Prezident “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşdü - FOTOLAR + YENİLƏNİB
Yanvarın 20-də Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı qlobal maliyyə institutlarından biri olan Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon ilə görüşüb.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fondu və ölkəmizin digər qurumları ilə “J.P. Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslandığını vurğuladı.
Azərbaycanın beynəlxalq maliyyə bazarlarında etibarlı tərəfdaş kimi mövqeyini yüksək qiymətləndirən Ceymi Daymon ölkəmizdə sabit investisiya mühitinin olduğunu dedi. O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi. Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.
Görüşdə qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparıldı, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olundu.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P. Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir. Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.
Digər Xəbərlər
20 Yanvar 2026 17:50
500 manatlıq əsginası olanların NƏZƏRİNƏ - Mərkəzi Bank açıqladı
20 Yanvar 2026 10:03
Azərbaycan nefti ucuzlaşdı
19 Yanvar 2026 20:24
Çindən Azərbaycana yükdaşıma marşrutu AÇILDI
19 Yanvar 2026 17:55
Ermənistan Rusiyadan Azərbaycan vasitəsilə sıxılmış qaz tədarükünü müzakirə edir
19 Yanvar 2026 12:33
“Bu forum həm dövlət başçıları, həm də biznes-texnologiya liderləri üçün...”
19 Yanvar 2026 10:56
ŞAD XƏBƏR: Onlara iki dəfə artıq maaş veriləcək
19 Yanvar 2026 10:47
Dünya bazarında qızıl bahalaşdı
17 Yanvar 2026 12:04


Bakı -°C

