Tahir Kərimlidən qardaşının dələduzluqda ittiham olunmasına MÜNASİBƏT - YENİLƏNİB
Tahir Kərimli qardaşının dələduzluqda ittiham olunması ilə bağlı xəbərlərə münasibət bildirilib.
Adalet.az-ın məlumatına görə, T.Kərimli "Unikal"a bildirib ki, hər kəs öz əməllərinə görə cavabdehdir:
"Yayılan məlumatlarla bağlı bildirmək istəyirəm ki, partiyanın Abşeron rayon təşkilatının sədri bir neçə nəfərdən dələduzluq yolu ilə pul alıb. Qardaşım Fəxrəddin həmin vaxt təşkilati məsələlər üzrə sədr müavini idi. Onu mən danladım ki, bu nə məsələdir? Qardaşım dedi ki, dələduzluq edən təşkilat sədri partiyadan xaric olunub. Eyni zamanda, cinayət məsuliyyətinə cəlb olunub və məhkəmənin qərarı ilə öz cəzasını alıb.
Fəxrəddin əvvəllər rayon təşkilatlarının işlərinə baxıb, amma o demək deyil ki, dələduzluq işlərinə əli var.
Əgər qardaşımın belə əməlləri olsa, əlbəttə ki, bunu mən də bəyənmərəm. Belə bir dələduzluq əməli varsa, deməli hər iki tərəf təqsirkar və cinayətkardır. Bu, birtərəfli deyil. Kimsə pul verdiyini iddia edirsə, sübut etməlidir.
Mən təxminən bildim ki, bu məlumatlar kimlər vasitəsilə yayılıb. Çünki, partiyaya gələn bəzi adamlar var ki, onların hərəkətləri mənə xoş təəsürat yaratmır. Hazırda məni ləkələmək istəyən şəxslər vaxitlə hörmət edib yüksək vəzifələrə qoyduğum adamlardır. İndi mənim əleyhimə olan hərəkətlər edirlər", - deyə o əlavə edib.
***
16:57
Sabiq deputat, Vəhdət Partiyasının qurucusu Tahir Kərimlinin qardaşı Fəxrəddin Kərimli dələduzluqda ittiham olunur.
Adalet.az-ın "Unikal"a istinadən məlumatına görə, F.Kərimli 20-yə yaxın şəxsi işə düzəltmə adı ilə aldadaraq pullarını ələ keçirib.
Qeyd edək ki, Tahir Kərimli 2025-ci ilin iyun ayında Vəhdət Partiyasının sədrliyindən ayrılıb. Onun yerinə Adəm Bakuvi sədr seçilib.
Digər Xəbərlər
25 Mart 2026 18:02
DYP yağıntılı hava ilə bağlı xəbərdarlıq etdi
25 Mart 2026 11:20
Əhaliyə xəbərdarlıq - HAVA DƏYİŞƏCƏK...
25 Mart 2026 11:18
Ermənistana Rusiya buğdası daşıyan yük qatarı Biləcəridən yola düşüb – YENİLƏNİB
24 Mart 2026 12:07
Dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq
24 Mart 2026 11:35
Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür
23 Mart 2026 18:45
İrandan Azərbaycana indiyədək 77 ölkənin vətəndaşı təxliyə olunub
23 Mart 2026 17:34
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
23 Mart 2026 17:05


Bakı -°C

