Çindən Azərbaycana yükdaşıma marşrutu AÇILDI
Çinin şimalındakı Tiencin bələdiyyəsindən Azərbaycanın paytaxtı Bakıya Xəzər dənizi üzərindən ilk Çin-Orta Asiya yük qatarı yola salınıb.
Adalet.az xəbər verir ki, qatar paslanmayan polad borular və məişət texnikası da daxil olmaqla, müxtəlif mallar daşıyır.
“China Railway Beijing Group” tərəfindən idarə olunan qatar Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Bölgəsindəki Horqos sərhəd-keçid məntəqəsindən ölkəni tərk edərək, Qazaxıstan ərazisindən keçəcək, daha sonra isə Xəzər dənizi üzərindən Bakıya çatdırılacaq.
Tiencin Konteyner Mərkəzi Stansiyasının nümayəndəsi Yanq Cunyonqun sözlərinə görə, yeni marşrut Tiencini Azərbaycan, Qazaxıstan və digər ölkələrlə birləşdirən sabit və səmərəli yükdaşıma kanalı yaradacaq.
O bildirib ki, təxminən 7 min kilometr məsafəni 20 günə qət edən bu marşrut ənənəvi dəniz nəqliyyatı ilə müqayisədə daşınma müddətini təqribən 10 gün azaldır.
Vurğulanıb ki, Azərbaycanın paytaxtı Bakı Xəzər dənizi üzərindən keçən beynəlxalq multimodal nəqliyyat dəhlizində mühüm mərkəz rolunu oynayır. Tiencindən gətirilən yüklər Bakıya çatdıqdan sonra digər ölkə və regionlara da paylana bilər.
Qeyd edək ki, 2025-ci ildə Tiencin Konteyner Mərkəzi Stansiyası ümumilikdə 390 Çin-Avropa (Mərkəzi Asiya) yük qatarına xidmət göstərib ki, bu da əvvəlki illə müqayisədə 38 faiz artım deməkdir.
Digər Xəbərlər
19 Mart 2026 10:28
Rusiya taxılı Azərbaycandan Ermənistana yola salındı - YENİLƏNİB
19 Mart 2026 10:23
Neftimiz bahalaşdı
18 Mart 2026 17:28
Azərbaycanın xarici dövlət borcu azalıb
18 Mart 2026 16:47
Azərbaycan əhalisinin gəlirləri artıb
18 Mart 2026 15:26
Nağd pulla ev alanlara bu qədər ƏDV qayıdıb
17 Mart 2026 17:45
ABŞ-dən Azərbaycana və əks istiqamətə pul köçürmələri artıb
17 Mart 2026 17:30
Vəfat edən şəxsin pensiya kapitalı vərəsəyə verilsin - TƏKLİF
17 Mart 2026 15:59


Bakı -°C

