ANA SƏHİFƏ / YAZARLAR

LOĞMANLARIMIZ

12194    |   2015-08-29 09:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ağır vəziyyətdə olan xəstə "Semaşko"ya gətirilir. Həyəcanlı olan xəstə sahibləri soruşur:
- Salam, baş həkim burdadı?
Xəstəxananın qapıçısı:
- Baş həkim İrana müalicəyə gedib, iki həftəyə gələr...
Bu, sadəcə lətifə deyil, çox acı bir həqiqətdir.
Dəfələrlə bu mövzuya müraciət etməyimin səbəbi yəqin ki, hər kəsə də olmasa, əksəriyyətin bugünkü halına aid olan bir məsələdir. Başqa zəruri ehtiyaclarından kəsib, qazancını dərmanlara xərcləyən milyonlarla insanımız var. Və nə yazıq ki, bu xərclər öz ölkəmizdə - nisbətən ucuz başa gəlməli olduğu halda xaricə üz tutmağa məcburuq. Tez-tez eşitdiyimiz xəbərlərdə məşhurlardan müalicə üçün dövlətin dəstəyi ilə Almaniyaya, Türkiyəyə, Rusiyaya və sair ölkələrə göndərilməsi haqda eşidirik. Amma məşhur olmayan milyonlarla xəstələr var və hər il Tibb Universitetinə yüzlərlə tələbə qəbul olunmasına, yüzlərlə klinikaların, poliklinikaların, xəstəxanaların yüksək keyfiyyətlə tikilən binaları istifadəyə verilsə də, ən yeni "dünya standartlarına cavab verən" tibbi avadanlıqlar ölkəyə gətirilsə də, addıma bir apteklər fəaliyyət göstərsə də xaricə axışan xəstələrin sayı azalmır ki, azalmır.
Bu, o demək deyil ki, bizdə heç savadlı doktorlar yoxdu. Amma əksər savadsız, lakin "reklamı güclü olan doktorlar" var ki, o yaxşılıarın qarşısını Çin səddi kimi kəsirlər və öz səriştəsiz üslubları ilə pasiyentlərdə əsl həkimlərimizə olacaq inamı məhv edirlər. Xəstə həkiminə inanmadısa, dərmanların təsiri yarıbayarı azalır sanki. Güvən də ki, ruh kimidi, bir dəfə bədəndən çıxdısa, bir daha geri gəlməz.
Ölkədə bir neçə klinikaya müraciət etsən, ikinci həkim mütləq birincinin doğru resept yazmadığını söyləyəcək. Çoxlarınızın bunun şahidi olduğuna əminəm. Amma, ağrılarının azalmadğını görüb üçüncü həkimə müraciət etsən, o da aldığın müalicənin doğru olmadığını söyləyəcək. Beləliklə həkimlərin əlində oyuncağa dönürsən. Bilmirsən kimə inanasan. Hansısa imkanlının həkim görmək istədiyi balası təhsil aldığı zaman yadında qalan, yaxud dəftərində qeyd elədiyi yeganə bir müalicə üsulunu hər kəsə tətbiq edir, yaxud xəstələrdən təcrübə siçovulu kimi istifadə edərək - "tutar qatıq, tutmaz ayran" prinsipi ilə hərəkət edir, savadı, biliyi, təcrübəsi imkan verdiyi halda kənarda qalanlar isə onların oduna yanır - Azərbaycanda savadlı həkim yoxdu - yəqinliyi yaradırlar.
Problem yalnız bununla bitmir. Ölkəyə gətirilən ən müasir apparatdan anlayan mütəxəssis də kifayət qədər deyil. İnsanların bir az inandığı mütəxəssisin kabineti qarşısında uzun növbə yaranır, o biri kabinetlərdə isə bekar oturub gözləyirlər...
Ən ağrılısı isə odur ki, bu qədər əhalinin xaricə axını, ölkədəki tibb sahəsindəki çatışmazlıqlar - qəbul zamanı qiymətlərin həddini aşması, analizlər üçün tələb olunan qiymətlər, dərmanların kəllə-çarxda olan həddi və yeməyindən kəsib verdiyin pulların səni sağaltmaq əvəzinə səhvən sənə "yedirilən" torbalarla dərmanların başqa xəstəliklərə də yol açması sanki heç kimi narahat etmir. Bunun əsas səbəbi o ola bilər ki, imkanlılar, vəzifəlilər, səlahiyyət sahibləri buradakı həkimlərin savadına bələddirlər və onlara ehtiyacları yoxdur, çünki onlar xarici ölkələrin ən yaxşı klinikalarında müalicə olunurlar.
Azərbaycanda hər il xəstələrin sayı artır. Xərçəngin, şəkərli diabetin, hepatitin, hipertoniyanın cavanlaşması, anemiyanın artması hallarını tibbi təhsili olmayanlar da gündəlik həyatda görə bilirlər. Dövlət Statistika Komitəsinin əhalinin xəstələnməsi ilə bağlı yaydığı mlumatlara əsasən, vətəndaşlar ən çox tənəffüs orqanlarının xəstəliklərindən, həzm sisteminin xəstəliklərindən, qan dövranı sisteminin xəstəliklərindən, bəzi infeksion və parazitar xəstəliklərdən, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri, sinir sistemi xəstəliklərindən, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluqlarındən nəfər qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar səbəbi ilə xəstəxanalara müraciət ediblər.
Azərbaycanda düzgün analiz aparan laboratoriyalar var. Belə bir şeyə rast gəlmişəm ki, burada müəyyən xəstəxanalarda analizlər çıxarılıb və bununla bərabər Türkiyənin məşhur klinikalarına gediblər. Analizlərin göstəriciləri ilə eyni olub. Mən deyə bilmərəm ki, bütün laboratoriyalar pis gündədir. Ən azından biz onlarla işləyirik və müalicə aparırıq. Onda gərək sağalma heç olmasın. Hamı ucdantutma xəstə olsun. Sadəcə düzgün qurulmayan şeylər var.
Bu gün laboratoriyalar haqqında bir söz demək çox çətindir. Laboratoriyada olan aparatların bir çoxu vaxtında tənzimlənmir. Reaktivə uyğun olaraq hər dəfə tənzimlənməlidir. Reaktivlər köhnəlir, vaxtı keçir. Bu tip problemlər, təəssüflər olsun ki, var. Bahalı reaktivləri isə almaq istəmirlər. Bunlar da hamısı analizlərin nəticələrinə təsir göstərir. Etiraf etmək lazımdır ki, bu problemlər var. Çox vaxt xəstələr də şikayət etməkdə haqlı olurlar. Bu işlə məşğul olan həkimlər, laborantlar diqqətli olmalı, bu işin məsuliyyətini dərk etməlidirlər".
Analizlərin qiymətinin baha olmasına gəlincə isə, Səhiyyə Nazirliyindən mətbuata verilən açıqlamaya görə, bazar iqtisadiyyatı şəraitində qiymətlərə nəzarət onların səlahiyyətində deyil: "Bu prosesə nəzarət nazirliyin səlahiyyətinə aid deyil. Bununla İqtisadi İnkişaf Nazirliyi və digər maliyyə qurumları məşğul olur. Səhiyyə Nazirliyi isə həmin klinikaların dövlət standartlarına uyğun tibbi xidmət göstərib-göstərmədiyinə nəzarət edir. Bu sahədə hər hansı bir problem olarsa və bu problem həmin klinikanın fəaliyyətindən qaynaqlanarsa, müvafiq tədbirlər görülür. Burada həm cəza, həm də cərimə tətbiq oluna bilər".
Dərman vasitələrinin qiymətinin tənzimlənməsi ilə bağlı Tarif Şurasının 30 iyul 2015-ci il tarixində keçirilmiş iclasında qəbul edilmiş qərar 2015-ci ilin 15 sentyabr tarixindən qüvvəyə minəcəkdir.
Hər dəfə dərman vasitələrinin qiymətləri təsdiqləndikcə Tarif (qiymət) Şurasının müvafiq qərarı, qiymətlər cədvəli və qiymətlərin qüvvəyə minmə tarixi barədə məlumatlar KİV-də veriləcək, İqtisadiyyat və Sənaye Nazirliyinin, Tarif (qiymət) Şurasının rəsmi internet saytlarında yerləşdiriləcək və Səhiyyə Nazirliyi tərəfindən təqdim edilən dərman vasitələri haqqında elektron məlumatlarda əks olunacaqdır.
Bu, yaxşı xəbərdi. Amma əvvəlcə o dərmanı sənə məsləhət görən həkimin savadını yoxlamaq, laborantın, apparatlarda çalışan mütəxəssislərin təcrübəsinə inanmaq lazımdı ki, o dərmanları da qorxusuz, ürək rahatlığı ilə qəbul edə biləsən. Xəstəlikdən qurtulmaq üçün dərman içirsən, o dərmanın zəhərlənməsindən necə qurtulaq, yenə dərman içməkləmi?
Müalicə üçün növbəti dəfə xaricə üz tutmalı olacam. Bu, nə cibimə uyğundur, nə işimdəki imkanıma. Amma yaşadığım zaman kəsiyində sağlam olmaq istəyirəm və buna məcburam. Paytaxtdakı ən "adlı-sanlı" həkimlərin müayinəsindən çaş-baş qaldım. Eyni ixtisas sahibləri başqa-başqa müalicə üsulları təklif etdilər. "Ən məşhur loğman" isə baxan kimi "Kəsmək lazımdı. Sabah hazır gəlin, əməliyyat edək" dedi (Görünür çox ehtiyacı varmış, yaxud da borcu...). Özü də bu kəsmək elə kəsməkdi ki... Bu qədər komik hala kim gətirdi həkimlərimizi?...
Səhiyyəmizin nə vaxtsa elə bir durumu olacaqmı ki, biz rahatca özümüzü həkimlərimizin əllərinə etibar edə bilək?!. Qədimdən ən dəyərli müalicə üsullarına malik olan Şərq təbabətinin əsas ocağı, hər otu, çiçəyi cana dərman olan Azərbaycanın bugünkü səhiyyəsi haqda xarici ölkə həkimlərindən həqarət eşitməyi normal qəbul edə bilmirəm. Azərbaycanda da həkimlərimiz var, çoxdu, amma onları üzə çıxarmaq, xalqa təqdim etmək lazımdı. Səlahiyyətlilər, bir az şəxsi ambisiyalarınızdan uzaqlaşıb, xalqı da düşünün. Çünki sağlamlıq hər şey olmasa da, o olmayanda hər şey heç nədir. Sağlam bədəndə də sağlam ruh olur, deyirlər. Sağlam bədənli və sağlam ruhlu insanlar isə sağlam cəmiyyətin qarantisidir.



YAZARIN ARXİVİ

2018-03-30 : YAS DƏFTƏRİ
2018-01-20 : KİTAB OXUYAQ
2018-01-12 : ƏLÇATMAZ ARZU
2017-12-22 : TƏMİZ ADAM
2017-12-08 : SÖZ
2017-12-02 : AĞ XALATLI BƏLA
2017-09-23 : AYRILIQLAR
2017-08-31 : ŞAYİƏBAZLIQ
2017-08-11 : ANAMIN QOXUSU...
2017-06-30 : ŞƏHİDİM
2017-06-02 : ANAMIN QOXUSU...
2017-05-26 : NƏ VAXT QOCALDIM
2017-04-07 : QEYRƏT
2017-02-10 : QƏNAƏT
2017-02-03 : Əl vurmayın...
2017-01-27 : ÜMİD ÖLƏNDƏ
2016-12-23 : SƏBR
2016-12-17 : DEPRESSİYA
2016-12-10 : Sindrom
2016-11-05 : SON BAHAR
2016-10-22 : İNANCIM
2016-08-20 : SƏRHƏD
2016-07-30 : NƏFS...
2016-06-11 : KİŞİ SÖZÜ
2016-02-20 : YALTAQ
2016-02-06 : ÜMİD QAPISI
2016-01-30 : ÇƏTİN XİDMƏT
2016-01-16 : ACLIQ
2015-11-28 : AD QOYANIN...
2015-11-14 : ÜMİD KÖRPÜSÜ
2015-10-17 : YAĞIŞ YAĞIR...
2015-09-12 : DOST
2015-08-29 : LOĞMANLARIMIZ
2015-07-11 : İMAN BAYRAMI
2015-06-03 : İT ÖMRÜ
2015-05-02 : HACI ... LEYLƏK
2015-03-20 : YAŞAM SEVGİSİ
2015-02-21 : BÖHTAN
2015-01-17 : ÇÖPÇÜ
2014-12-27 : HƏMRƏY OLUN
2014-12-20 : SON İSTƏK
2014-12-13 : XƏZİNƏ
2014-11-08 : YÜK
2014-10-11 : HARAM SÜFRƏ
2014-09-20 : NOOLDU BİZƏ?..
2014-09-13 : UDUŞ
2014-09-06 : İSLAHAT
2014-08-30 : YAŞAM SEVGİSİ
2014-08-23 : YUXU
2014-07-26 : Əzrayıl andı
2014-07-19 : DİLƏNÇİ
2014-07-05 : DÖN
2014-06-14 : ÖZGƏ DƏRDİ
2014-06-07 : TUTİYƏ
2014-04-26 : MƏNƏMLİK
2014-04-05 : EVDAR KİŞİLƏR
2014-01-18 : ACI XATİRƏLƏR
2013-12-21 : QƏLPƏ
2013-12-07 : YAŞAMAQ ƏZMİ
2013-11-23 : GETMƏ...
2013-11-16 : ARXALI...
2013-11-09 : GÜNLƏR...
2013-10-26 : SARI GƏLİN
2013-10-19 : DƏLİ
2013-10-05 : FÜZULİ NAĞILI
2013-09-28 : VAXT OĞRUSU
2013-09-07 : ÖZÜNÜ TANI
2013-08-17 : ÇÖRƏK OĞRUSU
2013-08-03 : ZƏKAT
2013-07-27 : TALE
2013-07-20 : TALE
2013-06-15 : YAD AĞLAR...
2013-05-25 : DƏVƏ DÖZÜMÜ
2013-05-11 : ŞUŞANIN HİMNİ
SON XƏBƏRLƏR
2018-07-17
2018-07-16


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (33.33%)
İşdə (66.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylını hakim qarşısına çıxarırlar. Hakim:

- Sizi bu iki nəfərə qarşı soyğunçuluqda günahlandırırlar. Bu barədə nə deyə bilərsiniz?
Vəli:

- Vallah, axşam evə gedeyerdim, bu iki qardaş mənə yaxınlaşdı, dedilər ki, saatı və ayaqqabını çıxart. Mən də neyniyim, yazığım gəldi , birinin saatını, o birinin də ayaqqabısını çıxartdem. Polis də məni tutub sizin yanınıza gəteyrdi.





digər lətifələr
ARXİV
FACEBOOK