Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | KİRPİKDƏ DONAN YAŞ... Adalet.az | KİRPİKDƏ DONAN YAŞ... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

KİRPİKDƏ DONAN YAŞ...

Ruhun ölən anı

24521    |   2011-08-13 01:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Neçə gündü bir fikri özümlə gəzdirməkdən yorulmuşam. Getdiyim hər yerdə, dayanıb durduğum hər məkanda, təmas qurduğum hər kəsin yanında da bu fikir mənə rahatlıq verməyib. Elə bil ki, bədənimin hansısa bir əzasıdır, mənimlə gəzir. Nə kəsib ata bilirəm, nə də ki, çözə. Çünki bu əza gözlə görünmür. Bu ağrıya toxunmaq, onu sığallamaq mümkün deyil və mən də bu, gözlə görünməyən, əllə hiss edilməyən ağrının ünvanını bildiyim halda ona qarşı çıxmaq gücündə deyiləm. Çünki ağrıyan da ürəkdi, etiraz edən də... düşünən də eyni bir hissə, etiraz edən də.
   
   Bax, bədənin bu məlum hissələrinin arasında bir məlum cığır var. Mən də o cığırla gedib - gəlməkdəyəm. Hara getdiyimi, niyə getdiyimi bilə-bilə həm də bu getməyin, bu gəlməyin mənasız olduğunu da anlayıram. Ona görə ki, mənim nə gözləyənim var, nə də müşahidə edənim. Təsəvvür edin ki, özüm öz içimdə yanıb köz olmuş bir kösöv kimi qaralmışam, kirpiyimin ucunda, hətta qopub düşməyə taqəti qalmayan bir damcı yaş donub...
   
   Çox qəribədi, yayın qorabişirənində, adamların sərin bir yer axtardığı bir vaxtda, hörmətli Umayra xanımın idarəsinin məlumatlarının fonunda mənim kirpiyimdə donan yaş ərimir. Elə bil kimsə o son damlanı mənim kirpiyimə qaynaq edib, mismarlayıb. Nə o damla düşüb canını qurtarır, nə də ki, mən ondan xilas ola bilirəm. Bu heç də qəribəlik deyil. Zənnimcə, bu, acı bir həqiqətin həmişə göz önündə olmasıdı. Göz önündə olduqca, o sənə hər şeyi təkrar-təkrar yaşadır. Yaşatdıqca da səni yandırıb - yaxır, səni özündən-sözündən edir... səni səndən alıb, bir də sənə verir.
   
   Nə vaxtsa bir şeir yazmışdım. Özü də elə-belə səbəbsiz yox, əksinə, bəlli bir səbəbə görə. Dünyaya gələn kitabımın son arxa səhifəsində çap etdirmişdim o şeiri. Hər dəfə də o şeiri oxuyanda oxucum, məni arayıb-axtaran, məni düşünən, mənim içimdə olan hər kəs bilsin ki, o mənim gözümün önündədi. Dörd misralıq bu şeir indi də yadımdadı:
   
   
   
   dünyamız o qədər kiçik ki, dar ki
   
   taleyin o qədər oyunu var ki
   
   sən məni özünlə götür apar ki-
   
   həmişə gözünün önündə olum!
   
   
   
   Bəli, bu bir damla gecə də, gündüz də gözümün önündədi və məni məcbur edir ki, mən o bir damlanın sirrini sənə də pıçıldayım, sənə də deyim. Amma bu danışmaq, bu demək heç nəyə məlhəm olmayacaq. Ən azı ona görə ki, bütün olanlardan sonra hər şeyə yenidən qayıtmaq hər ikimizə ikinci dəfə ürək ağrısı gətirəcək və başlayacağıq bir-birimizi yenidən mühakimə etməyə. Amma bilməyəcəyik ki, bizim dediklərimiz və etdiklərimiz özümüzün özümüzə vurduğumuz zərbədi. Elə bir zərbə ki, onun ağrısı ömrümüzü qısaldır, həyatımızı alt-üst edir. Fərqinə varmırıq ki, bütün bunlar əslində bizim öz günahımızın, öz nöqsanlarımızın, öz qısqanclığımızın zərbəsidi, acısıdı və biz də onu çəkməyə məcburuq. Neyləyim ki, özüm də bildiyim halda bu yozumların içindən çıxa bilmirəm. Elə bil bildiyim bir sirrin açarını itirmişəm. O qıfılı açmaq üçün sadəcə vuruşmaq lazımdı. Özü də yalnız özümlə.
   
   
   
   çəkilmişəm özümə
   
   qabaracam dəniz tək
   
   səni sahildən alıb
   
   aparacam dəniz tək...
   
   
   
   qoynumda qərq edəcəm
   
   oynayacam telinlə...
   
   qollarımın izini
   
   axtaracam belində...
   
   
   
   ağ ləpələr öpüş tək
   
   səpiləcək üstünə
   
   nəfəsin də Günəş tək
   
   qızınacaq istimə...
   
   
   
   indi dəniz xəyalım
   
   ləpələnir önündə
   
   tut əlimdən, qalaq biz-
   
   sahillərin birində...
   
   
   
   ***
   
   Qarşılaşdığım hər kəs son yazılarla bağlı mənə müxtəlif münasibətlər bildirir. Daha çox yaşlı nəslin nümayəndələri, yəni sözlə, qələmlə əməlli-başlı yoldaşlıq etmiş, mətbuat dünyasında izi və üzü olan ağsaqqal qələm dostlarım mənə dəstək verirlər. Duyğuları, düşüncələri, ruhu kağıza köçürdüyümə görə, mənim yaxşı bir oxucum kimi kürəyimin söykənəcək, güvənəcək dağı kimi arxamda möhkəm dayanırlar. Elə bil bu həmkarlarım da təkcə özümün yox, həm də onların düşüncələrini, duyğularını yazdığıma görə, mənə qahmar çıxıblar... Açığını deyim ki, bu münasibət məni çox sevindirir. Çünki duyğudan, dünyagörüşün kasadlığından əziyyət çəkənlər yazılarıma tamam laqeyd bir münasibətlə, hətta ritorik bir tərzdə yanaşırlar. Elə bil bu yazılar onların içini açıb tökməklə onları sıxıb, utandırıb və günahkarı da mən olmuşam. Amma sözün bütün mənalarında bu münasibət mənə ağır gəldi və mən söz adamının belə dayaz olduğuna təəssüfləndim...
   
   Neyləmək olar, dünyada hər şey fərqli və rəngarəngdi. Oğul istəyirəm ki, bu rəngarəngliyi, bu fərqləri ardıcıl düzə bilsin. Elə düzsün ki, sonda bir tamlıq yaransın. O tamlıq isə həyatın, ömrün mənasına, arzuların gerçəkləşməsinə çevrilə bilsin. Lakin dünyanın bu dolaşıq vaxtında bu cür düşünməyin özünün mənə tam bəraət vermədiyini də dərk edirəm. Ona görə ki, mənim iç dünyamla məmləkətin görünən üzü bir təzad təşkil edir. Təzadlar təkcə mübarizə üçün gərəkli deyil. Onlar həm də müqayisə üçün lazımdı...
   
   Deməli, bütün həyatın mənasını duyğularda, yaşantılarda gördüyümə görə nə qədər qınansam da, amma geri çəkilmək fikrim yoxdu. Birincisi, mən həyatın mənasını orda tapmışam, ikincisi, məhz bu duyğular məni yaşadır, üçüncüsü bu duyğular məni qələmə könül verməyə məcbur edir, dördüncüsü mən özümü yaza-yaza həm də ONU yazıram. O, həm mənim ilham pərimdi, həm duyğularıma qiymət verəndi, həm anlayandı, həm düşünməyə məcbur edəndi, həm sevincimin, həm qəmimin şərikidi, həm dayaq nöqtəm, həm də məni özündən uzağa qovandı. Bir sözlə, o həm gözümün önündə, ürəyimin içindədi, həm də gözümü də, ürəyimi də özü ilə götürüb çox-çox uzaqlara aparan birisidi...
   
   Ən maraqlısı odur ki, o, mən olduğum hər yerdədi və mən də onun olduğu hər yerdəyəm. Bircə ona təəssüf edirəm ki, onun və mənim olduğum hər yerdə nə o məni görüb təqdim edə bilir, nə də mən onu. Bu pünhanlıq bizim ikimizi də bir bəndəyə, bir insana çevirib, gecəylə gündüz kimi, axşamla səhər kimi, olumla ölüm kimi. Yəni təkrarlanma, bu zəncirvarilik bir sonsuzluqdu. O sonsuzluğun da adı məhəbbətdi. Məşhur bir misrada deyildiyi kimi, məhəbbət bir bəladı ki, giriftar olmayan bilməz... Bu yerdə yadıma sənə yazdığım bir şeir düşdü. Bu təkcə sənə yazılmayıb, sevgi ilə oynayan hər kəsə yazılıb. Məhəbbətlə oynayan hər bir kəsə ünvanlanıb...
   
   
   
   yatıb-durdun
   
   axşam-səhər...
   
   yatağın rahatdı
   
   ya da birtəhər
   
   fərq etməz-
   
   içindən
   
   asılmayıbsa kədər
   
   kirpiklərindən
   
   süzülmürsə qəhər
   
   dodaqlarında
   
   puçurlamırsa
   
   vüsal
   
   yanaqlarında
   
   göynəmirsə
   
   öpüş yeri
   
   səni
   
   dəli etmirsə xəyal...
   
   hamıdan
   
   gizlətdiyin sirri
   
   ona deyəcəyin
   
   anı gözləmirsənsə
   
   lap elə
   
   şam kimi
   
   közərmirsənsə
   
   yuxudan
   
   hövlank qalxıb
   
   saata baxmırsansa
   
   əqrəblərdən
   
   daş asıldığını
   
   uydurub
   
   tıncıxıb,
   
   darıxmırsansa...
   
   təkrar-təkrar
   
   güzgü önündə
   
   saç düzümünü
   
   dəyişmirsənsə...
   
   bəzəyini,
   
   hətta
   
   donunun rəngini
   
   onun istəyincə
   
   geyinmirsənsə...
   
   bütün bunlardan
   
   və
   
   yerdə qalanlardan
   
   sonra
   
   kitabxanaya
   
   ən yaxşı halda
   
   rəfiqənlə görüş
   
   bəhanəsi ilə
   
   məlum yerə
   
   tələsmirsənsə-
   
   deməli heç nə...
   
   ya hələ doğulmamısan
   
   ya da
   
   duyğusuz
   
   gözüyumulu
   
   lal-kar
   
   ötüb getmisən...
   
   və hətta
   
   heç bunu da
   
   bilməmisən...
   
   
   
   ***
   
   Hə, son vaxtlar havanın temperaturunda bir balaca enmələr müşahidə olunub. Bu, istidən tıncıxanlar üçün xüsusilə evindən uzağa gedə bilməyənlər üçün müəyyən bir təsəllidir. Amma bu təsəllinin arxasında bir boşluq var. Elə bir boşluq ki, o maddiyata söykənib. Əgər maddiyat imkan versəydi, yəqin ki, heç kim Bakının bu istisində nə özünü, nə ailəsini soyuq bulaqlardan, sərin yerlərdən məhrum etməzdi. Zənnimcə, həyatın bir qəribəliyi və amansızlığı da elə maddiyatla bağlıdı. Bəzən ən çox haqqı olan ən az haqqı olandan növbədə çox-çox geridə qalır. Düzdü, bunun da müxtəlif təsəlli notları var. Amma elə bizim hardasa bir günahımız da yerli-yersiz çılğınlığı, mübarizliyi təsəlliyə qurban verməyimizdi, səbrlə bağışlamağımızdı.
   
   Çox vaxt özümü də qınayıram, yazdığım sözləri də. Bunun səbəblərinin bir qismini öncə söyləmişdim. Amma elə bu yazını diktə edərkən də anladım ki, sən demə, hər yerdə, hər an, hər məqamda sevən, sevilən insan göz önündə olur, hansısa bir ilahi güc ona sevməyə, daldalanmağa imkan vermir. Mən yaxından tanıdığım sevənləri gözümün önünə gətirirəm və görürəm ki, onların baxışlarındakı işıq, hərəkətlərindəki çılğınlıq və nəhayət daxillərindəki coşqu ətrafdakılardan çox-çox fərqlənir. Bu adamlar sanki ikinci bir gücün, ikinci bir ürəyin, ikinci bir duyğunun enerjisi ilə yaşayırlar. Onlar özlərini ram etməkdə çətinlik çəkirlər və mən də öz-özümə deyirəm:
   
   - Nə gözəldi ram olmayan, təslim olmayan sevgilər!!! Nə gözəldi bu dəliqanlılıq, bu baxışlardan tökülən od və döyünən sevgi dolu ürək!!!
   
   Hə, söz-sözü çəkir. İstəyirəm yazımı bu yerdə saxlayım. Amma bilgisayr yazarımız Gülər xanım imkan vermir. Elə təkrar-təkrar bu sevginin, o ilham pərisinin, o gözəlin ünvanını soruşur, kimliyini öyrənmək istəyir. Mən də həmişəki kimi köməyimə yazdığım şeirlərdən birini çağırıram və deyirəm ki:
   
   
   
   elə indicə, bu an
   
   söhbət səndən düşmüşdü...
   
   sənin odundu yanan-
   
   qeybət məndən düşmüşdü...
   
   
   
   hərə bildiyi kimi
   
   danışırdı, yozurdu...
   
   biri ad böyüdürdü
   
   o birisi pozurdu...
   
   
   
   söhbət bitib - tükənmir
   
   söz-sözə calanırdı
   
   uydurulan yalana
   
   özləri inanırdı...
   
   
   
   amma heç kim demədi
   
   bu sevginin sabahın...
   
   dilə də gətirmədi
   
   günahın və savabın...
   
   
   
   Deməli, bütün hallarda sorğular həmişə olub, bu gün də var, sabah da olacaq. İnsan, yəni Allah bəndəsi öyrənməkdə maraqlıdı. Sənin kimliyini öyrənmək üçün mənə həmişə suallar veriləcək. Mənim də kimliyimi öyrənmək üçün səni min dəfə dilə tutacaqlar. Sən də susacaqsan, mən də. Sən də heç nə deməyəcəksən, mən də. Biz bir-birimizə yaxın olduğumuz qədər uzaq dayanıb kirpiyimizin ucunda donan bir damlanı aşıb keçə bilməyəcəyik. O bizim aramızda dövlət sərhəddidi. Biz onu keçməyə cəhd göstərsək, bəlkə də müharibə başlayacaq... Qurbanı da, şəhidi də, itkisi də ürəklərimiz və sevgimiz olacaq...


YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
2007-08-04 : HÖRMƏT(sizlik)
2007-07-31 : TELEFON ZƏNGİ
2007-07-28 : QUDUZLUQ
2007-07-26 : BU DA 17 YAŞ...
2007-07-17 : BİLİRSƏNMİ?
SON XƏBƏRLƏR
2019-09-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (50%)
"Sevilya" (50%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK