hacklink Adalet.az | YENİ İL Adalet.az | YENİ İL Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

YENİ İL

55518    |   2015-12-30 22:11
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Günahıyla, savabıyla, yaxşılığıyla, pisiylә 2015-ci ili yola düşüb getdi, 2016-cı il gәldi.

Türkiyә Türkcәsindә belә bir ifadә var; "gәlәn, gidәni aratır”, inşallah elә olmaz. Bunu yozumlamağa ehtiyac duymuram, çünki Azәrbaycanda da, Anadoluda da danışılan dil Oğuz Türkcәsinin qәrb qrupuna aiddir, aralarında sadәcә olaraq şivә fәrqi vardır. Ancaq bunu da demәliyәm ki, hәr iki coğrafiyada danışılan, yazılan dildә yazılışı, oxunuşu vә mәnası eyni olan cәmisi 20 min söz vardır. Bu sözlәrin dә %95-i yadlardan alınan sözlәrdir. Mәnim hazırladığım yeni lüğәtdә isә 88 minә yaxın leksika var. Demәli bu iki coğrafiyada danışılan vә yazılan dildә 68 min fәrqli söz var, hәqiqәt budur. Allah ulu babalarımıza rәhmәt elәsin. Anadolu ilә Azәrbaycan arasında bu qәdәr fәrq vardırsa Qıpçaq vә Karluk qrupuyla nә qәdәr fәrq var onu da siz fikirlәşin.

78 milyonluq ingilis xalqı dilini dünyanın ünsiyyәt dilinә çevirib, ancaq üç yüz milyona yaxınlaşan әhali sayı olan biz türklәr hәlә dә bir şivәmizi vә ya lәhcәmizi ortaq ünsiyyәt dilinә çevirә bilmәmişik. Demәli bir-birimizi yaxşı başa düşürük…

2015-ci ildә Anadoluda vә Azәrbaycanda seçkilәr keçirildi, quruculuq işlәri aparıldı, aparılır. Hәr iki coğrafiyada da müәyyәn problemlәr var, hәr dövlәtdә olan kimi bu tәbii haldır. Azәrbaycan, malik olduğu sәrvәtlәrlә zahirdә Türkiyәdәn daha yaxşı yerdәdir, ancaq bu dәlikanlı cümhuriyyәtimiz quruculuq işlәrini müstәqilliyini әldә etdiyi gündәn bәri sürәtlә aparsa da qarşısında gedәsi çox yolu var.

Hәr iki qardaş dövlәt dә hәddәn artıq strateji önәmә malik coğrafiyada yәrlәşirlәr. Hәr iki dövlәtin üzlәşdiyi problemlәrin mәnә görә doxsan faizi yer tutduqları coğrafiyadan asılıdır. Türkiyә, Azәrbaycandan daha tәcrübәlidir, dövlәtçilik gәlәnәyi daha qәdimdir vә bir imperiyanın davamçısıdır. Bu sәbәblә problemlәrinin bir çoxunu hәll edib, qarşısında yaradılan әngәllәrin aradan götürülmәsindә tәcrübәsini işә salaraq problemlәri daha asan hәll edә bilir. Ancaq hәr iki dövlәt dә imperiya siyasәti güdәn vampirlәrin daimi hәdәfindәdir, olacaqdır da. Buna görә hәr iki dövlәt dirçәlmәyә, inkişaf etmәyә, elmdә vә texnolojidә çağdaş sәviyyәyә çatmağa mәcbur deyil, mәhkumdur.

Xıristiyan dünyası min ildәn artıqdır bizә hücum çәkir. Әslindә üstümüzә yürüş edәnlәrin tamamı xıristiyanlıqdan bir vasitә kimi istifadә edib, indәn belә dә edәcәkdir. Müsәlman dünyası deyilәn mәkanda dinc әhali on illәrdir tarixdә şahid olunanlardan daha betәr qırğınla, yıxımla üzlәşib. Yola saldığımız ildә hәr Allahın günü yüzdәn artıq insan ya bombaların tәsiri ilә mәhv oldu vә ya dağıntılar altında qalaraq can verdi. Milyonlarla insan od-ocağını qoyub qaçmaq mәcburiyyәtindә qaldı. Qәrbә sığınanlar da xıristiyan dinini mәnimsәmәk kimi bir faktla üz-üzә buraxılırlar. Әrәb alәmi mәhv olub getdi. Bombaların partlamadığı әrәb dövlәtlәri dә güclülәrin könüllü quluna çevrildiyinә görә hәlәlik yaxalarını ölümdәn vә dağıntılardan xilas etmәyә nail olubdur.

Türkiyә otuz ildәn artıqdır PKK terroru ilә cәbәllәşir. Ondan әvvәl ASALA vardı. İki tәrәfi dә murdan olan ermәni dәyәnәyinin bir ucu qәrblilәrә toxunduğuna görә onun axıra çatdırılması qarşısında sakitcә dayandılar. PKK isә hәm Türkiyә vәtәndaşı kürdlәrin içindәn çıxıb (ki, әslindә kürdlәrin әn böyük düşmәni bu terror tәşkilatıdır), hәm dә onun sәflәrindә müsәlman ailәlәrinin uşaqları öz dövlәtlәrinә qarşı üsyan edib, ona görә PKK ilә ASALA bir-birindәn fәrqlәnir. Bir dә işin görünmәyәn yönü var. PKK sәflәrindә döyüşәnlәrin azı otuz faizi ermәnidir. Onlarla birlikdә döyüşәnlәrin içindә qәrbli vә şәrqli güclәrin dә adamları var.

Türkiyә, üzlәşdiyi bu problemi dә özünә layiq olan şәkildә hәll edәcәkdi, ancaq olan dinc әhaliyә olur, olacaqdı. Allahdan arzumuz budur ki, Azәrbaycan vә Türkiyә torpaqlarında dünyaya gәlib, bu müqәddәs torpaqların çörәyini yeyib suyunu içәn insanlar qansoran vampirlәrin toruna düşmәsinlәr. Azәrbaycanın vә Türkiyәnin güclәnmәyi müәyyәn yәrlәrin qarnını ağrıdır, ağrıdacaqdır. Birinci vә İkinci Dünya Müharibәsini yaradanlar bu gün dә meydandadılar. Bizә yaraşan yol isә onların tәlәsinә düşmәmәyimiz, dövlәtimizә, dövlәtçiliyimizә sahib çıxmamızdır.

İnşallah 2016-cı il, yola saldığımız ilin hәsrәtini çәkmәyimizә sәbәb olmaz. Hamının yeni ilini tәbrik edir, can sağlığı, sәadәt vә uğurlar arzulayıram. Dövlәtlәrimizә dә Ulu Tanrıdan әmin-amanlıq, güc-qüdrәt dilәyirәm.



İmza:

YAZARIN ARXİVİ

2019-02-26 : SALAMLARLA
2018-06-01 : SON ZƏNG
2018-04-28 : YALANÇININ ŞAMI
2018-02-24 : TARİXİ ADDIM
2017-10-21 : NƏ YAZIM?
2017-03-10 : XOCALI-DӘNİZLİ
2017-03-04 : XOCALI-DӘNİZLİ
2016-12-17 : Etimad, kimə???
2016-11-12 : TANRININ DOSTLARI
2016-09-24 : Salam, Dostlar
2016-05-28 : ATA YURDUMUZDA
2016-03-05 : XOCALI HƏFTƏSİ
2015-12-30 : YENİ İL
2015-12-26 : BİZİM DÜNYAMIZ
2015-12-05 : KÜLƏK ƏKƏN...
2015-11-28 : ÜÇ GÖMRÜK
2015-10-31 : SEÇKİLƏRİMİZ
2015-10-17 : KÖÇÜMÜZ
2015-08-29 : ALTAYDAN QAFQAZA
2015-06-20 : KİMDİR QATİL?!
2015-06-06 : LÜKSEMBURQDAN
2015-05-02 : 24 NİSAN
2015-03-14 : 8 MARTIN ARDINDAN
2015-03-07 : XOCALINI ANLAMAQ
2014-12-27 : BODUN
2014-11-29 : XƏZƏRİN MEHİ
2013-10-26 : XƏYALİ
2013-10-05 : ZEHTABİNİ ANDIQ
2013-09-28 : SAĞ OL, BAKI
2013-08-17 : KEÇƏN GÜNLƏR
2013-08-03 : BELƏ DÜNYANIN
2013-03-30 : BAYRAMIN ƏZABI
2013-03-16 : XOCALI HƏFTƏSİ
2013-02-02 : ADIMIZLA BAĞLI
2012-11-21 : VAXT
2012-11-17 : VAXT
2012-09-01 : TİFLİS-BAKI
2012-04-07 : İNGİLİS OYUNU
2012-02-25 : XOCALI DƏRDİ
2011-10-29 : VƏHHABİLİK
2011-10-08 : VƏHHABİLİK
2011-09-17 : ELƏ GÜVƏNMƏK
2011-09-10 : ALTAY BİLİK
2011-08-13 : NƏJDƏT QOÇAQ
2011-06-04 : 28 MAYI ANLAMAQ
2011-05-28 : YALANÇININ ŞAMI
2011-04-16 : SİZ NƏSİNİZ?
2011-04-09 : ANA - OĞUL
2011-03-12 : ONLAR VƏ BİZ
2011-02-26 : XOCALI SOYQIRIMI
2011-02-05 : QURULTAYIMIZ
2011-01-29 : MAŞA SARKİSYAN
2010-10-30 : BAKI QEYDLƏRİ
2010-10-02 : AXTA-MAR
2010-07-10 : 35 QURUŞ
2010-05-15 : ZİDDİYYƏT
2010-04-24 : BAYQUŞLAR
2010-02-27 : TÜRKÜN ANALARI
2010-02-13 : ÇİÇİ
2009-11-27 : TÜRK MİLLƏTİ
2009-10-31 : BAYRAQ
SON XƏBƏRLƏR
2019-11-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK