Qazaxıstanda yeni formalaşacaq parlament "Kurultay" adlandırıla bilər
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni parlamentin "Kurultay" adlandırılmasını təklif edib.
Adalet.az "Xabar" informasiya agentliyinə istinadən xəbər verir ki, o, bu barədə Qızılordada Milli Kurultayın iclasında bildirib.
K.Tokayev vurğulayıb ki, deputatların sayının artırılmasına ehtiyac yoxdur, parlamentdə əsl vətənpərvərlər və yüksək ixtisaslı mütəxəssislər işləməlidir.
"Nəticə etibarilə mandatların ümumi sayının 145 olması barədə fikir səsləndirilib. Sədr müavinlərinin sayı üç olmalı, komitələrin sayı isə səkkizi ötməməlidr", - o bildirib.
Yeni parlament beş il müddətinə seçiləcək.
K.Tokayev qeyd edib ki, parlamentin yeni strukturu qanunverici orqanın işinin səmərəliliyini təmin edəcək və ölkənin inkişafı ilə bağlı prioritet məsələlərə fokuslanmağa imkan verəcək./Report
Digər Xəbərlər
20 Yanvar 2026 13:05
NATO Rusiya ilə müharibəyə hazırlaşır - Lavrov
20 Yanvar 2026 09:52
Əfqanıstanda 17 milyon insan kəskin aclıqla üz-üzədir - BMT
20 Yanvar 2026 09:21
"Dünyada qanunun gücünü güclünün hüququ əvəz edir" - Ərdoğan
20 Yanvar 2026 09:00


Bakı -°C

