Ronaldo məhkəmədə “Yuventus”a qalib gəldi
Portuqaliya millisi və Səudiyyə Ərəbistanının “Əl Nəsr” komandasının hücumçusu Kriştianu Ronaldo keçmiş klubu “Yuventus”a qarşı apelyasiya məhkəməsində növbəti qələbəsini qazanıb.
Adalet.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Bildirilib ki, portuqaliyalı ulduz Turin təmsilçisindən təxminən 9.8 milyon avro məbləğində vəsaiti geri almaq hüququnu rəsmən təsdiqlədib. Məlumata görə, Turin əmək məhkəməsi klubun əvvəlki arbitraj qərarından verdiyi şikayəti rədd edərək Ronaldonun lehinə yekun hökm çıxarıb.
Qeyd edək ki, məhkəmə çəkişməsi pandemiya dövründə maaşların dondurulması ilə bağlı gizli razılaşmadan sonra ortaya çıxıb. Belə ki, “Yuventus” Ronaldoya 19,6 milyon avro borclu olsa da, məhkəmə tərəflərin hər ikisini məsuliyyətli hesab edərək məbləği yarıya bölmüşdü. İndiki qərarla klub 9,8 milyon avronu futbolçuya tam şəkildə ödəməli olacaq. Artıq ödənilmiş hissənin isə geri qaytarılması tələbi rədd edilib.
Digər Xəbərlər
25 Mart 2026 18:29
"Qalatasaray" Mario Lemina ilə bağlı qərar verdi
25 Mart 2026 14:09
“Real” tibbi heyətini qovdu - Mbappeyə səhv diaqnoz qoyublar
23 Mart 2026 19:23
Zidan Fransa millisinin baş məşqçisi olacaq
23 Mart 2026 18:00
FİFA Türkiyə klubunun daha 6 xalını sildi
23 Mart 2026 10:27
Millimiz hazırlıqlara start verib
23 Mart 2026 09:45
Cüdoçularımız beynəlxaq turnirdə komanda hesabında birinci oldu
23 Mart 2026 09:16
"Real" futbolçularının milliyə çağırılmasına etiraz etdi
21 Mart 2026 12:28


Bakı -°C

