Bu halda sürücüləri 40 manat cərimə gözləyir - VİDEO
Dairədəki adacıq təhlükəli vəziyyət yaradır.
Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, söhbet paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki, Ukrayna dairəsi adlanan ərazidəki bu xətlənmədən gedir.
Sürücülərin əksəriyyəti bu xətlənmənin nə olduğundan xəbərsizdir, bəziləri isə cərimələnməkdən qorxurlar. Bildirirlər ki, o adacıq pik saatlarda tıxacın olduğu dairədə zolaqların sayını da azaldır.
Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Ukrayna dairəsinin kənarında yerləşən nəqliyyat adacığı yol hərəkətinin təhlükəsizliyinin artırılması və axınların nizamlanması məqsədilə layihələndirilmiş mühəndis həllidir. Nəqliyyat adacıqlarının əsas mahiyyəti yolun həndəsi quruluşu vasitəsilə sürücülərin hərəkət trayektoriyasını əvvəlcədən formalaşdırmaq, zolaq dəyişməni nizamlamaq və təhlükəli manevrlərin qarşısını almaqdan ibarətdir. Sözügedən adacıqlar dairəyə daxilolma və dairə daxilində hərəkət edən nəqliyyat vasitələrinin axınlarını bir-birindən ayırmaqla sürücüləri məcburi, lakin nəzarətli zolaq dəyişməyə yönləndirir. Adacığın məqsədi qəza şəraiti yaratmaq deyil, əksinə, ani və nizamsız zolaq dəyişmələrinin qarşısını almaqla potensial riskləri əvvəlcədən aradan qaldırmaqdır
. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən isə bildirildi ki, bu adacığa daxil olan sürücüləri 40 manat məbləğində cərimə gözləyir.
Digər Xəbərlər
12 Mart 2026 14:38
Bakıda “Ferrari” qaydaları belə pozdu - VİDEO
11 Mart 2026 11:16
Maşın yarıyolda qalırsa...
11 Mart 2026 08:50
Bakının 21 yolunda tıxac var - SİYAHI
10 Mart 2026 09:44
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

