Ağla,qərənfil,ağla!
Yurdumuza girdilər,
İgidləri qırdılar,
Torpaq üstə sərdilər.
Ağla,qərənfil,ağla!
******
Ananın tək balası,
Öldü,ciyər parası.
Qalxdı göyə naləsi.
Ağla,qərənfil,ağla!
******
Bu başsız bədənləri,
Bu vaxtsız köçənləri,
Vətən çün ölənləri,
Ağla,qərənfil,ağla!
******
İllər keçər,yaşayar,
İgid adın daşıyar,
Onları el oxşayar.
Ağla,qərənfil,ağla!
******
Ağlayar,göz ağlayar,
Həmin yol,iz ağlayar,
Yoldakı buz ağlayar.
Ağla,qərənfil,ağla!
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə Edilməsi ixtisasının magistratura tələbəsi.
Digər Xəbərlər
25 Mart 2026 19:15
SEYRAN SƏXAVƏT - AZƏRBAYCAN ƏDƏBİYYATINDA "XRİZANTEMA"
25 Mart 2026 18:27
Sərhədlərdən Uzaqda Başlayan Əxlaqın Səsi
25 Mart 2026 18:05
"Çıxarılmamış xəzinə" - Pərvanə Bayramqızı yazır
23 Mart 2026 15:28


Bakı -°C

