ANA SƏHİFƏ / YAZARLAR

UNUTMAQ İSTƏYİRƏM

Əbülfət MƏDƏTOĞLU

66341    |   2015-12-05 11:13
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Amma bu mümkün deyil

Məni üzürlü sayın... İradlarıma görə məni qınamayın... Yazdıqlarıma görə mühakimə etməyin. Ümumiyyətlə, mənim bu yazımda günah, nöqsan axtarmağa cəhd göstərməyin. Çünki bu yazımda mən özümü, həyatımı, düşüncələrimi bir az çılpaq göstərmək istəyirəm. Bilirəm ki, oxucu qarşısına, ümumiyyətlə, ortalığa geyimsiz çıxmaq yaxşı hal deyil. Buna görə adamı daş-qalaq da edə bilərlər. Amma səmimiyyətimə inanın. Son gunlər özüm də bilmirəm nədənsə bu qəfil dəyişən hava kimi mən də bir az özümdən yazmaq, özümdən danışmaq, özümü göstərmək istəyirəm...

Bax, ötən gecə qaranlıq otağı işığa qərq edən şimşəyin işıqları balaca evimin bütün künc-bucağını işıqlandırmışdı. Göy gurultusundan qorxan qızlarım özlərini atmışdılar üstümə və onların gözündə mən həmin an göy gurultusuna müqavimət göstərəcək gücdə idim. Amma onlar bilmirdilər ki, son vaxtlar başının üstündə qılınclar oynayan bu özülsüz evimin sökülmək məsələsi gündəmdədi və mən heç ona qarşı çıxmaq gücündə deyiləm. Çünki şimşəyə əl açmaq olar, amma hökumətlə hökumətlik etmək olmaz. Ən azı ona görə ki, nə topum yoxdu, nə də topxanam. Olub-qalanım bir qələmdi, bir də yalnız uşaqlarıma gərəkli olan varlığım. Bu da öz yerində.

Bəli, deməli, bu dünyanın çarxının dolaşan vaxtı, kimin nə istəyib, nə umduğu və nəyin iddiasında olduğu həm qaranlıq, həm bəlli durumda özünü göstərən anda mən özümdən yazmaq fikrinə düşdüm. Ona görə yox ki, özümü kiməsə tanıtmaq, kiməsə təqdim etmək istəyirəm. Yox, məni tanıyan onsuz da tanıyır, tanımayan ən yaxşı halda qonşusundan soruşa bilər və ən azı da adımın mənasına fikir verən bunun arxasında bir dostluğun, bir səmimiyyətin dayandığını hiss edər.( və bir də tanımayan bəlkə də daha xoşbəxtdi- Ə.M.) Mən bütün bunları sözgəlişi dedim. Ona görə sözgəlişi dedim ki, indi insanlar daha çox söz deyib, daha çox aradan çıxmağa üstünlük verirlər. Və onların göstəricisi, də nişanəsi də söz olur.

"Azərbaycan" nəşriyyatı söz deyən, söz yazan və cibində qələm gəzdirən insanların sayına görə, bəlkə də ölkədə birinci yeri tutur. Ancaq ölkənin ən uzaq guşələrinin birində nə yazmayan, nə də cibində qələm gəzdirməyən elə söz adamları var ki, bircə kəlməsi cild-cild kitablara, tirajlı qəzetlərə bəs edir. Deməli, sözünə sahib çıxmaq, ortaya söz qoymaq üçün təkcə hansısa qəzetdə işləmək, kiminsə kölgəsinə qısınmaq, kiminsə müavini olmaq və ən azı kiminsə çevrəsində görünmək bəs eləmir. Yaxşı xatırlayıram, rəhmətlik Nüsrət Kəsəmənli oğurlanan misralarına görə, təpik altına saldığı qələm adamlarından biri indi populyar şairdi. Diskləri, nəğmələri, bağı, nə bilim daha nələri var, amma şairliyi yoxdu. Bunu bilənlər bilir. Mən də "Ədalət" qəzetində öz sözümü, öz yazımı yazıram. Bunu da bilənlər bilir. Oxuyanlar da var, təbii ki, büküb kənara atanlar da. Heç kimi məcbur edə bilmərəm ki, yazdıqlarımı oxusun. Çünki mənim yazdıqlarım mənim özüməm, mənim həyatımdı, Quran ayəsi deyil və mən o iddiada da deyiləm.

Bu yerdə ağlımdan Sovet hökumətinə rəhmət oxumaq gəlib keçir. Çünki o hökumətdə ən azı 51 faiz hər kəs yerini bilir, qalan faizlər dostların, qohumların, dayıların, maddi imkanın hesabına yazılırdı. Təəssüf ki, bu gün 51 faiz sonuncuların hesabınadır. Nə isə...

Dünya indiki durumunda çoxlu sayda problemləri, sualları, hətta cavabı göz önündə olan sualların da qarşısında çox aciz bir şəkildə boynunu bükür. Bu da təsadüfi deyil. Ona görə ki, anlayanlar anlamayanlara borcludular.

istidən

tıncıxmış şəkildə

şəhərin

küçələrində

elan vitrinlərində

iş gəzirəm, iş!

gözlərim

hədəqədən çıxıb

səbrim nəzarətdən...

bir başını qaldırıb

məni də gör

hərdən-

ay evi tikilmiş-

axı

avara qalıb bəndən!..

***

Həftənin son günləri hava şəraiti qəflətən dəyişdi. Yayın istisi canımızdan elə bil ki, bir yumruğa çıxdı, tarazlığımızı itirdik. Hansı paltarı geyinəcəyimizi, nə edəcəyimizi götür-qoy etməyə imkan da tapmadıq. Mən axırıncı dəfə kəndimizdə, dəniz səviyyəsinin hardasa 1100 metr hündürlükdə yağış damcılarının o boyda olduğunu görmüşdüm. Təsəvvür edin ki, maşının damına toxunan damcılar elə bil ki, nağara səsinə bənzəyirdi, sanki dolu yağırdı. Əlimi pəncərədən çölə çıxardım, ovcumun içərisinə düşən və ən azı fındıq boyda olan damcılar əlimi göynətdi. O damcıların tappıltısı bütün varlığımı ayağa qaldırdı. Dünənimi, keçmişimi gözümün önünə gətirdi və mən istər-istəməz hər şeyi, daha doğrusu, bugünkü həyatımla dünənimi və sabahımı bir müstəvi üzərinə gətirməyə çalışdım. Amma mümkün olmadı. Çünki dünənimdə saflıq daha çox idi. Bilmirəm bu nədəndi. Ola bilsin ki, onda dünyanı indiki kimi tanımamışdım... Ola bilsin ki, onda dünya bu qədər korlanmamışdı...Ola bilsin ki, onda mən və mənim özüm bildiklərim dünyadan bu qədər uzaq düşməmişdilər. Nə bilim vallah... Çox qarmaqarışıqlıqdı və bu qarışıqlığın içərisində tapıb öz yerində oturda bilmədiyim bircə şey var. O da hər kəsin özünün olmasıdır. Yəni tanıdığım, gördüyüm kimi özü!!! Təəssüf ki, mən o gücdə deyiləm. Əgər o gücdə ola bilsəydim, heç bir tərəddüdsüz mən də həm onları, həm də özümü üz-üzə gətirib siz oxuculardan, bizi necə görürsünüz? - soruşardım...

Bəli, biz əslində hər şeyi görüb və hər şeydən xəbər tütüb görüdüklərimiz və bildiklərimiz arasında bir savaş açırıq. Elə bilirik ki, bu döyüşdə özümüz qalib olacağıq. Amma unuduruq ki, bizim savaşımızda sərf olunan gücümüz özümüzün deyil. O gücü bizə verən var və o güc söykəndiyi həqiqət boydadı, gerçəklik boydadı. Ondan sonrası yalnız fərziyədi, boşluqdu. Bax, qalib gələ bilməməyimiz də o boşluğu həqiqət kimi görüb ona güvənməyimizdən irəli gəlir. Neyləyək ki, biz xəyalən özümüzü həmişə gerçəklikdən çox-çox uzaqda görmüşük. Ona görə də günün necə keçməsi, vaxtın necə ötməsi ya diqqətimizdən yayınır, ya da ona əhəmiyyət verməmişik.

günün necə keçməsindən

xəbərim olmadı

olsa belə,

nəsə edə bilməyəcəydim.

yaxamı vermişəm

günün əlinə...

duyğularım,

xatirələrim,

elə gün də...

bezibdi məndən.

nə yanımda qaldı

nə də

məni özü ilə saxladı...

anladım ki,

o qız

bu bitən gündən

daha etibarlıdır...

özü qalmasa da,

ruhumu alıb

getdiyi yerlərə

təmənnasız apardı.

***

Mən bu yazıda özümü yazmaq istəyirdim, özümü göstərmək istəyirdim. Amma hisslər güc gəldi... yaddaş imkan vermədi. Yəni yaddaş hissləri üstələdi, korun yaddaşı əlində olduğu kimi... karın yaddaşı gözdə olduğu kimi... lalın yaddaşı dodaqlarda puçurladığı kimi... Mən də elə kar kimi, kor kimi, lal kimi hər şeydən, daha çox isə özümdən danışmaq istədim, amma alınmadı. Bilmirəm niyə? Bəlkə də bilirəm, amma deyə bilmirəm. Çünki desəm öldürərlər... Daha doğrusu küsərlər. Hər kəs dediklərimdən özünə nə isə götürər, dediklərimin içərisində özünü görər... İndiki yaşımda, indiki durumumda çörəyi daşdan çıxardığım bir məqamda bu mənə heç də lazım deyil. Qoy hər kəs öz bildiyini bilsin, mən də öz bildiyimi. Lakin hamının bilmək istədiyi, amma mənim bildiyim bir gerçək də var, o da təbii ki, özəl duyğu, özəl sevgidi. Bax bu mənada mən bütün yazılarımda toxunduğum həmin o, özəl olanın yanından sakitcə keçib gedə bilmərəm. Bax, elə indi də…

İnciyirəm özümün

Özümdə olmağıma.

Bu qədər ağrılarla -

Dözümdə olmağıma…

Sevinirəm özünün

Özümdə olmağına.

Ürəyimə sığınıb,

Gözümdə olmağına!

İnciməklə sevilmək

Qarışıb bir-birinə.

Sındırsan nə qoyacam -

Ürəyimin yerinə?!

Hə, mən özümü yazmasam da, daha doğrusu bunu bütünlüklə edə bilməsəm də, düşünürəm ki, nəsə oxuna biləcək bir şey yazdım. Və onu da bilirəm ki, bu yazını heç kim oxumasa belə, sən oxuyacaqsan, çünki sən də sevirsən. Və deməli kim sevirsə, o oxuyacaq.




İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-17
2018-01-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
- İki dost işdən evə qayıdır.
Biri:
- Mənim arvadım çox yaxşıdır. Gedən kimi çəkmələrimi qarşımda cütləyir, qəlyanım dolu olur. İndi qəhvəm və mətbəxdə bir vedrə isti suyum hazırdır.
- Hamısı çox gözəldir, ancaq o mətbəxdə bir vedrə isti su nə üçündür?
- Vallah, mən soyuq su ilə bulaşıq qabları yuya bilmirəm.




digər lətifələr
ARXİV
FACEBOOK