"Dünyada qanunun gücünü güclünün hüququ əvəz edir" - Ərdoğan
Müasir dövrün problemləri daha da dərinləşir və onlara yeni çağırışlar əlavə olunur. Dünya münasibətlər sistemində qanunun gücünü güclünün hüququ əvəz edir.
Adalet.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Nazirlər Kabinetinin iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.
O, Rusiya–Ukrayna müharibəsinə diqqət çəkərək bildirib ki, gələn ay minlərlə insanın həyatına son qoymuş qanlı qarşıdurmanın beşinci ili başlayır. “Davam edən səylərə baxmayaraq, barışığa aparan yol hələ də tapılmayıb”, - deyə Türkiyə Prezidenti vurğulayıb.
Dövlət başçısı, həmçinin yeni sınaqlarla müşayiət olunan qarşıdurmaların baş verdiyi İrandakı vəziyyətə də toxunub.
“İranda həyata keçirilməyə çalışılan ssenarini diqqətlə izləyirik. İnanırıq ki, qonşumuz bu günləri geridə qoyacaq. Türkiyə hadisələrin əvvəlindən problemlərin həll yolunun danışıqlar masasından keçdiyi mövqeyini prinsipial şəkildə müdafiə edir. Bütün maraqlı tərəfləri diplomatik rıçaqlardan istifadə etməyə çağırırıq”, - deyə o bildirib.
R.T.Ərdoğan Suriyadakı vəziyyətə də münasibət bildirib. “Türkiyə 8 dekabr inqilabının nailiyyətlərini möhkəmləndirmək üçün səylərini əsirgəmir. 13,5 illik zülm və yüz minlərlə suriyalının həyatına son qoymuş qarşıdurmadan sonra tarixi fürsət yaranıb. Suriya suriyalılara məxsusdur”, - deyə Türkiyə Prezidenti xüsusi vurğulayıb və qonşu ölkənin birliyi və ərazi bütövlüyünün əhəmiyyətini qeyd edib.
“Suriyanın sabitliyi bütün regionun rifahı üçün son dərəcə vacibdir”, - deyə Prezident əlavə edib və bildirib ki, Türkiyənin yerləşdiyi regionda terrorizm dövrü artıq başa çatıb.
Digər Xəbərlər
03 Aprel 2026 10:20
Pakistanda partlayış olub - Ölənlər var
03 Aprel 2026 09:10
Əfqanıstanda geyim qaydaları sərtləşdirildi
03 Aprel 2026 09:07
Tehrana gedən körpü bombalandı - VİDEO + YENİLƏNİB
03 Aprel 2026 09:04
ABŞ ordusunun baş qərargah rəisi istefa verdi
03 Aprel 2026 08:44
Avstraliya Yaxın Şərqə xüsusi təyinatlı qüvvələrini yerləşdirib
03 Aprel 2026 08:41
"Heç vaxt bərpa olunmayacaq şey ABŞ-nin nüfuzuna dəyən zərərdir" - Əraqçi
03 Aprel 2026 08:37
"CNN": İranın hələ də minlərlə PUA və qanadlı raketləri var
03 Aprel 2026 08:36


Bakı -°C

