adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Göylərə çəkilən ruhun son nəğməsi: "Azad bir quşdum..." - Əntiqə Rəşid yazır...

Əntiqə RƏŞİD
2388 | 2022-09-30 18:55

1991-ci il sentyabrın 30-u... Əli Bayramlıdan indiki Şirvan rayonundan bir minik maşını asta-asta Qaradağ rayonuna tərəf irəliləyir. İçindəki önəmli sərnişin bəlkə də bir neçə dəqiqədən sonra nələr baş verəcəyini heç ağlına da gətirmədən, gələcək planlarını qurur:

"Bu cətin dönəmdə xalqına, camatına daha necə kömək edə biləcəyini fikirləşirdi. Abdal- Gülablını ermənilərdən qorumaq üçün ora mütləq silah- güllə alıb göndərmək lazımdır. Elə bil o anda kimsə dilləndi: Axı, sən son quruşunu da ötən dəfə elə bunun üçün xərclədin... Ermənilərin hücumları qarşısında ov tüfəngi ilə yalnız qalan camaatına silah da, güllə də aldın  göndərdin...


-Nə olsun, yenə göndərəcəyəm. Təki dədə-babamızın yurdu erməniyə qalmasın, silahımız, arxamızda güclü himayədarımız yoxdu deyə ruhdan düşməyək! Canım xalqıma qurban, mənnn..."

Dəhşətli bir səs o önəmli sərnişinin sözlərini yarımçıq qoydu.


Ora hara idi? Hə, Qaradağ yolu, “Qaz zapravkası” deyilən dar bir yer... önəmli sərnişin olan minik maşını qəzaya düşmüşdü. Düşmüşdü yox, salınmışdı. Ağır “Kamaz” həmin minik maşınının üzərinə sürülərərk, qəsdən onu altına almışdı. Müəmmalar elə o dəqiqədən başlandı. “Kamaz” gəldiyi kimi də anidən yoxa çıxdı. Önəmli sərnişin qəzaya düşəndə, maşındakı digər yoldaşlarının heç birinə heç nə olmamışdı. Bu necə dəqiq bir plan idi axı?. Daha sonra müəmmalar bir-birinin dalınca düzüldü. Minik maşınında sağ qalanların heç biri sonradan sağ qalmadı.Ölümləri də müəmmalı oldu. Qəsdən adam öldürən “Kamaz” sürücüsü də niyəsə cəzalandı: həbsdə müəmmalı şəkildə öldü.
37 yaşlı önəmli sərnişin isə düz 31 ildir sevdiyi, canını qurban dediyi Vətəninin göylərinə çəkilib. Nəğməsi dillərdə, fikri yollarda, ruhu göylərdə, nəşi yurdunda, adı isə qəlblərdə olan o önəmli sərnişin əbədiyyətə qovuşub.!

 Mən hər dəfə o önəmli sərnişini yada salanda  dodaqlarım bu misraları pıçıldayır:

Azad bir quşdum
Yuvamdan uçdum
Bir bağa düşdüm
Bu gənc yaşımda
Bir ovçu gördüm
Köksümdən vurdu
Torpağa düşdüm
Bu gənc yaşımda

Ruhun hər zaman Vətən göylərində olsun Eloğlu!

 Əntiqə Rəşid
 

TƏQVİM / ARXİV