Cəlilabadda intensiv yağışlar - Ciddi fəsadlar qeydə alındı
Cəlilabad rayonunda yağan intensiv yağışlar ciddi fəsadlara yol açıb.
Adalet.az xəbər verir ki, Göytəpə şəhərində formalaşan sel suları yaşayış məhəllələrinə və kənd təsərrüfatı sahələrinə böyük zərər vurub.
Xüsusilə əkin sahələri, o cümlədən çiyələk plantasiyaları tamamilə su altında qalıb. Sel həmçinin yolları yararsız vəziyyətə salıb, nəticədə nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
Yerli sakinlər bildiriblər ki, ərazidə üç gündür yağış kəsilmir.
Onların sözlərinə görə, ötən axşamdan etibarən yağıntı daha da güclənib. Sakinlərdən biri qeyd edib ki, ona məxsus 50 sot çiyələk sahəsi sel suları nəticəsində tamamilə məhv olub və yaxın saatlarda küçələrin də su altında qalacağı ehtimal olunur.
Bəs bu halda aidiyyatı qurumlar nə edir?
Məsələ ilə bağlı Göytəpə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Elnur Əmirov qeyd edib ki, yağış yağanda əkin sahələri, daşınmaz əmlaklar suyun altında qalır. Bunların hamısının sığortası olmalıdır:
"Qanunla kompensasiya belə tənzimlənir. Suötürücülər çəkir suyu, sadəcə yağışın miqdarı çoxdur", - deyə bildirib.
Digər Xəbərlər
20 Yanvar 2026 19:12
"Toy kostyumunu yatağın üstünə qoyub, canlı İlham yaratmaq istəyib..." - VİDEO
20 Yanvar 2026 18:00
“Azərişıq” dağ kəndlərində elektrik enerjisinin verilişini təmin edir - VİDEO
20 Yanvar 2026 12:17
Elektrik naqillərinin, hündür ağacların altında dayanmayın! - XƏBƏRDARLIQ
20 Yanvar 2026 11:57
Bəzi yerlərdə qarın hündürlüyü 85 sm-ə çatır - Faktiki hava
20 Yanvar 2026 10:56
ABŞ səfirliyi 20 Yanvar faciəsinin ildönümü ilə bağlı başsağlığı verdi
19 Yanvar 2026 17:31
Vilayət Eyvazov Daxili Qoşunların fəaliyyətinə dair müşavirə keçirdi - FOTOLAR
19 Yanvar 2026 14:50
Azad edilən ərazilərdə neçə sakin məskunlaşıb?
19 Yanvar 2026 12:53


Bakı -°C

