ANA SƏHİFƏ / YAZARLAR

"Bizi erməniyə oxşatmaq istəyirlər"

Eldəniz Quliyev: "Kinonun təsir qüvvəsi Xerosimaya atılan atom bombasından da güclüdü"

19827    |   2012-02-25 08:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

XX əsrin ən böyük faciələrindən sayılan Xocalı soyqırımından 20 il ötür. 1992-ci il fevralın 26-da ermənilərin törətdiyi müdhiş cinayət barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərə ötürülməsi yolunda son illər müəyyən işlər görülür. Tanınmış incəsənət xadimlərimiz də öz yaradıcılıqlarında bu mövzuya vaxtaşırı müraciət edirlər.
   
   İstedadlı yazıçı-kinodramaturq Eldəniz Quliyev Xocalı dəhşətləri barədə ilk əsər yazan qələm adamlarındadı. Onun ssenarisi ilə ekranlaşdırılan "Haray" bədii filmi Xocalı faciəsindən cəmi bir neçə ay sonra çəkilməyə başlayıb.
   
   Eldəniz Quliyevlə söhbətdə digər bir məqama da toxunduq. Bu günlərdə Tehranda keçirilən Beynəlxalq Kino festivalında iştirak edən həmsöhbətimizlə yüksəliş dövrünü yaşayan İran kinosu barədə də danışdıq. İran kinosunun əldə etdiyi uğurun sirlərini öyrənməyə çalışdıq.
   
   
   
   Xocalı dəhşəti haqqında "Haray"
   
   
   
   - Eldəniz bəy, ssenariniz əsasında çəkilən "Haray" filmi Xocalı hadisələrindən bəhs edən ilk ekran əsəridi. Səsiniz, harayınız eşidildimi?
   
   - Bəzən deyirlər ki, hansısa bir qlobal tarixi hadisəyə incəsənətin reaksiyası üçün müəyyən vaxt keçməlidi. Bu fikrin tərəfdarlarının gətirdiyi arqumentlərdə müəyyən həqiqət var. Lakin bunun əksini sübut edən misallar da yetərincədi.
   
   - Məsələn...
   
   - Götürək elə Amerika-Vyetnam müharibəsi ilə bağlı çəkilən filmləri. Amerikanın kino sənayesi bu məsələyə cəld reaksiya verdi. Müharibənin gedişində bu mövzuda 10-15 bədii film çəkildi.
   
   "Haray"a gəlincə, Xocalı hadisəsindən dərhal sonra böyük ziyalımız Nüşabə xanım Məmmədova ilə birgə kinossenari yazdıq. "Haray" "Azərbaycanfilm"in tarixində qeyri-şərtsiz qəbul olunan bəlkə də yeganə ssenari oldu. Lakin çəkilişlərə başlamaq məqamı gələndə xeyli problemlər ortaya çıxdı. Çünki Azərbaycan yenicə öz müstəqilliyini əldə etdiyindən və ermənilərlə müharibəyə cəlb olunduğundan bütün sahələrdə, o cümlədən də kino sənayesində böhran yaşanırdı. Kino istehsalı böyük maliyyə vəsaiti tələb etdiyindən belə bir zamanda filmin büdcəsini formalaşdırmaq asan məsələ deyildi. Biz filmi demək olar ki, öz gücümüzə, dost-tanışlarımızın maddi yardımı ilə çəkə bildik. O zaman Azərbaycan prezidenti Əbülfəz Elçibəylə görüşdüm. Rəhmətlik Əbülfəz bəy döyüş və kütləvi səhnələrin çəkilməsi üçün lazım olan əsgərlərin, texnikanın təmənnasız ayrılması barədə güc nazirliklərinə göstərişlərini verdi. Onun köməyi olmasaydı əlimizdəki vəsaitlə "Haray"ın çox az hissəsini çəkə bilərdik. Yaradıcı heyətin üzvləri, texniki işçilər filmin tamamlanması üçün böyük fədakarlıq göstərdilər. Filmin quruluşçu rejissoru Oruc İzzətoğlunun, operatoru Rövşən Quliyevin, bəstəkarı Qalib Məmmədovun və digərlərinin çəkdiyi əməyi xüsusi qeyd etmək istərdim. Mənim təşəbbüsümlə baş rola Xocalı dəhşətini yaşamış, yaxınlarını itirmiş 12-13 yaşlı bir oğlanı çəkdik. Həmin dəhşətli gecədən sağ çıxan Xocalı sakinləri kütləvi səhnələrin lentə alınmasında bizə yardımçı oldular.
   
   İndi filmi telekanallarda göstərəndə başqa bir gözlə baxıram. Peşəkar kino işçisi kimi bilirəm ki, "Haray" film kimi tam ürəyimiz istədiyi kimi alınmadı. Bu gün onu bəlkə də başqa cürə çəkmək olardı. Amma nəzərə almaq lazımdı ki, bayaq dediyim kimi, "Haray"ı çəkməyə başlayanda Xocalı hadisəsindən bir neçə ay keçmişdi, bu yaradan hələ qan axırdı. Hər halda Xocalıda baş verən insanlıq adına böyük bir cinayətin, faşizm əməllərinin izlərini bədii film vasitəsi ilə göstərə bildik. İlk bizim "Haray" eşidildi.
   
   
   
   Sadə, sadədən də sadə məsələ...
   
   
   
   - Xocalı boyda müsibət yaşayan xalq 20 ildir ki, bu fəlakəti dünyaya çatdırmaq üçün böyük əziyyət çəkir...
   
   - Xocalı qətliamından 20 il ötüb. İlk günlərdə də, elə indi də elə hesab edirəm ki, bu faciəyə gətirən səbəblər, günahkarlar barədə mürəkkəb düsturlar qurmağa, baş sındırmağa ehtiyac yoxdu. Təəssüf ki, bu 20 ildə biz bu məsələni mürəkkəbləşdirməklə məşğul olduq. Hər şey ortadadı. Rus ordu birləşmələri və erməni separatçılarının hərəkətləri, Azərbaycanın o zamankı siyasi rəhbərliyinin laqeydliyi, Bakıda aparılan siyasi oyunlar sonda Xocalı faciəsi ilə nəticələndi. Azərbaycanın xəritəsini dəyişmək istəyənlər bunu həyata keçirdilər və Xocalı şəhəri onlar üçün bir vasitə oldu. Təəssüf ki, belə qüvvələr Rusiyada, Ermənistanda və Azərbaycanda bu gün də var.
   
   Xocalı qətliamı barədə həqiqətlərin dünyaya çatdırılması ilə bağlı heç bir iş görülməyib fikrini səsləndirmək ədalətsizlik olardı. Heydər Əliyev Fondunun xüsusi ilə son illərdə bununla bağlı gördüyü işlər mütləq qeyd olunmalıdı.
   
   Mənim fikrimcə, bu təbliğatı daha effektiv surətdə aparmaq, vahid ideoloji mərkəzdən idarə olunmaqla strategiya hazırlamaq lazımdı. Azərbaycan müharibəyə cəlb olunub, ərazisi işğala məruz qalıb, şəhidlər verib, milli genefonduna zərbə dəyib. Bütün bunlar azmış kimi daha böyük bir təhlükə qapımızı döyür.
   
   - Nəyi nəzərdə tutursuz?
   
   - Bizi erməniyə oxşatmaq istəyirlər.
   
   - Necə yəni...
   
   - Azərbaycan xalqı heç vaxt öz dərdini orden kimi yaxasından asıb nümayiş etdirməyib. Ermənilər bunu yaxşı bacarır. Bütün günü ağlayıb-sızlayır, yardım umurlar. Biz təbliğat-təşviqat məsələsində səhvlərə yol versək bir də ayılıb görəcəyik ki, ermənilərə oxşamağa başlamışıq. Ona görə deyirəm ki, bütün bu işlər vahid ideoloji mərkəzdən və doğru şəkildə yürüdülməlidir. Belə deyək də, ünvanlı mübarizə aparmağı bacarmalıyıq.
   
   Biz bütün gücümüzü sərf etməliyik ki, dünya Ermənistanı işğalçı dövlət kimi tanısın. Buna nail olmadan Xocalı qətliamını və ya digər faciələrimizi dünyaya anlatmaq çətin olacaq.
   
   - Bu məsələdə kino bizə necə yardım edə bilər?
   
   - Kino ən kütləvi incəsənət növü olduğu üçün biz bu məsələdən də düzgün bəhrələnməyə çalışmalıyıq. Kinonun təsir qüvvəsi Xerosimaya atılan atom bombasından da güclüdü. Bunu nəzərə alıb Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün ən güclü ssenaristləri, məşhur rejissorları dəvət etməliyik. Mən demirəm ki, hökmən "davalı kino" çəkək. Bəzən Qarabağ mövzusunda və ya Xocalı faciəsindən elə film çəkirlər ki, onun çəkilməməsi çəkilməsindən daha xeyirlidi. Azərbaycana qarşı ərazi iddiaları, haqsızlıq yüz illərdi davam edir və vaxtaşırı hansısa bir faciə ilə müşayiət olunur. Çəkdiyimiz gözəl bir filmlə bu mübahisəyə birdəfəlik nöqtə qoya bilərik. Bu işin alınması üçün xəsislik etməyə dəyməz. Təkcə "Eurovizion"u keçirə bilməyimizlə öyünməklə iş bitmir.
   
   - "Azərbaycanfilm" Qarabağ savaşından bəhs edən "Dolu" bədii filmini çəkir. Kinematoqrafçı kimi bu filmdən nə gözləyirsiz?
   
   - Dostum Aqil Abbas istedadlı yazıçı olmaqla yanaşı həm də Qarabağ ağrılarını qəlbində gəzdirən, savaşda qələbə qazanmağımız üçün çalışan bir vətəndaşdı. Onun "Dolu" romanında Qarabağ həqiqətləri dolğun şəkildə əks etdirilib. Filmin quruluşçu rejissoru Elxan Cəfərov uşaq yaşlarından kinodadı. Bu illər ərzində onu yaxından müşahidə eləmişəm. Müasir kinonun tələblərini yaxşı bilən, istedadlı rejissordu. İnanıram ki, maraqlı bir iş ortaya qoya biləcək.
   
   
   
   Hollivuda qarşı İran kinosu...
   
   
   
   - Bu günlərdə İranda keçirilən beynəlxalq kino festivalında iştirak etmisiz. Dünyanı təəccübləndirə bilən İran kinematoqrafının sirri nədədi?
   
   - İranda ənənəvi təşkil olunan bu beynəlxalq festivalda dünyanın 40-dan çox ölkəsindən, o cümlədən kinoda böyük uğurlara imza atan Avropa dövlətlərindən qonaqlar dəvət olunmuşdu. Festival çərçivəsində "Hollivudizm və sinema" mövzusunda konfrans da keçirildi. Konfransdakı çıxışımda dedim ki, biz qana baxanda onun qırmızı rəngdə olduğunu görür, fəsad yarada biləcək mikrobları müşahidə etmirik. Bir vaxtlar insanlara məhəbbət, mehribanlıq, xeyirxahlıq, mərhəmət kimi hisslər bəxş edən Hollivud bu gün dünyaya qorxu, nifrət, İslam dininə qarşı hörmətsizlik ideyaları yayır. Onun strategiyası insanı Allahdan uzaqlaşdırıb şeytana yaxınlaşdırmağa xidmət edir. Konfransın sonunda qəbul edilən sənəddə mənim bu fikirlərimə də istinad olundu. Tehran festivalında İran prezidenti Mahmud Əhmədinejadla görüşdüm.
   
   İran kinosu bu ölkəyə olan beynəlxalq təpkilərə baxmayaraq, fantastik dərəcədə inkişaf edir. Bu gün dünya tamaşaçısı Hollivudun ulduz müharibələrindən bəhs edən, ölüm, qan, qorxu saçan filmlərindən doyub. Adi, insani münasibətlər üzərində qurulan filmlərə böyük ehtiyac var. İran kinematoqrafçıları bunu yaxşı dərk edir və işlərini bu yöndə qururlar. İran filmlərində mənəvi məsələlər, insana qarşı məhəbbət və mərhəmət hissləri ön plana çəkilir. Dünyanın bu hisslərə bu gün böyük ehtiyacı var.


YAZARIN ARXİVİ

2018-09-14 : Bizi deyirlər...
2018-07-04 : İftixarımız
2018-04-07 : Fəxri Zakir
2017-12-02 : Onun adı Rey
2016-09-30 : ...Sadə Qabil
2016-08-13 : Poeziya, Salam
2016-08-12 : Poeziya, Salam
2016-06-11 : Təhsil elçisi
2015-10-09 : Qadağaya qadağa
2015-08-29 : Birinci 10 il
2015-04-11 : Təzə Ağdamlı
2015-03-20 : Bizim Corc
2014-12-13 : "Kitayski" çex
2014-04-05 : Abini anarkən...
2014-01-11 : Əfsanə bolluğu
2013-12-28 : Sonuncu alman
2013-11-30 : Nə sözün?
2012-08-09 : Gedin və baxın!
2012-05-30 : Məqsədli yazı
2011-08-27 : A+A+A
2011-01-08 : Hamı telekanala!
2010-10-02 : Al bıçağı...
2010-06-19 : Top, tar və...
2009-12-12 : 2012
2009-06-20 : YILMAZ, BU KİM?
2009-03-20 : DAVALI YORĞAN
2008-05-24 : Nazirlər soyunur
2008-04-26 : Qalxa-qalxa gedir
2008-03-30 : Tərcümeyi-hal
2008-03-01 : Mənə "beş" ver
2007-11-10 : Reklamlı yazı
SON XƏBƏRLƏR
2018-09-25
2018-09-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK