hacklink Adalet.az | NAŞİRLƏR MÜƏLLİFİN AYAĞINA GETSİN, GETMƏSİN?.. Adalet.az | NAŞİRLƏR MÜƏLLİFİN AYAĞINA GETSİN, GETMƏSİN?.. Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

NAŞİRLƏR MÜƏLLİFİN AYAĞINA GETSİN, GETMƏSİN?..

Oxucunu kitaba qaytarma yolu

22209    |   2012-04-21 07:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Hər dəfə ədəbi mühitdən, kitab nəşrindən, oxucudan, bütövlükdə isə söz dünyasından yazmaq istəyəndə müəyyən qədər tərəddüdlər keçirir, götür-qoylar edirəm. Bu da səbəbsiz deyil. Çalışıram ki, barəsində yazdığım, həmsöhbət olduğum, fikirlərini bölüşdüyüm və yaxud düşüncələrini oxucuya çatdırdığım tərəf-müqabilim özünün intellekti, ziyalılığı, sözə münasibəti və sözün bütün mənalarında sözlə yaşaması baxımından diqqət çəkən olsun. Oxucu onun fikirlərinə sayğı ilə yanaşsın. Bax, bu səbəbdən də indi günün qəzet bolluğunda həmin o düşüncələrini bölüşmək istədiyim insanları tapmaq müəyyən qədər çətinləşibdir. Ancaq çətinlikləri aşmaq insanın iradəsindən, gücündən asılıdır. Mən də elə o "bolluğun" içərisində barmaqla göstərilib fərd kimi qiymətləndirilən insanları soraqlaya-soraqlaya köhnə dostum, dəyərli ziyalı və naşir, həmçinin kövrək duyğular müəllifi Qəşəm İsabəyli ilə üz-üzə oturmuşam. İstəyirəm ki, onun könül dünyasına bir ipucu tapam, bir cığırdan, bir işıqdan tutub onun öz aləminə qonaq gedəm.
   
   - Qəşəm müəllim, biz Sovet dönəmini yaşamış insanlar sözün həqiqətən necə urvatlı olduğunu, insanların söz adamına, mətbuata, kitaba necə sevgi ilə yanaşdığını görmüşük, müşahidə etmişik. Amma indig
   
   - Doğrudan da həmin illərdə ən ucqar kənddə belə kitabxanalar var idi, ən ucqar kəndlərə gündəlik qəzetlər çatdırılırdı. Doğrudur, bu sovet təbliğatı idi, abunə yazılışları aparılırdı. Bəzən adamlar zorla qəzetlərə abunə olurdular. Amma buna baxmayaraq, hər kəs abunəçisi olduğu qəzetin az qala davasını edirdi, onun gecikməsindən gileylənirdi. Bu gün isə hər şey kökündən dəyişib. Bəzən adamın inanmağı gəlmir ki, paytaxtdan 500-600 kilometrlik məsafədə olan kəndə aylarla qəzet getmir. Amma bundan heç kim də narahatçılıq hissi keçirmir. Və yaxud bölgələrimizdə kitab mağazaları, kitabxanalar yoxdur, heç kim də səsini çıxarmır.
   
   - Doğrudan da belədir. Sizcə bunun səbəbi nədir?
   
   - Bilirsiniz, mənə elə gəlir ki, burda əsasən bir neçə səbəb rol oynayır. Yəni ilk öncə Azərbaycanda müstəqilliyin əldə olunması, quruluşun dəyişməsi həmin o ideologiyanı dağıtdı. İkincisi, müəyyən bir zaman kəsiyində boşluq oldu. İnsanlar daha çox iqtisadi maraqlara üstünlük verdilər. Özəlləşmə, pay torpaqları və sairə onların başını qatdı. Paralel olaraq, əlifbanın dəyişməsi həmin məsələni bir az da dərinləşdirdi. Çünki kitab oxuyanlar, qəzet oxuyanlar daha çox orta və yuxarı nəslin nümayəndələri idi. Onlar da əlifba dəyişməsindən sonra artıq kitabdan, qəzetdən uzaq düşdülər. Belə bir məsələni də xatırladım ki, əgər yadınızdadırsa, ötən əsrin 70-80-ci illərində bizim elə yaşlı yazarlarımız var idi ki, onlar kiril əlifbasından istifadə etmirdilər, ərəb qrafikası ilə öz yazılarını yazırdılar. Elə indinin özündə də bir çoxları kiril əlifbasından istifadə edir. Yəni əlyazmaları kirillə yazılır. Bunu da zarafata salıb bildirirlər ki, bilgisayar bizim əvəzimizə əlifbanı dəyişir. Bax, bütün bunlar həmin o kitab siyasətinin, oxu siyasətinin bütövlükdə oxucu, yazar münasibətlərinin qırılmasına, pərən-pərən düşməsinə səbəb oldu. Yaxşı ki, son vaxtlar bu məsələ gündəmə gətirilib. İndi paytxatda da rayon mərkəzlərində də kitab mağazalarının açılması, kitabxanaların normal işləməsi üçün təşəbbüslər göstərilir.
   
   - Qəşəm müəllim, mən sizlə ilk tanışlığı yadıma salanda redaktorluq dövrü gözümün önünə gəlir. Bu gün isə artıq müstəqil bir nəşriyyatın rəhbərisiniz. Özü də "Şirvannəşr" müəlliflərin diqqətini çəkən bir müəssisədir.
   
   - Mən ixtisasca pedaqoq olsam da, erkən gəncliyimdən yaradıcılığa, nəşriyyat işinə böyük maraq göstərmişəm. Ona görə də həyat məni nəşriyyata gətirib çıxarıb. "Şur" nəşriyyatının direktoru olmuşam. Sonra sərbəst fəaliyyət məni daha çox cəlb etdiyindən müstəqil olaraq özəl nəşriyyat yaratmışam. Şükürlər olsun ki, artıq "Şirvannəşr" öz müəllifləri olan, müxtəlif beynəlxalq müsabiqələrdə uğurla çıxış edən, kitab sərgilərində, həmçinin ölkə daxilində keçirilən tenderlərdə öz sözünü deməyi bacaran bir nəşriyyatdır. Biz də çalışırıq ki, nəşriyyatımızın ortaya qoyduğu məhsullar Azərbaycan oxucusu üçün, Azərbaycan mədəniyyəti, ədəbiyyatı üçün dəyərli və maraqlı olsun. Düzdür, bu gün ölkədə onlarla nəşriyyatlar var və yaradılmış şəraitdən istifadə edərək bu sahəni bilən də, bilməyən də nəşriyyat açmaq, poliqrafiya müəssisəsi yaratmaq eşqinə düşür. Bu da bəzən bir növ bazara çevrilir. Burada bir məsələni də xatırladım ki, nəşriyyatların bolluğu zənnimcə o qədər də qorxulu hal deyil. Çünki bu rəqabətə meydan açır. Ancaq bir məsələ var ki, nəyi necə, nə üçün çap edirsən? Təkcə maddi tərəfi düşünüb nə gəldi çap etmək ədəbiyyatımıza, mədəniyyətimizə yönələn ağır zərbədir. Ona görə də məsələyə peşəkarcasına yanaşsaq, nəşr olunan ədəbi-bədii, elmi əsərlərin mahiyyətini, məzmununu bilmək, onun gərəkliyini öyrənmək lazımdır. Yalnız bundan sonra həmin əsərlərin çapına təşəbbüs göstərmək olar təəssüf ki, bu gün söylədiyim meyarlar o qədər də nəzərə alınmır.
   
   - Bildiyimə görə, siz dəfələrlə yaxın-uzaq ölkələrdə səfərlərdə olmusunuz və məqsədiniz də həmin ölkələrdə nəşriyyat, poliqrafiya işini, yeniliklərini öyrənmək, kitab nəşrinin, yayımının müasir üslublarından xəbərdar olmaq niyyəti daşıyıb.
   
   - Həqiqətən də mən olduğum ölkələrin hamısında ilk öncə poliqrafiya işindəki yeniliklərlə maraqlanmışam. Kitab nəşri ilə bağlı həmin ölkələrdə əldə olunmuş uğurların sirlərini öyrənməyə çalışmışam. Bir şeyi xatırladım ki, keçmiş sovet respublikalarının bəzilərində hələ də SSRİ dövrünün kitab ticarəti ilə məşğul olan idarələr qalmaqdadır. Hətta Belorusiyada mən özüm şahidi oldum ki, çap olunan kitablara görə, müəlliflərə qonorarlar da verilir. Təəssüf ki, bizdə qonorar sözü az qala yaddaşlardan silinib. Belorus həmkarlarım söhbət zamanı onu da dedilər ki, müəlliflərə qonorarların verilməsində onlar üçün çətinlik yaradan şeir kitablarıdı. Çünki bu kitablar nəşriyyata çox da pul gətirmir. Mən də gülərək bizdəki vəziyyəti söylədim və təklif etdim ki, kitaba pul gətirməyən müəllifə ya az qonorar verilsin, ya da ümumiyyətlə verilməsin. Digər tərəfdən Avropada nəşriyyatlar müəllifin ardınca qapısına gedir, onunla əməkdaşlıq etməyə can atır. Çünki həmin müəllif oxunur. Artıq bizdə də bu məsələ yavaş-yavaş özünü göstərməkdədi. Bizdə bəzən nəşriyytalar özü müəllifi axtarır. Bu, həm maddi tərəfin mənəvi tərəfi üstələməsindən irəli gəlir. Mən isə bu məsələdə yaxşı bir şey görmürəm. Əksinə, istəyirəm ki, müəlliflər özləri nəşriyyatı seçsinlər. Onun məhsullarının keyfiyyətinə, sifarişi yerinə yetirmək bacarığına və qabiliyyətinə görə qapısına gəlsinlər. Digər tərəfdən bizim nəşriyyat bu il "Ədəbi Şirvan" adlı ədəbi-bədii jurnalın çapına da hazırlaşır. Bu jurnal təkcə Bakıda, Azərbaycanda deyil, eləcə də dünyanın hər yerində yaşayan və Azərbaycanla bağlı olan qələm adamlarının yaradıcılıq nümunələrini jurnalda oxuculara çatdırmaqdı. Yəni bu jurnalda Naxçıvanda yaşayan ədiblə Moskvada, Türkiyədə, Almaniyda, İsraildə yaşayan yazarlar bir-biri ilə üz-üzə gələcək, qarşılaşacaq, biz bir-birindən uzaq düşən yazarları görüşdürəcəyik. Jurnalın birinci sayında 150-200 müəllifin bir-iki səhifəlik yazıları ilə onları bir-birinə tanıdacağıq. Əsas məqsədimiz bu yazarların qırılmış əlaqəsini bərpa etməkdi.
   
   - Qəşəm müəllim, siz həm də bir söz adamı, bir naşir kimi xeyriyyə tədbirlərindən də kənarda qalmırsınız. Əksinə, imkansız qələm adamlarının tez-tez köməyinə çatırsınız. Üstəlik də milli-mənəvi dəyərlərlə, tariximizlə bağlı əsərləri də öz hesabınıza oxuculara çatdırırsınız.
   
   - Bilirsiniz, söz adamlarının iqtisadi durumu onların qələmlərindən asılıdır. Bu gün isə qələmin öz sahibini necə dolandırdığını geniş şərh etməyə ehtiyac yoxdur. Ona görə də imkan daxilində istedadlı, ancaq sıxıntı içərisində yaşayan həmkarlarımıza dəstək vermək, kömək durmaq həm insanlıq borcumuzdur, həm də həmkarlıq. Bununla biz həmin adamın bir növ könlünü sevindirir, ruhunu təzələyirik. Həmişə belə olub, bundan sonra da belə olacaqdır.
   
   - Bir sual da verim. Ölkədəki bu nəşriyyat bolluğu sizdə narahatçılıq yaratmır ki?
   
   - Birmənalı olaraq deyim ki, xeyr. Çünki zaman-zaman bu bolluq ələnir, müəlliflər özləri seçim imkanları ilə hansı nəşriyyatın nəyə qadir olduğunu müəyyənləşdirir və sonda da maddi-texniki bazası, müasir çap imkanları, eləcə də müəlliflə onu təmin edəcək müqavilələri bağlamağı bacaran nəşriyyatlar önə çıxıblar və bundan sonra da belə olacaq. Ancaq bir məsələ var ki, biz artıq "Təhsil" nəşriyyatının rəhbəri, çox hörmətli həmkarımız Bəhruz Axundovun yaxından iştirakı ilə ona yaxın nəşriyyatın rəhbərləri bir araya gəldik və birlikdə Naşirlər və Poliqrafçılar Birliyi yaratmaq ideyamızı təsdiqlədik. Artıq belə bir birliyin Ədliyyə Nazirliyində qeydiyyatdan keçib fəaliyyət göstərməsi üçün gərəkli olan bütün məsələlər həll edilib. Bəhruz müəllim də birliyə rəhbər seçilibdir. Yəqin ki, bu birliyin sırası genişlənəcək və biz Azərbaycanda nəşriyyat-poliqrafiya sahəsində olan pərakəndəliyi, boşluğu aradan qaldıra biləcəyik. Bu da bizə imkan verəcək ki, Azərbaycanda nəşriyyat işini, poliqrafiya sahəsini dünya standartları səviyyəsində quraq və öz məhsullarımızla bütün beynəlxalq kitab sərgilərində qaliblər cərgəsində dayanaq. Hər halda, bu bizim məqsədimizdi və buna da nail olacağıq.
   
   Mən Qəşəm İsabəyli ilə söhbətim zamanı "Şirvannəşr"in uğurları, müsabiqələrdə qazandığı mükafatları barəsində də müəyyən məqamları, müəyyən faktları öyrəndim. Amma düşündüm ki, onun dediyi bir məqamı, yəni kitabı oxucuya, oxucunu kitaba qaytarmağın əsas yollarından birini diqqətə çatdırmaq daha vacibdir. Qəşəm İsabəyli vurğuladı ki, bu gün Azərbaycanda kitab yayımı məsələsi dövlət səviyyəsində qurulmalıdı. Çünki müəlliflərin 300-500, ən yaxşı halda 1000 tirajla çap olunan kitabları bəzən heç Bakının hüdudlarından kənara çıxmır. Çünki o kitabları Bakıdan kənara aparmaq üçün nə müəlliflərin imkanları yoxdur, nə də bununla kimsə məşğul olmur. Ona görə də bölgələrdə bugünün yazarlarını, söz adamlarını demək olar ki, o qədər də tanımırlar. Yəni kitab yayımı, kitabxanaların yenidən qurulması, onların müasirləşməsi günün məsələsidir. Yalnız dövlət qayğısı və müəyyən imkanlı insanların yazarlara, kitaba diqqət yetirməsi problemin çözümündə öz sözünü deyə bilər. O ki, qaldı böyük ədəbiyyata, bəlkə də elə o bu gün artıq yaranıb və yaxud yaranmaqdadı. Həmin ədəbiyyat nümunəsinin hansı nəşriyyatda çap olunmasının da elə bir önəmi yoxdur. Əsas odur ki, yaxşı kitablar yazılsın və onlar da yüksək keyfiyyətlə çap olunub oxuculara çatdırılsın. Bundan bütün Azərbaycan uduş edə bilər.
   
   Hər halda, Qəşəm İsabəyli öz söylədikləri ilə bir məqamı da diqqətə çəkdi - istedadlara dayaq durmaq, əl uzatmaq gərəkdir. İstedadsızlar özləri öz yollarını tapacaqdır.


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
SON XƏBƏRLƏR
2019-11-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.75%)
Pullsuz (6.25%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK