yaddaşıma yazılanlar da var. Onlar da Kamal Əhməd barəsində həmin layihənin təqdimatında eşitdiyim fikirlər, sözlər oldu. Mən o fikirləri, o sözləri yazıma əlavə etmədim ki, onların təkrarına yol verməyim. Lakin bir fikri, bir sözü mütləq deməliyəm. O da çox hörmətli şair dostum Səlim Babullaoğlunun dedikləridi. Səlim bəy söylədi ki, hər dəfə layihələrimiz reallaşanda daxilən bir rahatlıq hiss edirəm.

Mən bu layihənin redaktoru olan Səlim Babullaoğlunun fikirləri ilə tam razıyam. Ona görə ki, maraqlı və ən əsası isə xalqın olanını xalqa qaytarmaq ideyasının bəhrəsini, təzahürünü reallıqda görmək həqiqətən sevindiricidi, həqiqətən daxili bir rahatlıqdı. O cümlədən də Kamal Əhmədi təkcə rəssamlara, həmkarlarına, sağlığında onun ətrafında olanlara təqdim etmək yox, həm də ictimaiyyət qarşısına çıxarmaq məhz o savab işin ən zərif, ən zəruri və ən unudulmaz anıdı. Bu anları bizlərə, o cümlədən də mənə yaşatdıqlarına görə, layihənin ideya sahiblərinə və onu gerçəkləşdirənlərə, həmçinin layihənin rəhbəri Rafiq Həşimova bir vətəndaş olaraq minnətdarlığımı ifadə etməyə bilmərəm. Sağ olun ki, xalqın olanını xalqın özünə qaytarırsınız. O cümlədən də Kamal Əhmədi!



Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-27

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK