ANA SƏHİFƏ / YAZARLAR

YEDDİ SAAT "PROBKA"DA...

16874    |   2011-11-26 08:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Bu da ikinci qar. Birinci dəfə qar yağanda bir o qədər də insanlar çətinlik yaşamamışdı. Amma Bakıya həmişə qar yağanda nəsə bir qəmbər-qulu çıxır. Elə ona görə də camaatın qardan gözü yaman qorxub. İkinci dəfə qar yağdı, aləm bir-birinə qarışdı. Başqa sözlə demiş olsaq, it yiyəsin tanımadı, yiyəsi də itini. Bəlkə də bu ifadə bir az kobud çıxdı. Kobud çıxsa da, çıxmasa da onsuz da ürəyimdən nə keçir, onu yazmalıyam. Yazmasam ürəyim partlayar...
   
   Camaat yenə pis vəziyyətə düşdü, ağır anlar yaşadı və stresslər keçirdi. Bəlkə də Bakıda görünməmiş bir olay baş verdi. Onsuz da şəhərdə sürücülər və sərnişinlər saatlarla "probka"ya düşüblər. Amma buna bir təhər dözə biliblər. Bu dəfəki "probka" isə bəlkə də birinci dəfə idi baş verirdi. Müxtəlif istiqamətlərə hərəkət edən avtomobillər yerindən tərpənmir, arxada və qarşı tərəfdə sıxlıq vardı. Bakının "20 Yanvar" metro stansiyasının yaxınlığından Xırdalana qədər bir "probka" yaranmışdı gəl, görəsən. Kimi axtarırdın, kiminlə əlaqə yaradırdın, deyirdi ki, "probka"ya düşmüşəm çıxa bilmirəm. Biz də fikirləşirdik yəqin yarım saatdan və bir saatdan sonra dost-tanışlarımız və qohumlarımız "probka"dan çıxar. Saatlar ötürdü, vaxt keçirdi əlaqə saxladığımız yaxınlarımız deyirdi ki, hələ "probka"dan çıxa bilməmişəm.
   
   Həmin günü yaxın qohumlarımızdan birini qarşılamaq üçün başqa bir yaxın adamımız təzə Avtovağzala gedirdi. Bir neçə saat keçsə də, həmin qohumumuz hələ avtovağzala çatmamışdı. Deyirdi ki, avatobusdayam "probka"ya düşmüşük. Çox qəribə idi. Elə kiminlə maraqlanırdın, şəhərdəki yaranmış "probka"dan danışırdı. Altı-yeddi saatdan sonra yenidən həmin qohumla əlaqə yaratdım. Dedi ki, təzə avtovağzala çatmışırq, yenə "probka"dı. Ordan piyada "20 Yanvar"a gəlirik. Onlar "20 Yanvar"a gəlirlər və metro stansiyasına az qalmış qohumlarımdan birinin buzlu yerdə ayağı sürüşür və yerə yıxılır. Sonradan məlum olur ki, daşın üzərinə yıxılan qohumumun qabırğası sınıbmış. Bu da qarın bizə verdiyi "hədiyyə". Daha çox yollara xidmət göstərən insanların bizə bağışladığı "bəxşeyiş"ə oxşayır bu.
   
   Deyirəm, nə yaxşı Moskvada, Sankt-Peterburqda, Kiyevdə və digər şəhərlərdə olduğu kimi Bakıya tez-tez qar yağmır. Allah eləməmiş Bakıya tez-tez qar yağsa, gərək onda biz evdən çölə çıxa bilməyək. Çıxanda da ya maşını əzəcəyik, ya da yıxılıb qol-qıçımız sınacaq. Qol-qıç da sındı, maşın da əzildi, ağır vəziyyətdə olan hər hansı adamın işi iki qat çətinləşir. Bilmirsən, maşını düzəldirməyə pul tapasan, yoxsa həkimə gedib sınmış yerini müalicə elətdirəsən. Çünki hər işi aşırmaq üçün bir ətək pul lazımdı. İndiki zəmanədə də pul tapmaq, pul qazanmaq və onu əldə eləmək elə də asan deyil...
   
   Bütün günahlar xidmət təşkilatlarında və ayrı-ayrı qurumlardadır. Hansı ki, hava şəraitinin mürəkkəb keçəcəyi, qar yağacağı və yolların buz bağlayacağı barədə bir neçə gün əvvəl hidrometroloqlar öncədən əlaqədar nazirlikləri, qurumları və idarələri məlumatlandırmışdır. Nəticəsi nə oldu? Bunu hamımız qar yağan günü yaxşı-yaxşı gördük. Gördük ki, nə Bakı şəhər İcra Hakimiyyəti, nə Nəqliyyat Nazirliyinin aidiyyəti qurumu, nə də digər təşkilatlar qışa hazır deyirlər. Çox qəribədir, şəhərə qar yağır və zaman keçdikcə onun qalınlığı artır, yollar buz bağlayır, həmin anda problemi aradan qaldırmağa aidiyyəti təşkilatlar maraq göstərmir. Elə şəhərdə yaranmış "probka"ya da əsas səbəb yolların buz bağlaması idi.
   
   Əgər "20 Yanvar" ətrafında və eləcə də digər istiqamətlərdə yollara vaxtında duz qarışıq qum tökülsəydi, bu problemlər də yaşanmazdı. Nəinki minik avtomobilləri, hətta iri tutumlu avtobuslar belə qarlı gündə "20 Yanvar" istiqamətində hərəkət edərkən sürüşür, idarəetməni itirir və çətin vəziyyətə düşürdü. Bir çox sürücülərin təcrübəsizliyi isə yaranmış vəziyyəti daha da ağırlaşdırır, əlavə problemlər yaradırdı.
   
   Hiss olunurdu ki, müxtəlif xidmət sahələri ilə yanaşı, bir çox nəqliyyat vasitələrinin sürücüləri də qışa hazır deyillər. Onlar avtomobillərin şinlərindən tutmuş, digər lazımi avadanlıqlara qədər bir çox problemləri yoluna qoymamışdılar. Hamıya gün kimi aydındır ki, yollar buz bağlayanda avtomobilin şinlərinə zəncirlər əlavə olunur ki, nəqliyyat vasitəsi sürüşməsin və rahat hərəkət eləsin. Təəssüf ki, həmin günü əksər sürücülər bu vasitələrdən istifadə eləməmişdilər. Yolda qalan sürücülər gileylənirdilər ki, vaxtında yollara duz qarışıq qum tökülsəydi yeddi saat yolda ilişib qalmaz və soyuqdan donmazdıq. Yolda qalan bir çox sürücülər isə artıq yanacaqlarının tükəndiklərini bildirirdilər. Təbii ki, yeddi saat "probka"da qalan avtomobilin gec-tez yanacağı qurtarmalı idi. Bir çox sürücülər isə yol polisi əməkdaşlarını qınayırdılar. Onlar deyirdilər ki, neçə saatdır "probka" yaranıb, bir yol polisi yoxdur ki, hərəkəti tənzimləsin. Belə çətin vəziyyətdə də yol polisi bizə kömək eləməyəndən sonra olar nəyə lazımdırlar? Adi vaxtda bir də görürsən ki, 3-4 yol polisi bir yerdə durub söhbət eləyirlər, amma belə kritik anda heç biri gözə dəymir və yaranmış "probka"nı aradan qaldırmaq üçün köməklik göstərmir.
   
   Təbii ki, insanları, sürücüləri və sərnişinləri qınamaq düzgün deyil. Çünki yeddi saat soyuq havada, qar yağanda "probka"da qalmağın nə demək olduğunu təsəvvür etmək o qədər də çətin deyil. Çətini odur ki, "probka"da qalan insanlara vaxtında heç bir əlaqədar təşkilat yardım eləməyib. Elə yardım eləmədiyinə görə sürücülər qarlı və şaxtalı havada saatlarla yollarda qalıblar. Hətta Bakı-Quba yolunun Sumqayıta qədər olan istiqamətində çıxılmaz vəziyyət yaranıb. Buna görə kim məsuliyyət daşımaladır? Aydındır ki, yuxarıda adlarını qeyd elədiyimiz nazirliklər və qurumlar. Onların isə "Araz aşığından, Kür də topuğundandır". Çünki yolda qalan onlar deyil, sadə insanlardır.
   
   Çox qəribədir ki, qar yağanda bu cür hadisələrin baş verməsi ilk növbədə Bakıda hiss olunur. Hələ biz bölgələrdə nələr və hansı hadisələr cərəyan elədiyini demirik. Əgər Bakıda az qar yağırsa və bundan yüz minlərlə insan əziyyət çəkirsə, təbii ki, bu günahı məsul vəzifəli adamların ayağına yazmaq lazımdır. Hansı ki, onlar qış gəlməmişdən öncə bol-bol vəd verirlər ki, soyuq havalarda heç bir çətinlik olmayacaq və problemlər yaranmayacaq. Noyabr ayında yağan qəfil qar gərək yuxarıda adlarını çəkdiyimiz təşkilatlara xəbərdarlıq olmalı idi. Amma onlar bundan heç bir nəticə çıxarmadılar, bir balaca qar yağan kimi Bakıda hər şey iflic vəziyyətə düşdü; yollarda avtomobillər 7 saat "probka"da qaldı, bir çox yerdə işıqlar yanmadı, qaz gəlmədi, istilik də verilmədi. Təsəvvür edin ki, "Azərbaycan" nəşriyyatı kimi strateji əhəmiyyətli bir obyektdə iki gün saatlarla işıq yanmadı. Noybar ayının 26-sı olmasına baxmayaraq, hələ də otaqlar qızdırılmır. Yəni istilik sistemləri işə düşməyib. Bütün bunlar səhlənkarlıqdır, yoxsa insanlara hörmətsizlik? Bax bunu başa düşmək olmur. Başa düşmək olmur ki, müxtəlif vəzifəli məmurlar niyə ölkənin prezidentini, dövləti və xalqı aldadıb deyir ki, biz qışa tam hazırıq? Bir balaca qar yağan kimi o dəqiqə onların yalanları üzə çıxır: nə işıq yanır, nə qaz gəlir, nə də istilik sistemləri işləyir.
   
   Qarlı havada demək olar ki, bir çox marşrutlar işləmirdi. Müşfiq, Xırdalan və digər şəhər və qəsəbələrə gedən avtobuslar aradan çıxıb gözə dəymirdi. Sərnişinlər isə soyuq və qarlı havada dayanacaqlarda səbirsizliklə onların gəlməyini gözləyirdi. Avtobuslar isə gəlmək bilmirdi ki, bilmirdi. Sərnişinləri gözləməkdən gözlərinin kökü saralmışdı, avtobus sürücülərinin isə səbirləri dağ boyda idi. Yəni dünya onların vecinə deyildi. Soyuqda, şaxtada qalan sərnişinlər idi. Təəssüf ki, ayrı-ayrı şirkətlərə məxsus olan avtobuslar Bakıya bir balaca qar yağanda, yer buz bağlayanda onlar aradan çıxırlar.
   
   Hansı ki, Sovet dönəmində bu cür hava şəraitində bütün nəqliyyat vasitələri çox dəqiqliklə işləyər və insanları soyuq havada dayanacaqda durub gözləməyə imkan verməzdi. Ona görə imkani verməzdi ki, onda sürücüdən tutmuş nazirə qədər hamıda məsuliyyət hissi vardı. Bir balaca kimsə məsuliyyətsizlik eləsəydi, elə həmin günü o adamı işdən qovar və hətta haqqında cinayət işi qaldırardılar. İndi sərnişinin saatlarla qarlı və soyuq havada dayanacaqda durub titrətməsi nə nazirin vecinədir, nə sürücünün vecinədir, nə də avtobusun məxsus olduğu şirkət rəhbərlərinin vecinədir.
   
   Heç cürə başa düşmək olmur. Gərək ölkənin bu mövcud problemini də prezident həll etməlidir. Ayrı-ayrı vəzifəli şəxslər gözləyirlər ki, ölkə prezidenti məsələyə müdaxilə eləsin, kimisə danlasın və kiməsə irad bildirsin, bundan sonra onlar hərəkətə gəlsinlər. Görünür kimlərəsə bir dənə biz lazımdır. O biz onlara dəyməlidir ki, onlar ağrı hiss eləyəndən sonra tərpənsinlər və işlərində dönüş yaratsınlar. Cənab nazirlər, cənab icra başçıları və cənab rəislər, bu millətin soyuq qış günlərində əsəbləri ilə oynamayın. Zəhmət çəkib öz işinizi vaxtında görün. Axı siz buna görə dövlətdən əməkhaqqı alırsınız. Bir də ölkə prezidenti cənab İlham Əliyev həmişə çıxışlarında bəyan edib ki, mən kimisə vəzifəyə təyin edəndə öncə deyirəm ki, xalqa xidmət edin.
   
   Xalqa xidmət etməyən hər hansı məmur və vəzifə sahibi bizcə ilk növbədə elə özünə qarşı hörmətsizlik edir. Sonra dövlətə və sonra da xalqa qarşı hörmətsizlik göstərir. Ona görə də onlar daşı ətəyindən tökməli, mürəkkəb şəraitdə öz xidməti vəzifələrini zəhmət çəkib yerinə yetirməlidirlər. Yerinə yetirmirlərsə, bacarmırlarsa kişilikləri çatıb istefa verməlidirlər. Qoy bacaran adamlar gəlib onların yerini tutsun və xalqa xidmət eləsin. Bizə prezidenti, dövləti və xalqı aldadan nazirlər, icra başçıları və vəzifə sahibləri deyil, prezidentə, millətə və xalqa xidmət edən insanlar lazımdır.


YAZARIN ARXİVİ

2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK