viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Qiyaməti baş tutmayan dünyada ilin son yazısı Adalet.az | Qiyaməti baş tutmayan dünyada ilin son yazısı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qiyaməti baş tutmayan dünyada ilin son yazısı

39338    |   2012-12-29 01:30
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İlin sonu... Sonuncu addımda insan bir an dönüb geri baxmaq istəyir. Necə başladı, necə qurtardı bu il. Kiminə bir göz qırpımı, kiminə bitib-tükənməyən işgəncə...

Nələr oldu bu ildə: öncə sondan başlayaq...

Dünyanın sonu barədə xəbərlər hər kəsin beynini az da olsa məşğul etdi. Həyəcanla sonda nə olacağını gözləyənlər bu gün Obamanın Dalay Lamaya şamı göstərərək: "İndi bunu nağayrax?" sualını verdiyi "satirik" şəkillərə baxıb gülümsəyirlər...

Qarabağ məsələsi yenə çözülməmiş qaldı. Qaçqınların çoxu evlərlə təmin olunsalar da, yaxşı şərait arzusunda olan qaçqın yenə rahat ola bilmədi. Çünki bu məskunlaşma Qarabağda deyildi...

Tarixin ən böyük vəhşiliyi Xocalı faciəsinin (müsibətinin demək daha doğrudur!-F.R), Qarakənddəki vertolyot qəzasının, Şuşanın, Xocavəndin işğalının iyirmi yaşı oldu. Xocalılar Bakıda, Goranboyda... daha haralarda "Xocalı məhəlləsi" saldılar. Amma heç kim bu boyda cinayətə görə, ötən illərdə olduğu kimi cəzalanmadı...

Kəlbəcərdə, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Xocavənddə, Şuşada, Xankəndidə... ruhlar mələr qalıb. Dünya ictimaiyyəti isə guya konflikti çözmək üçün baş sındırır...

Bizim isə bu dərdimizin səmimi deyək ki, ən bədii inikası "Dolu" filmi oldu. Təkcə məmləkətdə deyil, onun hüdudlarından kənarda da insanları dəhşətə gətirən "Dolu" yağmağa başladı. Onunla paralel ANS-in "Xoca"sı da dünyaya ayaq açdı... Xocalını bütün dünya, xüsusi ilə Türkiyə böyük yürüşlərlə andı...

Qonşu dövlətlərdən Gürcüstanın yeni seçilmiş baş naziri Bidzina BTQ -nin dayandırılması təhlükəsini əks etdirən bəyanatla çıxış etməsi şəxsən məni çox sarsıtdı. Həm sarsıla biləcək dostluğu, həm də orada yaşayan azərbaycanlıların halını düşünüb pərişan oldum. Yaxşı ki, Azərbaycana səfərində Bidzinanın özü bunu "Bir az tələsik bəyanat" adlandırdı... Hətta yanacağı Gürcüstana əlverişli qiymətə satdığına görə o, Azərbaycan prezidentinə və baş nazirinə minnətdarlıq da etdi. Burda deyiblər: "Adın nədi - Daşdəmir! Yumşalısan, yumşalı..."

Putinin Gürcüstan və Ermənistanı xristian birliyinə çağırması və bunu açıq şəkildə türk birliyinə qarşı etdiyini bəyan etməsi də xoş hadisə deyildi...

Sərkisyanın erməni gənclərə müraciətlə: "Qarabağı biz aldıq, Ağrını da sizə həvalə edirik" kimi sərsəm çıxışı hər kəsi hiddətləndirdi...

Cəbhədə yenə pozulan atəşkəs qaydaları, evlərə göndərilən şəhidlər, uzanan sazişlər, sülh(?) danışıqları...

Zaqatalada, Balakəndə baş verən zəlzələlər, bir çox bölgələrimizdəki sürüşmələr də ilin qayğılarından oldu.

İlin qanqaraldıcı hadisələri təkcə siyasi sferada baş vermədi. Sevimli həmkarımız Oktay Salamovun dünyasını dəyişməsi yaxınları, əzizləri, dostları üçün olduğu kimi qəzetimiz üçün də böyük itki oldu. "Ədalət"in təbəssüm guşəsinin qəhrəmanı artıq bizimlə deyil. Vətən həsrətilə dünyasını dəyişən Vahid Əlifoğlunu İl boyu tez-tez xatırlasam da, hər il son yazımda onu yad etməyi özümə borc bilirəm. Yazar Rafiq Tağının, xalq artistimiz Yaşar Nurinin vəfatı da ilin ağrılarından sayılır. Allah rəhmət eləsin!

İl təkcə qanqaraçılıqla, dilxorçuluqla yaddaşımıza köçmədi.

Böyük uğurlarımızdan biri olan Ramil Səfərovun ölkəmizə ekstradisiyası ... Gənc yazarlar Şəhriyarla Fəridin İran zindanından azad edilməsi hamımızı sevindirdi.

Təkcə "Ədalət"də bir çox maraqlı hadisələr baş verdi ki, onların özü də kollektivin və oxucuların uğuru idi. Baş radaktorumuz İradə Tuncayın "Yol romanı", Əbülfət Mədətoğlunun "Mənim kimi sevə bilsən"... kitabları işıq üzü gördü. Bu il əməkdaşımız Etibar Cəbrayıloğlu qırx beş yaşını da qeyd etdi, yaradıcılıq uğurlarına görə mükafat da aldı... Ceyhun Musaoğlu da uğurları, mükafatı ilə bizi sevindirdi.

Avroviziya yarışması, İdmandakı uğurlarımız - ölkəmizdə birinci dəfə uğurla keçirilən Avtoralli yarışı, on yeddi yaşlı qızlar arasında futbol çempionatı, müxtəlif beynəlxalq yarışlardakı çıxışlar, növbəti Avropa çempionatının, şahmat üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi barədə qərarlar qəbul olundu.

İqtisadi həyatımızda baş verən yeniliklər hər kəsin gözü önündədi. O ki qaldı sosial yeniliklərə, yəqin ki, Bakını seyr edənlər özləri yaddaşlarına üz tutub, baş verənləri qiymətləndirməyi bacararlar. Elə yaşadığım Xırdalanda da Abşeron rayonu əlli yaşını qeyd etdiyi bu il ərzində baş verən dəyişikliklər şəhərin görünüşünü kökündən dəyişib. Bütün köhnə binalar sökülüb, təzəsi ilə əvəz olunub. Təmirə ehtiyacı olan məktəblər, bağçalar, inzibati binalar təmir edilib. Parklar, səkilər salınıb. Yolların tikintisi hələ də davam edir. Bütün bunlar sizə icra strukturu əməkdaşlarının hesabatı təsirini bağışlamasın. Gözümün qarşısında baş verdiyindən ilin uğurlu hadisələrini sadalayanda yaşadığım ünvanı diqqətə çatdırdım.

Təbii ki, uğurlar bizimdi. Ancaq hələ də nöqsanlar kifayət qədərdi. Ehtiyac da, işsizlik də, məmur özbaşınalığı da, orduda nöqsanlar da, səhiyyədə, təhsildə rüşvət də... bütün bunlar bizimlə birlikdə yeni ilə qədəm qoyur. Bunlardan qurtulmaq arzusu ilə Həmrəylik günümüz və Yeni ilimiz mübarək!

Fəridə RƏHİMLİ
f_rehimli@rambler.ru



İmza:

YAZARIN ARXİVİ

2018-06-22 : ÜMİD
2018-06-14 : ACLIQ
2018-06-08 : İLK MÜSAHİBƏ
2018-04-13 : ÜMİD QAPISI
2017-06-16 : MASKA VƏ ONUN...
2017-05-12 : TƏSADÜF
2017-04-21 : XARI BÜLBÜL
2015-04-11 : BALA DAĞI...
2014-06-21 : KƏFƏN BİZNESİ
2013-11-30 : AYI XİDMƏTİ...
2013-09-21 : UCUZ ÖLÜM
2013-07-06 : ANAMIN ƏTRİ
2013-06-08 : ŞİLLƏ MASAJI
2013-02-16 : AD GÜNÜ
2012-12-08 : ZƏİF DAMARIMIZ
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK