Ağ Evdə yenidən gizli bunkerin qurulmasına başlanıldı
Ağ Evin Şərq qanadının altındakı gizli bunker yeni ehtiyaclara uyğun olaraq yenidən qurulur.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ-nin CNN telekanalı mənbəyə istinadən məlumat verib.
"80 ildən çox vaxt keçdikdən sonra Şərq qanadında Prezident Donald Trampın yeni, geniş bal zalının inşasına hazırlıq məqsədilə yenidən tikinti işləri aparılır, köhnəlmiş olsa da, tarixi yeraltı tikililər isə sökülüb. Və yenidən bunkerin bərpası planları gizli saxlanılır", - deyə məlumatda bildirilib.
Telekanalın mənbəsinin məlumatına görə, indi sözügedən məkan, böyük ehtimal, yenidən nəzərdən keçirilir və dəyişkən təhdidlərə qarşı mübarizə üçün yeni texnologiyaların tətbiqi planlaşdırılır.
Layihənin mövcudluğu barədə, demək olar ki, heç bir məlumat verilmir, Ağ Evin özü isə telekanala şərh verməkdən imtina edib.
"Paytaxtın planlaşdırılması üzrə Milli Komissiyasının bu yaxınlarda keçirilən və bal zalı ilə bağlı məsələnin müzakirə olunduğu iclasında Ağ Evin idarəetmə və administrasiya üzrə direktoru Coşua Fişer ümumi olaraq bəyan edib ki, layihə "kritik əhəmiyyətli funksiyaları yaxşılaşdıracaq", "lazımi təhlükəsizlik tədbirlərini təmin edəcək" və "missiyanın gələcək ehtiyaclarına uyğun olan etibarlı, adaptiv infrastruktur təqdim edəcək", - deyə telekanal əlavə edib./Oxu.Az
Digər Xəbərlər
03 Aprel 2026 10:30
“Trampın Ukraynaya dəstəkdən geri çəkilməsi ABŞ-nin strateji məğlubiyyətidir...”
03 Aprel 2026 10:20
Pakistanda partlayış olub - Ölənlər var
03 Aprel 2026 09:10
Əfqanıstanda geyim qaydaları sərtləşdirildi
03 Aprel 2026 09:07
Tehrana gedən körpü bombalandı - VİDEO + YENİLƏNİB
03 Aprel 2026 09:04
ABŞ ordusunun baş qərargah rəisi istefa verdi
03 Aprel 2026 08:44
Avstraliya Yaxın Şərqə xüsusi təyinatlı qüvvələrini yerləşdirib
03 Aprel 2026 08:41
"Heç vaxt bərpa olunmayacaq şey ABŞ-nin nüfuzuna dəyən zərərdir" - Əraqçi
03 Aprel 2026 08:37


Bakı -°C

