ANA SƏHİFƏ / YAZARLAR

"AZƏRBAYCAN SİKKƏLƏRİ"

Davam edir xalq əmanətinə sevgi...

27128    |   2012-12-27 11:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə ::::Xalq Əmanəti:::: layihəsinin növbəti tədbirinə qatılanda istər-istəməz öncə Xalq Bankın 16-cı mərtəbəsindəki zala göz gəzdirirəm. Bir növ bu məndə vərdişə çevrilib. Məqsədim də təkcə tanış imzaların sahiblərini, tanış simaları axtarmaq, aramaq dey il. Məqsədim həm də hər yeni təqdimatda tədbirə qatılanların sayının artımını, onun iştirakçılarının sırasında dəyərli ziyalıların get-gedə daha çox görünməsini müşahidə edib bundan özünəməxsus ləzzət almaqdır. Sirr deyil ki, bu gün məmləkətimizdə kifayət qədər məclislər, mərasimlər, tədbirlər keçirilir ki, onların böyük əksəriyyətinə adətən ya eyni kontingent qatılır, ya da sadəcə bu adamların çoxluğunu elə jurnalistlər təşkil edir.

Bax, bu mənada ::::Xalq Əmanəti:::: layihəsinin növbəti təqdimatında mən həqiqətən daxilən bir rahatlıq yaşadım. Çünki təqdimata qatılanların əksəriyyəti Azərbaycanın elit-ziyalı təbəqəsi, ictimaiyyət nümayəndələri, sayılıb-seçilən Azərbaycan insanları öz tarixinin bir növ təqdimatına toplaşmışdı. Bu ::::tarix:::: sözü ağlıma elə-belə gəlmədi. Doğrudan da bu tədbirdə dövlətçiliyin atributu olan, xalqın özünütəsdiq kriteriyalarından biri sayılan Azərbaycan sikkələrinin təqdimatı keçirilirdi. Düşünməyin ki, burada bizim pul vahidlərimiz sərgiyə düzülmüşdü. Xeyr, burada bizim dövlətçiliyimizin atributlarından biri olan Azərbaycan sikkələrinin toplusu, mən deyərdim ki, hər yerə apara biləcəyimiz, hər yerdə təqdim etmək, göstərmək imkanını bizə verən sanballı bir albom-kataloq-kitab ortaya qoyulmuşdu. Müəllifi Azərbaycanın dəyərli ziyalılarından biri olan görkəmli alimimiz, professor Əli Rəcəbli olan bu albom-kataloq-kitab sözün həqiqi mənasında xalqa, onun əmanətinə dəyərli bir ehtiramın göstəricisi idi. Bu gün də yaxşı xatırladığım, amma heç vaxt unutmayacağım bir məqamı diqqətə çatdırmaq istəyirəm. 1976-cı ilin may ayı idi. İndiki Bakı Dövlət Universitetinin tarix fakültəsinə bir dostumun yanına gəlmişdim. Onu axtarıb arxeologiya kafedrasında tapdım. Mərhum arxeoloqumuz, görkəmli alim, Azıx mağarasını kəşf edib dünyaya tanıdan Məhəmmədəli Hüseynov məni içəri dəvət etdi. Onu da qeyd edim ki, Məhəmmədəli müəllim tarix fakültəsinin bir qrup tələbələri ilə hər yay tətilini məhz Azıx mağarasında qazıntılar aparmağa gəlir və bizim kənddə yerləşdiklərindən əksəriyyətimizi yaxından tanıyırdı. Mən otağa daxil olub buradakı qədim mədəniyyət nümunələrini, xüsusilə arxeoloji qazıntılar zamanı tapılmış qədim sikkələrə maraqla tamaşa etdim. Marağımı görüb həmin sikkələr barəsində müəyyən məlumatlar açıqlayan Məhəmmədəli müəllim onu da vurğuladı ki, yaxın vaxtlarda biz bir sərgi hazırlayacağıq. Məqsədimiz tapıntıları tələbələrimizə yaxında təqdim etmək, həm də fakültəmizə gələnlərə göstərməkdir.

Bax elə Xalq Bankın ::::Xalq Əmanəti:::: layihəsinin təqdimatına qatılanda da mənim yadıma dərhal həmin məqam, həmin sözlər gəlib düşdü. Necə deyərlər, elə həmin xatirələrin əlindən tutub ::::Azərbaycan sikkələri:::: albom-kataloq-kitabını vərəqləməyə başlayıram. Elə ilk səhifədə məni Azərbaycanın coğrafiyası, yəni xəritəsi salamlayır. Bu xəritə təkcə qədimliyi ilə yox, xalqın, torpağın qədimliyi ilə adamda çox qəribə hisslər oyadır. Həmin o hisslərin qoynunda iclas zalına daxil oluram. ::::Azərbaycan sikkələri::::nin təqdimat mərasimini tanımış yazıçı-publisist, dəyərli televerlişləri ilə hər kəsin hörmətini qazanmış Yusif Günaydın açır:

- Dəyərli dostlar, çox şadam ki, yenə bir yerdəyik, yenə xalqımızın milli-mənəvi sərvəti olan daha bir dəyərin, daha bir yaradıcılıq işinin, ağır zəhmətin nəticəsi olan elmi uğurun gələcək nəsillərə çatdırılması istiqamətində atılan addımın işığına toplaşmışıq. Bu gün iştirakçısı olduğumuz, təqdimatına toplaşdığımız bu dəyərli sənət əsəri təkcə bir nəfərə, bir fırçaya, bir qələmə aid deyil. Bu, bütöv bir xalqa, onun tarixini araşdıran bir elm ocağına, eləcə də bu elm ocağının dəyərli bir aliminin gərgin işinə, yuxusuz gecəsinə məxsusdur. Kifayət qədər zəngin olan Azərbaycan torpağı həm də kifayət qədər zəngin və möhtəşəm tarixə malikdir. Bu tarixin dövlətçilik rəmzlərindən biri də onun pul vahidləri, sikkələridir. Bax, hörmətli professor, gözəl alimimiz Əli Rəcəbli də məhz bu atributu toplum halında nizama salıb, onların şərhini, tarixini təqdim etməklə xalqın, dövlətin tarixinə daha gur işıq saçıbdır. Bu gur işığın altında bizim dövlətçilik tariximiz çox möhtəşəm görünür.

Tədbirdə çıxış edən akademik Arif Həşimovun söylədikləri, xüsusilə onun Əli Rəcəblinin fəaliyyətinə verdiyi qiymət son dərəcə diqqət çəkəndir. Amma bu diqqətin içərisində ::::Xalq əmanəti:::: layihəsinin yeri xüsusi görünür, xüsusi qeyd olunurdu. Təbii ki, Arif müəllim elm adamına, tariximizə, bütövlükdə Azərbaycanı tanıdan, ona xidmət edən gərgin əmək sahiblərinə olan bu diqqəti təkcə bugünkü tədbirin səbəbkarlarına, iştirakçılarına deyil, bütün Azərbaycana aid edirdi.

Mənim üçün çox önəmli çıxışlardan birini də akademik Vasim Məmmədəliyev etdi. Vasim müəllimi oxucularımız, bütövlükdə Azərbaycan camiyəsi çox yaxşı tanıdığından onun mülahizələri, düşüncələri, fikirləri həmişə dinləyicini özünə çəkib. Bu mənada hörmətli alimimizin özünəməxsus şəkildə ::::Azərbaycan sikkələri:::: barəsində söylədikləri, həmçinin bir canıyananlıqla, bir şövqlə ::::dostum Əli Rəcəbli çox möhtəşəm bir iş görüb, çox vacib bir sahəni araşdırıb ortaya qoyub, tariximizin bir səhifəsini də işıqlandırıb:::: deməsi hər kəs kimi mənim üçün də xoş oldu. Hiss etdim ki, doğrudan da bu tədbirə qatılanların hamısı dövlətə, dövlətçiliyə, tariximizə böyük ehtiramın, böyük sevginin daşıyıcılarıdır. Vasim müəllimdən sonra kürsüyə yaxınlaşan Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramov öncə Tarix İnstitutunun direktoru, millət vəkili, görkəmli alimimiz, professor Yaqub Mahmudovun salamlarını iştirakçılara çatdırdı. Həmişə maraqlı mülahizələri ilə auditoriyanı ələ almağı bacaran Cəbi müəllim özünün qısa çıxışını bir neçə istiqamətdə qursa da, konkret olaraq bildirdi ki, bu günümüz üçün, müstəqil Azərbaycanın varlığı üçün kifayət qədər təhdidlər, basqılar olduğu bir zamanda ::::Azərbaycan sikkələri:::: ilə bağlı mükəmməl bir kitabın çap olunması mənim üçün son dərəcə sevindirici haldır. Özü də bu kitabın ən böyük məziyyətlərindən biri də odur ki, kitab üç dildə - Azərbaycan, ingilis və rus dillərində nəşr olunub. Digər tərəfdən tapılan sikkələrin coğrafiyası həm də Azərbaycanın bütün sərhədlərini diqqətə çatdırır. Biz necə bir qüdrətli dövlətçiliyə, böyük coğrafiyaya malik olduğumuzu bu sikkələr əsasında öyrənə bilərik.

Doğrudan da Əli Rəcəblinin böyük əməyi hesabına araya-ərsəyə gəlmiş Azərbaycan sikkələri kitabı mükəmməl bir işdir. Bunu Mədəniyyət və Turizm Nazirliyinin rəsmisi, şair Vaqif Bəhmənli də öz çıxışında xüsusi olaraq vurğuladı. Həmin tədbirdə atüstü söhbət etdiyim jurnalist həmkarlarım çox sanballı bir kitabı əldə etdikləri üçün məmnunluq ifadə edirdilər. Hətta ::::Azərbaycan:::: qəzetinin şöbə müdiri, şair-publisist Flora Xəlilzadə mənimlə söhbətində vurğuladı ki, bu kitab hər bir azərbaycanlının evində, stolunun üstündə olmalıdır. Çünki bu, bizim tariximizin böyük bir parçasıdır.

Bəli, ::::Xalqbank::::ın 16-cı mərtəbəsində həmin axşam Azərbaycan tarixinə elə Azərbaycanın özü boyda işıq salınırdı və hər kəs də o işıqdan öz ürəyi tutunca yararlanır, məmnun olurdu. Mən, əlimdə olan albom-kataloq-kitabı elə pəncərənin önündə bir də vərəqləyirəm. 10 fəsildən ibarət olan bu möhtəşəm əsəri albom-kataloq-kitab adlandırdığıma etiraz etsəniz də, mən yenə öz fikrimdə qalıram. Çünki, burda həm sikkələrin şəkilləri, həm onların tarixilik baxımından düzümü, həm də şərhləri verilib. Bax, bunun özü göstərir ki, xalq əmanətinə həmişə diqqətlə yanaşan və ::::Xalq Əmanəti:::: layihəsini yüksək səviyyədə gerçəkləşdirən ::::Xalq Bank:::: bu xalqın mədəniyyətinə də, incəsənətinə də, tarixinə də sevgilərlə yanaşır və onu sevgilərlə də yaşada-yaşada gələcək nəsillərə çatdırmaq yolunda uğurlu addımlar atır. Necə deyərlər, əməllərinə və xidmətlərinə görə, onların qazandığı təşəkkürlər halal haqlarıdır.

Əbülfət MƏDƏTOĞLU


İmza:

YAZARIN ARXİVİ

2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK