ANA SƏHİFƏ / YAZARLAR

TƏKLİYİN GÖRÜNMƏYƏN TƏRƏFİ

Gəlmişəm ağac olmağa…

33944    |   2016-04-15 17:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün hallarda həyat gözəldi, deyirlər – kədəriylə, sevinciylə, göz yaşıyla, gülüşüylə. Amma təbii ki, yaşayana!!!...

Məsələnin mahiyyəti də elə burdadı. Yəni hər sözün bir alt qatı var. O alt qatı görmək hər adama nəsib olmur və ona görə də onlar ya hamıdan xoşbəxtdirlər, ya da hamıdan bədbəxt... Çünki alt qatında üsyan, etiraz, sevgi, nifrət, azadlıq, ölüm və digər çağırışlar gizlənən sözün məhz o tərəfini görməyənlər özlərini xoşbəxt sayırlar. Burda bir açıqlama da verim ki, bu zümrəyə daxil olanlar daha çox görmək istəməyənlərdi. Amma həmin o alt qatdakı ironiyanı, iynə-sancağı, müxtəlif sarkazmları, hətta həqarəti və təhqiri görmək istəməyənlər də «xoşbəxtdi» öz ölçüləri ilə…

Deməli, mən bu söylədiklərimi həftə boyu içimdə dəfələrlə eninə-boyuna ölçüb-biçmişəm və görmüşəm ki, düşüncələrimin və əmin olduğum bu gerçəyin ölçüsü bir iynə boyudu. Həmin o bir iynə boyu içərisində həyat var – yaşayanlar üçün də, yaşamayanlar üçün də. Müxtəlif səbəblərdən o bir iynə boyu həyatı cəhənnəmə də çevirmək mümkündü. Amma içində sevgi olsa, ümid olsa, inam olsa, ən vacibi Tanrı xofu olsa, həyatı o iynə boyu yaşamağa kifayət edər. Bax, bu qarma-qarışığın içərisində bir şah damar var. O da insanın özü, onun kimliyi, onun baxışlarıdı. Deməli, mən ötən əsrin 80-ci illərinin sonlarından bu günə qədər olan zaman kəsiyində o iynə boyu həyatı tək-tək hallarda tapıb görə bilirəm. O da bu zaman kəsiyinin içərisində yaşadığım sözün və bütövlükdə gözümün görüb, ağlımın kəsdiyi hər şeyin alt qatına enə bildiyim məqamdı. Bax, o məqamda həyatı da tanıyıram, adamları da tanıyıram, sözü də tanıyıram. Ən vacibi isə özüm-özümü tanıyıram onda. Özümü tanıyanda o iynə boyu həyat o qədər hüdudsuz, o qədər gözəl olur ki, heç doya bilmirəm. Və o sevincin, o həyatın kandarına ayaq basanda, elə bil ki, hər şey dəyişir, hər şey yenə o həyatdan kənardakı mühitün ağuşuna qayıdır. Və…

Və onda görürəm ki, bu həyat heç də yaşamalı deyilmiş. Çünki bu həyatda təklik, tənhalıq deyilən bir anlayış da var. Bu təklik, tənhalıq öncə sənin ətrafından başlayır və hopur sənin canına, qanına. Səni anlamayanların, səni duymayanların, sənin ola-ola sənin əlindən alınanların zərbələri, yükü sıxır səni… sıxır bir küncə… sıxır özünü öz içinə… Sən öz içində bir udumluq havayla yaşamağa məcbur olursan. Ürəyin açılmır, əl-qolun açılmır, sözün göyərmir, üzün gülmür, gözlərin qırx arşınlıq quyu dibinə çevrilir. Az qala səhrada tək ağaca dönürsən. Bütün zərbələri təkbaşına qarşılaya-qarşılaya, bütün zərbələrə sinə gərə-gərə. Və bir də bu məqamda hardansa oxuduğum misra döyür yaddaşımın qapısını, pəncərəsini:

İçimi göynətdi çəkdiyim dərdlər,

Gəlmişəm yanında ağac olmağa.

Sona Vəliyeva

Bəli, məhz həmin o məqamda gözün yanında ağac olmağa gələni axtarır. Çünki o, sənin təkliyinin bir parasıdı, bir hissəsidi və yaxud da bəlkə özüdü. Sən o təkliyin içində ürəyindən keçirdiyini, xəyalında qurduğunu görmək istəyirsən. O da əgər gəlirsə… Təəsüf ki, bu dediyim, bu yazdığım fikir də, söz də elə bu həyatın özünün bir mənzərəsidi. Nə yazıq ki, bu gerçək bəxtimə düşən iynə boyu əsl həyatın arzusudu, onun haqlı tələbidi. Mən isə bu arzunu, bu tələbi gerçəkləşdirə bilmirəm. Səbəbi də həmin o dediyim ətrafdı, o çevrədi, o mühitdi. Nə isə…

İndi gözümü bir nöqtəyə zilləyib bütün bu yazdıqlarımı, sizin oxuduqlarınızı ələkdən keçirmək istəyirəm. Bu istəyim də təsadüfi deyil. Ona görə təsadüfi deyil ki, mən həyatla onun mənə verdiyi təkliyin orta məxrəcini tapmaq niyyətindəyəm. Orta məxrəc də elə-belə tapılmır. İstəyir siyasətdə olsun, istəyir iqtisadiyyatda, istəyir əxlaqda. Ümumiyyətlə, ortada olmaq sağa-sola əl uzatmaq kimi gəlir mənə. Burda müsbət çalarlar tapmaq mümkündür. Amma nədənsə mən həmin məqamı çarmıxa çəkilmiş İsa ilə müqayisə edə bilirəm. Elə o müqayisə də hardasa özümdən asılı olmadan bir vəhylə, bir hökmlə mənə pıçıldayır ki, sonuncu Kitabımız, sonuncu Peyğəmbərimiz bəlkə də o mənzərədən həm də mənim kimi düşünənləri yayındırmaq, uzaqlaşdırmaq üçün Tanrı tərəfindən göndərilib. Göndərilib ki, öz yerini, öz kimliyini biləsən, tanıyasan və orda dayanıb, orda durasan. Hətta tək olsan belə.

Bu günlər o təkliyin içərisindən çıxmaq şansı yarandı məndə. Savaşın içimdə yandırdığı ümid işığı o təkliyin buzunu əritməyə başladı. Və mən özüm də bilmədən yavaş-yavaş ətrafımda həmin o işığın təsiri ilə puçurlayan, göyərən, tumurcuqlayan ağacları görməyə başladım. Məhz bu anda dərk etdim ki, onlar mənim yanımda ağac olmağa gələnlərdi… onlar Şuşaya, Qarabağa getmək istəyənlərdi. Və mən onlara baxa-baxa nə vaxtsa yazdığım misraların içimə bir təpər verəcəyini də sanki anladım və qayıtdım o misralara. Çünki ehtiyac duydum.


Mən qırx dəvə yükünü

Çəkirəm, çəkirəm hələ…

Şumlayıram sinəmə

Əkirəm, əkirəm hələ –

Vətənsizliyi!


Canın tüstüsü buludda

Çökürəm, çökürəm hələ…

Güvənib bir tək umuda-

Sökürəm, sökürəm hələ

Vətənsizliyi!


Yarımçıq sözün ahına

Fikirəm, fikirəm hələ

Ruhumu şəhid ruhuna

Bükürəm, bükürəm hələ-

Vətənsizliyi!..


Bəli, təkliklə təkbaşına qalıb, həm də vətənin içində vətənsizliyi yaşamaq bəlkə də bizdən başqa heç kimə yazılan tale deyil. Bilmirəm, bunun səbəbi nədi? Bilmirəm, başqa bir kimlərsə var bizim kimi… Bilmirəm, ümumiyyətlə, bu niyə belədi? Amma bildiyim odur ki, təkliyin də, tənhalığın da damarında mütləq bir işıq, bir ümid olmalıdı. Əgər bu varsa, mütləq o təkliyin, o tək ağacın yanında kimsə əkilməyə, ağac olmağa gələcək. Ola bilməz ki, kimsə gəlməsin… Ola bilməz ki, kimsə o tək ağacı görməsin… Ola bilməz ki, kimsə o tək ağacı duymasın… Və bir də ola bilməz ki, dünyanın harasındasa tək ağaclar olmasın…

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-22
17:29 ÜMİD
15:24 İNSAN


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (22.23%)
Argentina (11.11%)
İspaniya (22.22%)
Almanıya (44.44%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK