ANA SƏHİFƏ / YAZARLAR

HƏR GÜN GÖRÜŞDÜYÜM ADAM

Əbülfət MƏDƏTOĞLU

43808    |   2015-06-24 19:02
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Onun təbəssümü də danışır

Onunla həyatda üz-üzə gəldiyimiz günü çox dəqiq xatırlayıram. Çünki bu elə bir tarixi an idi, elə bir zaman kəsiyi idi ki, onu unutmaq mümkün deyil. Və bu an, bu zaman həm də təkcə mənim üçün yox, həm də Azərbaycan üçün də önəmli idi. Mən də bu Azərbaycanın bir sıra nəfəri kimi öz içində coşub-daşan, dalğalanan Azərbaycan adlı dəryanın necə sakitləşəcəyini, necə durulacağını gözləyirdim. Amma tam səmimiyyətimlə etiraf edim ki, həmin o zamanda mənim suların nə vaxtsa durulacağına o qədər də böyük ümidim, inamım yox idi. Təbii ki, bunun da əsas səbəbi yurd-yuvamdan didərgin düşməyim, necə deyərlər, günün günorta çağı evimin-eşiyimin əlimdən alınıb özümün zorən qaçqın həyatının qoynuna atılmağım idi. Bax, belə bir məqamda, belə bir gərgin durumda onunla qarşılaşdıq, onunla üz-üzə gəldim. Amma ona qədər…

Az-çox ədəbiyyata, sözə bağlı olduğumdan sovet dönəminin barmaqla sayılan və hər kəsin də sevimlisi olan bir neçə ədəbi məcmuəsi var idi -«Ulduz», «Azərbaycan», «Qobustan» jurnalları və bir də daha çox ədəbiyyata yer ayıran «Azərbaycan gəncləri» qəzeti. Təbii ki, bir də «Ədəbiyyat və incəsənət» qəzeti… Bax, bu söz yüklü ədəbiyyat daşıyıcısı olan qəzetlərin, jurnalların səhifələrinə düşmək, ordan Azərbaycan oxucusuna üz tutmaq hər adama nəsib olan iş deyildi. Hətta aylarla, illərlə növbə gözləyən, yazıları redaksiyaların arxivində az qala kiflənən imza sahibləri olub ki, onların vaxtında araya-ərsəyə çıxmağa imkan verilmədiyindən elə öz içlərində sönüblər. Bəziləri də «bir atımlıq barıtla» çəkilib gediblər. Məhz bu sadaladığım söz dünyasında ədəbi camiyədə qarşılaşdığım imzalardan biri də Səyyad Aranın imzası olub. Yenə bir oxucu olaraq etiraf edim ki, eyni dörvdə yaşayıb, eyni dövrdə sözə könül versək də, mən Səyyad Aranın 80-ci illər ədəbi yaradıcılığını özüm üçün maraqlı bir tapıntı hesab edirəm. Çünki onun yazı üslubunda, xüsusilə dilində mənə şirin gələn, məni özünə çəkən çalarlar var idi. Ona görə də bu imza ilə qarşılaşanda heç vaxt vərəqi çevirməmişəm. Həmişə oxumaq və nəyin necə yazıldığını öyrənmək istəmişəm. Həmin o oxuduğum Səyyad Aranla nə vaxtsa, özü də burulğanlı bir gündə, zamanda qarşılaşacağımı nə düşünmüşdüm, nə ağlıma gətirmişdim. Görünür, bizim görüşümüzün tale yazısı qaçqınçılıqla, didərginliklə bağlı imiş. Yəni qoynuna atıldığım bu ağır həyatın bir işığı da Səyyad Aran olmalı imiş…

Bəli, Qarabağın dağlıq hissəsi demək olar ki, bütünlüklə işğal olunmuşdu. Biz bu bölgənin köklü-köməcli sakinləri Xocavənd rayonunun qışlaq sahəsi olan Haramı düzündə məskunlaşmaq məcburiyyətində qalmışdıq. Onda 1992-ci il idi… 92-ci ilin bir payız günü məkunlaşdığım uşaq bağçasındakı hücrəmə bir ismarıc gəlib çatdı. Dostlar xəbər göndərmişdi. O vaxtlar Xocavənd rayon polis şöbəsinin rəisi işləyən Sahib Həsənov işçilərindən birini arxamca göndərmişdi. Gələn polis nəfəri bircə kəlmə dedi:

- Rəis dedi ki, qonaqlarımız var, buyurub gəlsin…

Təbii ki, müdriklərin bir deyimi var, indi onu xatırlatmağın yeridi. Müdriklər söyləyib ki, «çağrılan yerə ar etmə, çağrılmayan yeri dar etmə». Mən də bu kəlama söykənərək dəvət olunduğum yerə üz tutdum. Açığını deyim ki, gözlərimə inanmadım. Çünki həyatda dəfələrlə qarşılaşdığım, bir yazı adamı kimi həmsöhbət olduğum mərhum akademikimiz Fərəməz Maqsudov məclisin yuxarı başında əyləşmişdi. Otaqda bir xeyli adam var idi. Onlardan biri də şəkildən tanıdığım Səyyad Aran idi. Məclis xeyli davam etdi. Sonra başqa bir ünvanda açılmış süfrə arxasına toplaşdıq. Demək olar ki, burda da əvvəlki söhbət nöqtə vergülünə kimi davam etdirildi. Yəqin bu yazını oxuyanda düşünəcəksiniz ki, Fərəməz Maqsudovun, eləcə də Səyyad Aranın həmin 92-ci ildə Beyləqan səfəri nə ilə bağlı idi və burada söhbət nədən, kimdən gedirdi. Mən də marağınızı nəzərə alıb deyə bilərəm ki, bəli, mərhum akademikimiz Səyyad Aranla birlikdə bu bölgədə Yeni Azərbaycan Partiyasının yaradılması üçün, Ulu Öndərimizlə bağlı fikirləri ictimaiyyətə çatdırmaq üçün gəlmişdilər və onları da xalqımızın böyük oğluna inamları, sədaqətləri ilə seçilən insanlar qarşılamışdılar…

Bəli, həmin məclisdə mən həmkarım Səyyad Aranla xeyli söhbət etdim, onun maraqlı fikirlərini dinlədim və anladım ki, ixtisasca filoloq olan Səyyad müəllim daxilən həm də bir siyasətçidi. Özü də torpağa, millətə, onun ümid yerinə bağlı olan siyasətçi. Bu insan qarşısına qoyduğu məqsəd üçün gərəkli olan addımların hamısını atmağa daxilən hazırdı. İndi kimsə deyə bilər ki, başqaları da bu proseslərdə özünü müxtəlif prizmalardan göstərib. Ancaq mən bir şeyi anlayıram, başa düşürəm ki, Səyyad Aran həmin hərəkata içinin tələbiylə, ürəyinin səsiylə qoşulmuşdu. Onun məqsədi özünü reklam etmək, özünü Heydər Əliyevin əsgərləri sırasında göstərmək deyildi. Sadəcə, bu insan bu torpaq üçün, bu dövlət üçün və bu xalqın xilaskarı üçün gərəkli olan yerdə dayanıb çiyninə düşən yükü daşımağa hazır olduğunu ifadə edirdi. Nümayiş etdirmirdi yox, sadəcə ifadə edirdi. Onu dinləyəndə, onun söylədikləriylə Səyyad Aranın özünün həyatını paralelləşdirəndə aydın olurdu ki, daxili tələbatla can atılan məqsəd həmahəngdi, bir-birini tamamlayır…

Beləcə tanış olduq Səyyad Aranla. Yeri gəlmişkən, həyatımda ilk dəfə özümü də tərifləmək istəyirəm. Həmin görüşdə məni gələn qonaqlara təqdim edəndə Səyyad müəllim dedi ki, «tanıyıram Əbülfəti, oxuyuram yazılarını». İndi özünüz fikirləşin, həyatda maddi olan nə varsa hamısını itirmiş, uşaq bağçasına sığınmış bir yazı adamı haqqında söylənilən bu sözlərin nə boyda çəkisi var, nə qədər əhəmiyyəti var… Mənə olan bu münasibət mənim Səyyad Arana olan oxucu münasibətimi təzələdi, onun rəngini, onun durumunu, onun miqyasını dəyişdi. Hiss etdim ki, sözüylə, yazısıyla tanıdığım bir qələm adamı hamının yanında, hər kəsin eşidəcəyi tonda, özü də tam səmimiyyətlə söylədiyi bircə kəlmə ilə ürəyimin qapısını açdı. Hansı ki, o qapıdan içəridə mənim iç dünyamın adamları yaşayırlar…

İllər ötdükcə artıq Səyyad Aranla təmasım genişlənməyə, şaxələnməyə başladı. Onu ictimai həyatın üst qətanda görmək, onunla məclislərdə iştirak etmək, onunla həmsöhbət olmaq təkcə bir jurnalist kimi yox, həm də bir dövrün şinelindən çıxmış iki söz adamı kimi dərdləşmək mənim alın yazımın ən yadda qalan sətirlərindən oldu. Və mən həmin o təmaslardan, o söhbətlərdən bir daha anladım ki, Səyyad Aran ilk görüşdə tanıdığım, qəbul etdiyim durumundan geri çəkilməyib, dəyişməyib. Doğrudur, illər ona da öz təsirini göstərib, onun da yaşının üstünə yaş gəlib. Amma onun əqidəsində, onun inamında, onun həyata baxışına və bir də silahı olan qələmə sədaqətində o, olduğu kimi qalır. Tutduğu vəzifələrdən, göz önündə olmasından asılı olmayaraq, Səyyad Aran Azərbaycan oxucusu üçün öz yazıçı çalarlarını, yazıçı imkanlarını həmişə bülövlü saxlayıb, onu solmağa qoymayıbdı. Hər yeni kitabında bunu rahatca görmək, duymaq mümkündü…

Mən Səyyad Aranı öz həmkarlarına, yəni söz, qələm adamlarına olan münasibətlərində də dəyişməz gördüm. Həyat təxcrübəmədən, şahidi olduğum məqamlardan çıxış edərək deyə bilərəm ki, Səyyad müəllimin söz adamlarının necə ürəklə getdiyini dəfələrlə müşahidə etmişəm. Jurnalistlərə, mətbuata qarşı göstərdiyi sayğını, diqqəti də bura əlavə etsəm, heç də yanılmaram. Hətta olub ki, bunu müxtəlif zamanlarımda hansısa bir məsələyə münasibət öyrənmək, hansısa problemin çözümünə əl uzatması üçün ona telefon açmışam. Sonra da onun özüm onun səmimiyyətinə, onun göstərdiyi diqqətə heyranlığımı gizlədə bilməmişəm. Bir dost, bir iç adamı kimi necə həvəslə, necə maraqla, zövq ala-ala, nəticəyə sevinə-sevinə onun önə düşdüyünü, problemi çözmək üçün əlindən tutduğu adamla birlikdə qapılar döydüyünü ən azı kənardan seyr etmək şəxsən mənə həm könül rahatlığı verir, həm də bir ümid işığının alovlanmasına şərait yaradır. Baxıb görürsən ki, doğurdan da dünya yaxşılardan, diqqətlilərdən, qayğıkeşlərdən fani deyil. Sadəcə, həyatın yükünün, problemlərinin çoxluğu zamanın məhdudluğu bəzən bir çox məsələlərin vaxtında həll olunmasına imkan vermir. Amma buna baxmayaraq, Səyyad Aran dostlar üçün, xüsusilə söz adamları üçün zamandan zaman kəsməyə həmişə imkan tapır, həmişə buna maraq göstərir…

Günlərin birində Səyyad müəllimə telefon açdım. Ondan bir məsələni çözməkdə yardımçı olmasını istədim və bildirdim ki, imkanı, vaxtı olanda bu məsələyə bir diqqət, nəzər yetirsin. Həmin günün axşamı mobil telefonuma zəng gəldi. Səyyad müəllim idi. O, problemin çözüm yollarıyla bağlı fikirlərini mənimlə bölüşdü, məsləhətlərini, tövsiyyələrini verdi. Onun bu operativliyi həqiqətən məni kövrəltdi. Təşəkkürümü bildirəndə Səyyad müəllim vurğuladı ki, mən bir dəfə demişəm, yəqin ki, yadında qalıb:

- Əbülfət Mədətoğlunun yazılarını oxuyuram və ona böyük hörmətim var…

Hə, həmin 1992-ci ilin payızı təkrar yadıma düşdü. Onda yenidən anladım ki, əqidə adamı olmaq, məslək daşıyıcısı kimi bütün erroziyalardan qorunmaq hər insana nəsib olmur. Çünki o nəsiblik Səyyad müəllimdən yan keçməyib…

Bugünlərdə Səyyad müəllimlə söhbət edəndə vurğladı ki, mən səninlə hər gün görüşürəm. «Ədalət» stolüstü qəzetlərimdən biridi. Sən məni az-az görürsən, mən hər gün «Ədalət»də səni görürəm...

Doğurdan da hər gün bir-birini öz içində görmək, bir-birini öz içində salamlamaq çox müsbət bir keyfiyyətdi, gözəl bir haldı. Kaş ki, biz öz çevrəmizdə olanları, öz dostlarımızı, ən vacibi isə iç dünyamızın adamlarını hər gün görə bilək, hər gün onların səsini, sözünü eşidə bilək. Zənnimcə bu, təkcə həmin o iki tərəfin yox, həm də bütün cəmiyyətin xeyrinə atılmış addım olar. Axı qarşılıqlı anlayış, qarşılıqlı səmimiyyət inamdan, ümiddən, etibardan, ən vacibi isə adamların bir-birinə diqqətindən xəbər verir. Deməli, bunlar olan yerdə hörmət və sevgi də hamıya öz qollarını açır…

Mən bu yazını bilgisayara diqtə edərkən ürəyimin pıçıltılarının necə qəbul olunacağını heç ağılımın ucundan da keçirmirəm. Çünki yazını diqtə edən elə ürəyin özü idi!..




İmza:

YAZARIN ARXİVİ

2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : MƏKTUB…
2016-08-12 : HAVA
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : ÜZ SUYU
2015-11-13 : Tofiq Abdinlə
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : PERSONAJ
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
2007-07-11 : BAŞAĞRISI
2007-07-04 : MƏNİ TANIMADIN?
2007-07-03 : SERİAL
2007-06-12 : "DEPUTAT OTAĞI"
2007-06-09 : ÖRKƏN
2007-05-25 : QARAVƏLLİ
2007-05-20 : AXSAYAN YERİMİZ
2007-05-05 : MUSA YAQUB -70
2007-05-01 : KƏNDİR
2007-04-20 : ŞƏKİL
2007-04-14 : STRESS
2006-12-08 : YUXU
2006-10-14 : GÜNAH
2006-10-10 : LAZIM GƏLSƏ...
SON XƏBƏRLƏR
2018-06-23
11:09 İNSAN
2018-06-22
17:29 ÜMİD


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Sizcə bu komandalardan hansı çempion olacaq?

Braziliya (36.37%)
Argentina (9.09%)
İspaniya (18.18%)
Almanıya (36.36%)
Fransa (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Ermənilərlə bacı-qardaş olduğumuz vaxtlardı. Moskvada Yazıçılar Evinin restoranında Zakir Fəxri yeyib-içir. Bu vaxt bir erməni yazıçı da gəlib onunla bir stolda oturur. Hesab vaxtı gələndə erməninin 20 qəpiyi düşür stolun altına. Erməni əyilib pulu axtarır. Zakir Fəxri dərhal bir iyirmi beşliyi yandırıb tutur stolun altına, erməniyə deyir:

- Kirvə, axtar.

Erməni pərt olur. Restorandan çıxırlar, asılqandan paltolarını götürəndə erməni Zakirin acığına asılqanda işləyən kişiyə bir əllilik verir.

Zakir əlini atır cibinə, görür ki, o qədər pulu yoxdu, əlini yelləyib deyir:

- Brat, paltonu bağışladım sənə, geyinərsən. Mən dünən QUM-dan fransuzski əla bir palto almışam.





digər lətifələr
ARXİV
FACEBOOK