ANA SƏHİFƏ / YAZARLAR

Bəşərə müraciət

Göz həkimi bütün bəşəriyyətin gözünün kökünü saraldıb

16614    |   2012-07-28 08:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bəşəriyyətə müraciət etmək mənlik deyil. O yekəlikdə işi görmək istəyəndən çox şey tələb olunur. Babat vəzifə, titullar və çeşid-çeşid başqa məsələlər. Qısası, belə məsuliyyətli işə çiyin vermək çətindi. Mənim müraciətim Bəşərədi. Suriyanın prezidenti Bəşər Əsədə.
   
   Səddam Hüseyni Mübarək, Mübarəki Qəddafi edəndən sonra bütün bəşəriyyətin diqqəti məhz Bəşərə dikilib. İndi elə hamı ondan danışır. Suriya prezidenti reytinq sarıdan Aygün Kazımova ilə Röyanı da üstələyib. Bəşər də az aşın dəni deyil. İki ayağını bir qaloşa salıb və inadından dönmür. Deyir ya mən Suriyanın prezidenti olacam, ya da elə Suriyanın prezidenti. Kəsəsi, köhnə bayatılar. Qoca dünya belə bayatıları çox eşidib. Səddamla Qəddafi də belə bayatıları solo çox oxudular. Özü də lap çox. O qədər oxudular ki, qulaqlarımız yağır oldu. Sonda nə oldu? Axırda heç onlara xorda oxumağa da imkan verən olmadı. Rəhmətlik Aşıq Alının sözü olmasın
   
   
   
   Fransa getdi, İngiltərə gətirdi, Amerika yedi,
   
   Baxmaqdan savayı bizə nə qaldı?
   
   
   
   Sayın Aqil Abbas demişkən, Bəşər Əsəd hələ ki, Suriya prezidentinin maaşını alır. Kreslodan da çox möhkəm yapışıb. Elə bil bu kreslonu Suriyada Kütləvi İnformasiya Vasitələrini İnkişafdan Saxlama Təşkilatının elan etdiyi inşa müsabiqəsində qazanıb. Bir kresloya görə bütün bəşəriyyətlə düşmən olmağı Bəşərə heç yaraşdırmadım. Prezident maaşı almaq üçün bu qədər qan tökməyə dəyməz, vallah dəyməz.
   
   Bəşərə müraciətim də bu üzdəndi. Sözün lap açığı, Suriya prezidentinə müraciəti bir neçə ay öncədən yazmaq istəyirdim. Necə oldusa başım qarışdı. Bir də gördüm ki, Bəşər Əsədin istefaya gedəcəyi günü gözləməkdən bütün bəşəriyyətin gözünün kökü saralıb. Göz demişkən, yəqin məlumatınız var, Suriyanın prezidenti Bəşər Əsəd ixtisasca göz həkimidi. Məni də yandıran odur ki, belə çörəkli peşəsi olan adam yapışıb prezident kürsüsündən əl çəkmir.
   
   Bəşər müəllim, imkan və zaman varsa bu tərs inadından əl çək. Ağ xalatını vur qoltuğuna, gəl buralarda özəl klinika aç. Klinikaya ad məsələsi üzərində da baş sındırma. Bu işi özüm həll edərəm. Lap tutaq ki, adı olsun "Asfalt". İndi soruşa bilərsən ki, "Asfalt" adının göz klinikasına nə dəxli? Guya "Qarabağ" futbol klubunun Ağdama dəxli var? İndi Dədə Qorqud zamanı deyil, bu üzdən ad məsələsinə çox da bənd olma. Para qazanmağa fikir ver. Qazan özün üçün, bala-bala da xərclə getsin. Bunun üçün münbit şərait də bəs qədərdi. İndi daş atanda özəl klinikaların pəncərəsinə dəyir. Birini də sən aç, yaşa da. Hələ istəsən reklamını da qura bilərsən. "Onun yarısı", "Bunun yarısı", "Toy olsun", "Sünnət olsun" verilişlərinə sponsorluq et və bütün günü telekanallarda adın çəkilsin. Nə görmüsən axı bu vəzifədə? Camaatın gözünü ala babat müalicə edib para qazanmaq xalqa göz dağı çəkməkdən bir balaca yaxşıdı. Məsləhət bildiyim işin nəyi pisdir ki? Əlin-ayağın təmiz, pulun da pul. Nə vaxta kimi Pan Ge Munla, Kofi Annanla, Obama ilə, Putinlə, Ərdoğanla çənə-boğaz edəcəksən? Bir yandan da gündə bir-iki generalın, iki-üç səfirin, dörd-beş silahdaşın oturduğun gəmini tərk edib müxalifət tərəfə keçir. Nə vaxta kimi? Onsuz da Suriyanın indiki durumunda prezident vəzifəsinin dadı-duzu qalmayıb. Bu qarmaqarışıqda prezident olmaq yaxışıdı, yoxsa buralarda hər hansı bir özəl klinikaya rəhbərlik etmək? Təsəvvür elə ki, şadlıq evində toya dəvətlisən. Zala daxil olan kimi tamada var gücü ilə qışqırır ki, "Onun yarısı" verilişinin sponsoru, "Asfalt" özəl göz klinikasının baş həkimi Bəşər Əsəd məclisimizdə iştirak edir. Şəxsən mən sənin yerində olsaydım, ikincini seçərdim.
   
   İnsanlıq görəvimi yapıb bəşəriyyətin xilası naminə Bəşərə müraciət etdim. Bundan sonrası Bəşərlikdi. Nə bilmək olar, bəlkə elə mənim müraciətimdən sonra Əsəd inadından əl çəkib daşı ətəyindən tökdü. Pan Ge Munun, Kofi Annanın, Barak Obamanın, Putinin, Ərdoğanın çağırışlarını geri çevirən Bəşər Əsəd mənim sözümü yerə salmadı və ...


YAZARIN ARXİVİ

2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-01-16
2018-01-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Təbii qaz limitini keçmisinizmi?

Hə (71.43%)
Yox (28.57%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Maarif Soltanın İsmayıllıdakı kənddəki evinə bir sarsaq pişik dadanıbmış, şairi yığıbmış boğaza. Aparıb pişiyi meşədə azdırır, gəlir görür ki, pişik evdədi. Aparıb bir az uzaqda azdırır, gəlir görür ki, yenə ondan qabaq gəlib, evdədi. Aparıb "Qız qalası" tərəfdə meşədə azdırır, yenə qayıdıb görür ki, ondan qabaq gəlib.
Axırda hirslənib aparır Babadağının ən ucqar bir yerində azdırır. Bir neçə saatdan sonra xanımına zəng edir:
- Pişik gəlib çıxıb?
- Hə.
- Ver telefonu pişik oğlu pişiyə.
- Neynirsən?
- Neçə saatdı azmışam, qoy yolu soruşum.




digər lətifələr
ARXİV
FACEBOOK